Ardını oxu...
Bəzi kişilər evləndikdən sonra kökəlməyə başlayırlar.

Bizim.Media "The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşa alimləri araşdırma aparıblar.

Alimlər 2400-dən çox orta yaşlı insanın sağlamlıq məlumatlarını araşdırıb və onları yaş, psixi vəziyyət və həyat tərzi kimi amillərlə müqayisə ediblər. Statistik təhlildən istifadə edərək tədqiqatçılar bu parametrlərdən hansının artıq çəki ilə əlaqəli olduğunu müəyyən etməyə çalışıblar.

Nəticələr gözlənilməz olub: məlum olub ki, evli kişilər subaylarla müqayisədə piylənmədən üç dəfə çox əziyyət çəkirlər. Bundan əlavə, evləndikdən sonra artıq çəki alma ehtimalı kişilərdə 62% artıb.

Kişilər niyə kökəlirlər?

Evləndikdən sonra kişilərin həyatı dəyişir. Televizor qarşısında qəlyanaltılar, sevgi ilə hazırlanan daha çox kalorili yeməklər onların həyatına daxil olur. Nəticədə qida istehlakı artır, lakin fiziki fəaliyyət, əksinə, azalır. Maraqlısı budur ki, kişilər bədən çəkilərindən narahat olmurlar, çünki onlar artıq partnyorlarını cəlb etməyə ehtiyac duymurlar.

Bundan əlavə, yaşlandıqca maddələr mübadiləsi yavaşlayır və bədən daha sürətlə yağ toplamağa başlayır. Hər il kişilərdə piylənmə riski 4%, sadəcə olaraq artıq çəki əldə etmə ehtimalı isə 3% artır.

Qadınların çəki artımının evlilikdən o qədər də asılılığı yoxdur. Çünki ictimai qınaq onları öz bədən formalarını daim nəzarətdə saxlamağa məcbur edir.
 
 
 
Ardını oxu...
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Qurum yaydığı müraciətdə yorğunluq və yuxusuzluğun nəqliyyat vasitəsinin idarə olunmasında ciddi təhlükə yaratdığını bildirib.

Qeyd edilib ki, uzun müddət istirahətsiz qalmaq sürücünün reaksiya müddətini gecikdirir, diqqətini yayındırır və qəzaların baş vermə riskini artırır: “Aparılan tədqiqatlar göstərir ki, uzun məsafə qət edən və ya gecə saatlarında hərəkət edən sürücülər arasında mikroyuxu halları daha çox qeydə alınır. Mikroyuxu zamanı insan bir neçə saniyə ərzində huşunu itirir və bu, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyi baxımından bu, son dərəcə ciddi risk yaradır.

Bunun qarşısını almaq üçün sürücülərə aşağıdakı tövsiyələr edilir:

– Yola çıxmazdan əvvəl kifayət qədər yatmaq və istirahət etmək vacibdir;

– Özünüzü yorğun hiss edirsinizsə, avtomobili təhlükəsiz yerdə saxlayıb dincəlin;

– Uzun səfərlər zamanı hər 2-3 saatdan bir qısa fasilələr vermək tövsiyə olunur;

– Əgər yuxululuq hiss edirsinizsə, sükan arxasında qalmayın və nəqliyyat vasitəsini idarə etməyi dayandırın.

Unutmayın ki, yuxusuz halda avtomobil idarə etmək sərxoş vəziyyətdə sükan arxasında olmaq qədər təhlükəlidir. Hər bir sürücünü diqqətli və məsuliyyətli olmağa çağırırıq!”
 

   
Ardını oxu...
Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicəsini öz üzərinə götürüb.
Bu barədə jurnalist özünün sosial media hesabında bildirib.

O, yaxın günlərdə Türkiyəyə müalicəyə aparılacağını qeyd edib.

Azər Rəşidoğlu Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.

