Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən "İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası"na dəyişiklik edilib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, artıq göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU) tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etmək mümkündür.

"Belə ki, pasiyent tibbi xidmətdən istifadə etmək üçün səhhətində yaranan problemlə bağlı dövlət və ya özəl tibb müəssisəsinə (birbaşa müraciət edildiyi təqdirdə vətəndaşın öz vəsaiti hesabına) müraciət edərək həkim müayinəsindən keçir. Müayinənin nəticəsindən asılı olaraq Xidmətlər Zərfi çərçivəsində göstərilən stasionar xidmətdən istifadəyə tibbi göstəriş olarsa pasiyent öz seçiminə əsasən ATU-nun tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, yaxud da Bakı Sağlamlıq Mərkəzinə xidmətdən yararlanmaq üçün göndərişsiz birbaşa müraciət edə bilər. Bu zaman sözügedən tibb müəssisələrində stasionar tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır.

Nümunə olaraq, pasiyent dövlət/özəl tibb müəssisəsinə səhhətində yaranan problemlə - məs., bel nahiyəsində küt və ya sancı şəkilli ağrı ilə bağlı müraciət edir. Burada həkim-uroloq/nefroloq tərəfindən müayinə olunur. Həkim tərəfindən təyin olunan müvafiq laborator və instrumental müayinələrdən keçir. Nəticədə pasiyentə böyrək daşı xəstəliyi diaqnozu qoyulur. Vətəndaş diaqnoza əsasən böyrək daşının xaric edilməsi əməliyyatından istifadə etmək üçün TƏBİB-in tabeliyindəki xəstəxanalarda, Agentliklə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) göndəriş əsasında və ya yuxarıda qeyd olunan 3 tibb müəssisəsinə seçiminə uyğun olaraq göndərişsiz müraciət edə bilər.

Bu qayda həmçinin pasiyentlər üçün tibbi xidmətlərə əlçatanlığı təmin etməyi hədəfləyir",- deyə məlumatda qeyd edilib.
Ardını oxu...
Limon vitamin C ilə zəngin olduğu üçün sağlamlıq baxımından çox faydalıdır. Ancaq keyfiyyətli və təzə limon seçmək üçün bəzi vacib məqamlara diqqət etmək lazımdır. Foodinfo.az xəbər verir ki, təzə limonun qabığı parlaq və hamar olmalıdır. Kobud və solğun qabıq limonun quruduğunu göstərir. Sarı limonlar daha yetişmiş hesab olunur, yaşıl ləkələr isə hələ tam yetişməmiş olduğunu göstərir. Limonun çəkisi onun şirəliliyini göstərir. Eyni ölçüdə iki limon arasında daha ağır olanını seçin. Limonu əlinizlə sıxdığınızda çox sərt və ya çox yumşaq olmamalıdır. Yumşaq limon köhnə, çox sərt limon isə yetişməmiş ola bilər. Qabığını ovuşdurduğunuz zaman təravətli sitrus qoxusu gəlməlidir. Kifayət qədər qoxusu olmayan limon keyfiyyətsiz ola bilər. Şirə üçün limon alırsınızsa, nazik qabıqlı olanları seçin. Qabığı çox qalın olan limonların içində az şirə olur. Qabığında qaralmış və ya çürümüş ləkələr olan limonlardan uzaq durun. Çatlamış və ya çox yumşaq hissələr olan limon köhnəlmiş olur.Limonları soyuducuda və ya kölgəli yerdə saxlanılan yerlərdən alın. Günəş işığına məruz qalan limonlar tez quruyur və keyfiyyətini itirir. Təzə limon seçmək həm yeməklərinizin dadını artıracaq, həm də sağlamlığınıza daha çox fayda gətirəcək.
 
Ardını oxu...
Son günlər aktual olan mövzulardan biri də uğursuz plastik əməliyyatlarla bağlıdır.

Xüsusilə də qadınların üstünlük verdiyi plastik əməliyyatlar heç də hər zaman müsbət nəticələnmir.