Qeyd edək ki, jurnalist Azər Rəşidoğlu bir müddət əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
 
Ardını oxu...
Qızdırma zamanı bəzi qidalar bədəni daha da zəiflədir və həzmini çətinləşdirir. Bu dövrdə bədənin enerji ehtiyacı çox olsa da, ağır və yağlı qidalardan uzaq durmaq lazımdır. Yüksək yağlı, qızarmış və ədviyyatlı qidalar orqanizmə əlavə yük gətirərək, bərpa prosesini ləngidə bilər. Həkim Natalia Mixaylovna bildirir ki, qızdırma zamanı şəkərli və asidik qidalar da istehlak edilməməlidir. "Çünki bu qidalar bədəni daha da yorur və immuniteti zəiflədir. Şirniyyatlar və fast food növləri bu dövrdə tövsiyə edilmir. Bunun əvəzinə, yüngül, təbii və vitaminlərlə zəngin qidalar qəbul edilməlidir".Həkim deyir ki, meyvə və tərəvəzlər, xüsusilə C vitamini tərkibli olanlar bədənə faydalıdır. "Ayrıca, qızdırma zamanı bol su içmək də çox vacibdir. Bu dövrü daha asan keçirmək üçün, mülayim və tez həzm olunan qidalar seçilməlidir. Yüngül şorbalar və bulyonlar da yaxşı seçimdir. Həmçinin, qızdırma zamanı həddindən artıq tuzlu və tünd içkilərdən də qaçınmaq məsləhətdir" - deyə həkim qeyd edib.
 
Ardını oxu...
Bəzən mağazalarda, səyyar ticarətdə, kiçik marketlərdə üçü on manata satılan “kənd toyuğu” adı ilə satılan toyuqlar qarşımıza çıxır. Əti kənd toyuğu kimi sarıya çalan bu toyuqların mənşəyi bilinməsə də, çox zaman istehlakçılar “ən azından bilirik toyuq ətidir” deyib, bu toyuqlara üstünlük verirlər.

Açıq şəraitdə satılan toyuqlar hardan gətirilir ki, bu qədər ucuz satılır?

"Ucuz"luğu ilə müştərini cəlb edən "kənd" toyuqları sağlamlıq üçün təhlükəlidirmi?

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, toyuğun yetişdirilməsi çərçivəsində üç cür toyuq olur: “Tam azad toyuqlar, yəni onlar səhər buraxılır, istədiyi kimi dənlənir və onlara arpa, buğda, yem verilir. Yarı-azad toyuqlar bunlar da hava altında olurlar. Onların qalmaq üçün yerləri üstü örtülü olur, gəzmək üçün hasarın içində açıq havada olurlar. Əksər hallarda broiler yemi, arpa, buğda ilə qidalanırlar. Bir də tam qapalı toyuqlar var. Bunlar broyler toyuqlardır tam qapalı şəraitdə saxlanılırlar. Broyler toyuqların içərisində növlərdən biri yumurtalıq toyuqlardır. Yumurtalıq toyuqlar uzun illər yumurta verirlər, sonra yumurtadan tamam kəsilirlər. Bundan sonra onlar artıq yaşlanmış toyuqlar olur. Onların ətləri də həddindən artıq bərk olur, amma təhlükəli olmur. Adətən belə toyuqların ətləri kolbasa-sosiska istehsalına gedir. Lakin bəzən bu toyuqları kəsib bazara çıxarırlar”.

Eyyub Hüseynov qeyd edib ki, onlarda olan məlumatlara görə, həmin yumurtadan kəsilmiş toyuqlar da broylerlərdən çıxarılıb, “kənd toyuğu” adı altında satılır.

“Bizdə olan məlumatlar belədir. Eləcə də bu cür toyuqların Ukraynadan gətirilməsi barədə fikirlər də var. Yəni yumurtalıq toyuqların artıq əti bərkiyib. Onlar kənd toyuğuna bənzəyir və bu cür üçü 10 manata satılan toyuqlar var. Bunlar ciddi marketlərdə satılmır. Maşının arxasında, baqaj yerində, metro çıxışlarında, küçə ticarətində və ara marketlərdə satılır”-deyə Eyyub Hüseynov əlavə edib.

Ekspert təəssüflə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahəni hələ əhatə edə bilmir. Eyyub Hüseynov uyğun şəraitdə saxlanılmayan bu cür toyuqlardan insanların uzaq olmasını tövsiyyə edir.
 