Xatırladaq ki, bugünlərdə 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı qeydə alınıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır, artıq Nəzrini əməliyyat edən həkim saxlanılıb.

Qeyd edək ki, hazırda xəstəxanalarda çalışan həkimlərin bəzilərinin tibbi təhsili olmadığı iddiaları var. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb. Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Onu da vurğulayaq ki, səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Hazırda vətəndaşlar plastik əməliyyat və yaxud digər xəstəliklə bağlı müraciət edəcəkləri həkim barədə məlumat almaq üçün nə edəcəyini bilmir. Həkimlərlə bağlı məlumatlara əsasən televiziyalarda, sosial şəbəkələrdəki reklam xarakterli paylaşımlarda rast gəlinir. Bu səbəbdən də çox zaman pasiyentlər həkimi xəstəxanadan yox, məhz sosial şəbəkələrdən seçirlər. Buna görə də həkimlərin vahid reyestrinin olub-olmaması sual doğurur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həkimlərin reyestri var:

“Əgər vətəndaş müraciət edəcəyi həkimlə bağlı məlumat almaq istəyirsə bu, rəsmi qaydada yazılmalıdır. Vətəndaş müraciət edir və ona rəsmi cavab verilir. Bunun üçün vətəndaşlar “office@health.gov.az “ ünvanına müraciət etməlidirlər. Vətəndaş həkimin ad, soyad, atasının adı və lazım olan məlumatı yazacaq, məktub müvafiq şöbəyə yönləndiriləcək və cavablandırılacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”
 
Ardını oxu...
Cancer Research UK mütəxəssisləri qarın boşluğunun xərçənginin ən gizli və lal növ olduğunu bildirib.

“Medicina” xəbər verir ki, boşluqda olan törəmələr heç bir narahatlıq vermir, pasiyentlər şiş nəhəng ölçüyə çatanda, orqan və damarları sıxanda müayinə olunur.

Belə şişləri birinci mərhələdə aşkar etmək alınmır.

Qarın boşluğunun karsinozları boşluğun bədxassəli hüceyrələrlə tam zədələnməsidir.

Bunun bir neçə səbəbi var:

- Boşluqda düyünlərin yaranması

- İkincili şişlər, şişin mənbəyi başqa orqandır

- Nadir halda rast gəlinən boşluğun özünün divarının törəməsi

Britaniyalı ekspertlərin sözlərinə görə, qarın boşluğu xərçənginin əsas simptomları bunlardır:

- Daim şişkin, köp qarın

- İshal və ya qəbizlik

- Qarında tez-tez ağrılar

- İştahın azalması

- Tualetdə ağrı

Eləcə də xəstə və ya həkim qarın boşluğunu əllə palpasiya edəndə ağrı, yanma hissidir.

Gecikmiş mərhələdə qarın çox böyüyür, sirrozda olduğu kimi maye yığılır. Əl-ayaqlar şişir, xəstə arıqlayır, qarnı anormal böyük olur, təngnəfəs olur və yorulur.

Əgər bu əlamətlər varsa, ən azı terapevt və ya cərraha görünün.
 
Ardını oxu...
  

Alimlər şəkərlə zənginləşdirilmiş içkilərin qlobal miqyasda bəşəriyyətə nə kimi zərər verdiyini müəyyən ediblər.

Araşdırmalar zamanı məlum olub ki, şəkərli içkilər səbəbindən şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinə tutulma halları artır və bu xəstəliklərdən ölüm halları çoxalır.

240 millilitr içkidə 50 kilokalori şəkər olan içkilər şəkərlə şirinləşdirilmiş içkilər hesab edilir. İstisnalar şirinləşdirilmiş süd, 100% meyvə və tərəvəz şirələri, həmçinin kalorisi olmayan şəkər əvəzedici içkilərdir.

Araşdırmalara görə, şəkərlə şirinləşdirilmiş içkilər nəticəsində ürək xəstəliyi olanların sayı 1,2 milyon, 2-ci tip şəkərli diabet xəstələrinin sayı isə 2,2 milyon nəfər artır. Bundan əlavə, hər il 80 000 şəkərli diabet xəstəsi və 258 000 ürək-damar xəstəliyindən əziyyət çəkən insan bu növ içkilərə görə dünyasını dəyişir.