 
 
Ardını oxu...
“İnsan ömrünün 1/3-i yuxuda keçir. Buna görə də yuxu, sağlam həyatın əsas təməl daşlarından biri hesab edilir”.

TEREF “CNN Türk”ə istinadən xəbər verir ki, bunu professor, Dr. Asiyə Kanbay deyib.

Onun sözlərinə görə, fiziki, zehni və emosional sağlamlığın balansda qalması normal yuxu ilə birbaşa bağlıdır. Keyfiyyətli yuxu immun sistemini gücləndirir və bir çox xəstəliklərin riskini azaldır.

Sinə xəstəlikləri üzrə mütəxəssis Asiyə Kanbay qeyd edib ki, bu gün yuxu sağlamlığı tez-tez diqqətdən kənarda qalır. Halbuki, sürətli həyat tərzinə baxmayaraq, həm fiziki, həm də psixi sağlamlıq üçün yuxunun böyük əhəmiyyəti var:

“Daha yaxşı yuxu vərdişləri qazanaraq daha sağlam bir həyat sürmək mümkündür. Səhiyyə işçilərinin yuxu sağlamlığına önəm verməsi, ictimai sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınması baxımından əhəmiyyətlidir. Yuxu pozğunluqlarının erkən və düzgün diaqnozu effektiv müalicə planının hazırlanmasında mühüm rol oynayır. Bu səbəbdən təkcə yuxu pozğunluqları üzrə mütəxəssislər deyil, bütün tibb sahələri bu məsələdə yüksək məlumatlı olmalıdır ki, cəmiyyətin daha geniş təbəqələrinə çata bilsin”.

Həkimlər yuxu sağlamlığını diqqətdə saxlamalıdır

Asiyə Kanbay səhiyyə mütəxəssislərinin xəstələrin yuxu vərdişlərinə də xüsusi diqqət yetirməli olduğunu vurğulayıb:

“Həkimlər, xəstələrin siqaret çəkmə və qidalanma vərdişlərini dəyərləndirdikləri kimi, yuxu rejimlərini və yuxu problemlərini də araşdırmalı və lazım gəldikdə onları yuxu tibb mütəxəssislərinə yönləndirməlidirlər. Xüsusilə, xəstəxana şəraitində, palatalarda və reanimasiya bölmələrində yatan xəstələrin keyfiyyətli yuxu almaları üçün səs, işıq və gecə müalicəsi kimi düzəldilə bilən faktorların tənzimlənməsi vacibdir”.

Keyfiyyətli yuxu üçün nələrə diqqət etməli?

Yuxu rejimini nizamlamağın mümkün yollarından danışan Asiyə Kanbay bildirib ki, hər gün gec saatlardan əvvəl eyni vaxtda yatmağa və səhərlər erkən oyanmağa diqqət yetirməklə yuxunun keyfiyyətini artırmaq mümkündür:

“Yuxu mühiti nə qədər qaranlıq, səssiz və ideal temperaturda olarsa, yuxunun keyfiyyəti də bir o qədər yüksələr”.

Bundan əlavə, Asiyə Kanbay yatmazdan əvvəl telefon, planşet və ya kompüter kimi elektron cihazların istifadəsini azaltmağın yuxuya müsbət təsir edəcəyini vurğulayıb:

“Bu cihazlardan yayılan mavi işıqdan qorunmaq sağlam yuxu üçün mühüm əhəmiyyət daşıyır. Əks halda, mavi işığa məruz qalmaq, yuxu hormonu kimi tanınan melatoninin istehsalını azaldaraq yuxuya getməni çətinləşdirir və yuxunun keyfiyyətini aşağı salır”.

Stresin idarə olunması və sağlam yuxu

Stresin idarə olunmasının da yuxu sağlamlığında əhəmiyyətli olduğunu vurğulayan professor meditasiya, yoga və dərin nəfəsalma texnikalarının gündəlik həyata daxil edilməsinin stresin azalmasına və yuxu keyfiyyətinin yüksəlməsinə kömək edə biləcəyini bildirib.

Yuxu rejimini qorumaq üçün digər vacib məqamlar isə bunlardır:

* Yatmazdan əvvəl ağır qidalardan, kofein və alkoqoldan uzaq durmaq
* Mədənin dolu olmamasına diqqət etmək
* Gün ərzində müntəzəm fiziki aktivliklə məşğul olmaq (lakin yatmazdan əvvəl ağır idmandan çəkinmək)
* Yuxu pozğunluqlarının müalicəsində multidisiplinar yanaşma

“Yuxu pozğunluqlarının müalicəsində multidisiplinar yanaşma ən doğru üsuldur”, deyə Asiyə Kanbay bildirib. O, yuxu problemləri ilə məşğul olan mütəxəssislərin psixoloqlar, stomatoloqlar və kardioloqlarla əməkdaşlıq etməsinin xəstələrin daha geniş və effektiv müalicə almasına imkan verəcəyini qeyd edib.

“Bu addımlar, səhiyyə işçilərinin yuxu pozğunluqlarını daha effektiv idarə etməsinə kömək edəcək. Yuxu problemlərinin düzgün müalicəsi, ümumi sağlamlığı və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”, deyə həkim yekunlaşdırıb.

Qaynarinfo
 
 
 
Ardını oxu...
Vitamin B12 çatışmazlığının qarşısını almaq üçün düzgün qidalanmaq və sağlam həyat tərzi keçirmək vacibdir.Foodinfo.az xəbər verir ki, ilk növbədə, B12 ilə zəngin qidalar qəbul edilməlidir. Bu vitamin əsasən heyvan mənşəli məhsullarda olur: qırmızı ət, toyuq, balıq, yumurta, süd və süd məhsulları. Vegeterian və veganlar isə B12 ilə zənginləşdirilmiş dənli məhsullar və bitki əsaslı südlərdən istifadə etməlidirlər. Bundan əlavə, B12 əlavələri və inyeksiyaları da çatışmazlığın qarşısını almaqda kömək edə bilər. Xüsusilə həzm problemləri olanlar və ya müəyyən xəstəliklərə görə bu vitamini normal şəkildə sorula bilməyənlər həkim məsləhəti ilə əlavələr qəbul etməlidirlər. Həzm sisteminə diqqət yetirmək də vacibdir, çünki B12 vitamini mədədəki xüsusi zülalın köməyi ilə sorulur. Qastrit, bağırsaq xəstəlikləri və ya mədə əməliyyatı keçirənlər risk altındadır. Həmçinin spirtli içkilər və siqaret B12 sorulmasını zəiflədə bilər. Əgər yorğunluq, baş gicəllənməsi və unutqanlıq kimi əlamətlər hiss edilirsə, həkimə müraciət etmək vacibdir.
Ardını oxu...
Suda həll olunan vitaminlər bədənin düzgün işləməsi üçün vacibdir. Bu vitaminlər bədəndə yığılmadığı üçün müntəzəm olaraq qida vasitəsilə alınmalıdır. Foodinfo.az xəbər verir ki, C vitamini, immun sistemini gücləndirir və antioksidan xüsusiyyətlərə malikdir.B vitaminləri, xüsusən B12 və folat, sinir sistemi və beyin funksiyalarını dəstəkləyir. Yuxarı səviyyədə C vitamini qəbul edildikdə, bədən onu çıxarır, buna görə bu vitaminin səviyyəsi tez-tez yenilənir. Bu vitaminlər orqanizm tərəfindən tez udulur və asanlıqla ifraz olunur.Suda həll olunan vitaminlərin çatışmazlığı bəzi xəstəliklərə səbəb ola bilər, buna görə balanslı qidalanma vacibdir. Folatın çatışmazlığı hamiləlik dövründə uşağın inkişafına mənfi təsir göstərə bilər. Həmçinin, C vitamini dərmanlarla qarşılıqlı təsir göstərərək bəzi yan təsirlərə yol aça bilər.Müntəzəm olaraq suda həll olunan vitaminlərin qəbul edilməsi sağlamlığı qorumağa kömək edir.
 