Eyni zamanda, Latın Amerikasında yeni diabet hallarının 50-100 faizinin məhz bu kateqoriyadan olan içkilər səbəb olduğu ölkələr var.  (Sfera.az)

Ardını oxu...
Gəncə şəhəri, Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Ayəddin İsa oğluna məxsus quş əti emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib.Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, xammalın qəbulu, saxlanması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlandığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
 
Ardını oxu...
“Çində aşkar edilən mutasiyaya uğramış meymunçiçəyi virusu tənəffüs sistemi vasitəsilə ötürülə bilər”.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının (RAA) akademiki Sergey Netesov məlumat verib.
O qeyd edib ki, Afrikada meymunçiçəyi xəstəliyinin iki növü var: Mərkəzi Afrika və Qərbi Afrika. Viroloqun sözlərinə görə, Mərkəzi Afrika çeşidi virusun gəldiyi Konqo üçün xarakterikdir.
“Virusun tənəffüs yolu ilə ötürülməsində artım var. Virusun müəyyən edilmiş variantı, xüsusən də Çin kimi sıx məskunlaşan ölkədə təkamül etməyə davam edə bilər”, deyə Netesov bildirib.
Alim eyni zamanda əlavə edib ki, Çin lazımi miqdarda peyvənd ehtiyatına malik mütəşəkkil ölkədir:
“99% əminəm ki, vəziyyət inkişaf etməyə başlasa, onlar peyvənd etməyə başlayacaqlar”
Qeyd edək ki, ötən gün Azərbaycanda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halının aşkarlanıb. Məlum olub ki, bu il yanvarın 2-dən 11-dək həmin şəxs xaricə turist səfərində olub. Qayıdandan sonra halsızlıq, yüksək hərarət, cinsiyyət nahiyəsində qabarcıqlı səpgilər, həmçinin limfa düyünlərinin böyüməsi və əzələ ağrılarından şikayət edərək Bakıdakı klinikaya müraciət edib.
 
Ardını oxu...
ABŞ-ın Qida və Dəman Nəzarəti İdarəsi (FDA) “Red 3” adlı qırmızı qida rəngləndiricisinin istifadəsini qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə “Environmental Working Group” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

Məlumata görə, buna səbəb maddənin xərçəng yaratmasıdır.

Qeyd edək ki, “Red 3” konfetlərin, qazlı içkilərin, öskürək əleyhinə siropların hazırlanmasında istifadə olunur.

Avropa Birliyi bu maddənin istifadəsinə 1994-cü ildə qadağa qoyub.
 
Ardını oxu...
Təbrizin elektrik enerjisi istehsal edən istilik elektrik stansiyasında mazut istifadəsi səbəbindən yaranan hava çirkliliyi 17 gün davam etdikdən sonra bu gün qəbul edilə bilən səviyyəyə enib və çirklilik azalıb.

Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, bu gün Təbrizdə hava keyfiyyəti 2.5 mikronluq hissəciklər üzrə 73-ə bərabərdir və bu, "qəbul edilə bilən" şərait hesab olunur. Bu göstərici təhlükəli olmasa da, "təmiz hava" sayılmır. Bununla belə, şəhərdə bu vəziyyətin davamlı olacağı ilə bağlı ciddi şübhələr var. Sosial şəbəkələrdə yayılan bəzi video və şəkillərdən görünür ki, Təbriz istilik elektrik stansiyası hələ də mazutdan istifadə edir və stansiyadan qalxan sıx tüstü havaya qarışır.

Son 17 gün ərzində şəhərin hava çirkliliyi indeksi 130 ilə 180 arasında dəyişib. Bu rəqəmlər göstərir ki, ayın yarısından çoxu şəhər sakinləri üçün sağlamlığa təhlükə yaradan hava şəraitində keçib.