Ardını oxu...
Soyuqdəymə zamanı bəzi içkilər, bədəninizi rahatlatmağa və simptomları yüngülləşdirməyə kömək edə bilər. Foodinfo.az xəbər verir ki, bu içkilərdən bəziləri bunlardır:
Zəncəfil çayı: Zəncəfil, təbii iltihab əleyhinə xüsusiyyətlərə malikdir və boğaz ağrısını azaldır. Həmçinin, zəncəfilin qarışığı ilə hazırlanmış çay, bədəninizi istiləndirərək, soyuqdəymə zamanı sizi rahatlatmağa kömək edir.
Limonlu bal içkisi:
Limon, C vitamini ilə zəngin olub immun sistemini gücləndirir. Bal isə təbii antibakterial xüsusiyyətlərə malikdir və boğazın rahatlanmasına kömək edir. Limon və bal qarışığı ilə isti su içmək boğaz ağrılarını azaldır.
Adaçayı çayı:
Adaçayı, boğaz ağrılarına yaxşı təsir edir və həmçinin iltihabı azaldır. Soyuqdəymə zamanı adaçayı çayı içmək rahatlamağa kömək edə bilər.
Təzə meyvə şirələri (xüsusilə portağal və ananas):
Portağal və ananas C vitamini ilə zəngindir, bu da immun sistemini gücləndirir və soyuqdəymə simptomlarını yüngülləşdirə bilər.
İsti su:
Bəsit bir içki olsa da, isti su boğazı yumuşaldır, burun tıxanmasını açır və bədəni hidratlaşdırır, soyuqdəymə zamanı çox faydalıdır.
Quşburnu çayı: Quşburnu, yüksək C vitamini məzmunu ilə tanınır və immun sistemini gücləndirir. Soyuqdəymə və qripə qarşı çox faydalıdır.Bu içkilər soyuqdəymə simptomlarını yüngülləşdirə bilər, ancaq ciddi bir xəstəlik halında mütləq həkimə müraciət etmək lazımdır.
 
Ardını oxu...
Təbii quruluşu, zəngin qida dəyəri və təravətləndirici dadı ilə kakos suyu əslində bir çox fərqli sahədə istifadə edilə bilər. Əsrlərdir tropik bölgələrdə istehlak edilən və susuzluğun qarşısını almaqdan dəri baxımına qədər müxtəlif faydalar təqdim edə bilən bu möcüzəvi maye xüsusilə son illərdə bütün dünyada populyarlıq qazanıb.Foodinfo.az xəbər verir ki, kakos suyu yüksək kalium tərkibi, aşağı kalorili dəyəri və nəmləndirici təsiri ilə tanınır. Lakin bu qidalandırıcı mayeni yalnız içki kimi qəbul etmək onun istifadə sahələrini məhdudlaşdırır. Çünki o, yemək reseptlərindən tutmuş gözəllik tətbiqlərinə, məşqdən sonrakı bərpadan tropik ləzzətlərin yaradılmasına qədər bir çox fərqli sahədə yaradıcı şəkildə istifadə edilə bilər.Həddindən artıq susuzlaşmanın qarşısını almaq üçün məşqdən sonra kokos suyu da istehlak edə bilərsiniz. Kalium və maqneziumla da zəngin olan bu içki əzələ kramplarını azaltmağa və cari enerji səviyyələrini saxlamağa və artırmağa kömək edir.Dərinizi nəmləndirmək üçün də kokos suyundan istifadə edə bilərsiniz. Nəmləndirici tərkib hissəsi kimi saç maskalarına da əlavə edə bilərsiniz.Limon suyu, zəncəfil və bir stəkan kakos suyu ilə hazırlanmış qarışığı mütəmadi olaraq müəyyən fasilələrlə istehlak edərək immunitet sisteminizi dəstəkləyə və bədəninizi zərərli toksinlərdən təmizləyə bilərsiniz.Həm vizual, həm də dadını artırmaq üçün kokos suyunu buz qablarında dondurub içkilərinizə əlavə edə bilərsiniz. Həmçinin evdə dondurma hazırlayırsınızsa, kokos suyundan istifadə etməlisiniz.Kakos suyu aşağı kalorili quruluşuna görə bir çox diyetoloq tərəfindən tövsiyə edilir.
 

Dünyapress TV

Xəbər lenti