Xəbər agentliyinin digər məlumatına görə, Şərqi Azərbaycan vilayətinin digər şəhəri olan Binabda isə hava çirkliliyi hələ də hamı üçün təhlükəli səviyyədə qalır. Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin Havanın Monitorinqi Mərkəzi Binab şəhərinin hava keyfiyyətini (AQİ) 172 olaraq göstərib ki, bu da cəmiyyətin bütün qrupları üçün "təhlükəli" hesab olunur.

Binabda yerləşən "Səhənd istilik elektrik stansiyası" da elektrik enerjisi istehsalı üçün mazutdan istifadə edir ki, bu da şəhər və ətraf bölgələrdə ciddi çirkliliyə səbəb olur.

İranda elektrik enerjisi istehsal edən stansiyalar əsasən təbii qaz yanacağına bağlıdır. Lakin son illərdə ölkədə təbii qazın çatışmazlığı səbəbindən bəzi elektrik stansiyalarında alternativ yanacaq kimi mazutdan istifadə edilir ki, bu da hava çirkliliyinə səbəb olur. Bu problem əvvəlki illərdə də mövcud olub və İranda təbii qazın çatışmazlığı müzakirə edilib. Lakin bu il vəziyyətin daha da kəskinləşdiyi görünür.

İranda hava çirkliliyi ətraf mühitin ən ciddi problemlərindən biridir və hər il çox sayda vətəndaşın ciddi sağlamlıq problemləri ilə üzləşməsinə səbəb olur. İSNA xəbər agentliyinin 12 yanvar tarixində yayımladığı məlumata görə, İranda ötən günəş ilində hava çirkliliyi ilə bağlı ölüm halları 30 min 692 nəfər təşkil edib. Bu rəqəm Səhiyyə Nazirliyi tərəfindən 57 şəhəri və 48 milyondan çox əhalini əhatə edən bir nümunə əsasında hesablanıb.

Hava çirkliliyi indeksi (AQİ) 0-50 arası yaxşı və təmiz hava, 51-100 arası orta, 101-150 arası həssas qruplar üçün zərərli, 151-200 arası bütün qruplar üçün zərərli, 201-300 arası çox zərərli, 300-dən yuxarı isə təcili vəziyyət və kritik hesab olunur.
 

Ardını oxu...

Virus infeksiyalarının hökm sürdüyü payız-qış aylarında insanların əczaxanalardan soruşduğu və aldığı əsas dərmanlar antibiotiklərdir. Sözsüz ki, əhali arasında belə bir düşüncə var ki, qripə və ya buna bənzər hansısa virusa yoluxan zaman antibiotik içmək onu müalicə edir. Əslində, araşdırmalar, eyni zamanda həkim rəyləri bunun mif olduğunu təsdiqləyir. Eyni zamanda, yersiz istifadə edilən antibiotiklərin faydadan daha çox ziyan verdiyi məlum olur.

Mövzu ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, istənilən virus infeksiyaları zamanı insanlar həkim məsləhəti olmadan əczaxanadan antibiotik alıb içirlər.

"Əslində, antibiotik dediyimiz preparatlar anti-bakterial preparatlardır. Bunlar sadəcə bakteriyaya təsir göstərir. Yəni hər hansı bir virusa təsiri yoxdur. İstər koronavirus olsun, istər qrip olsun, istər metapnevmovirus olsun, bunların heç birinə antibakterial preparatların effektivliyi, təsiri yoxdur. Hər bir antibiotikdən gərəksiz istifadə allergik reaksiyalara səbəb ola bilər.

Hər bir antibiotikin özünün qaraciyər, böyrək toksikliyi, bəzilərinin ürəyə toksik təsiri var. Yəni daxili orqanlara mənfi təsir edir. Bunlardan da əlavə, gərəksiz antibiotik istifadə etmək həm maddi ziyandır, həm də ən böyük problem bu antibiotiklərə qarşı rezistentliyin yaranmasıdır.

Gələcəkdə antibiotik istifadə etmək ehtiyacı yarandığı zaman biz bu bəsit antibiotiklərdən istifadə edə bilməyəcəyik. Çünki ona qarşı artıq rezistentlik yaranır. Bu rezistentlik də bir bakteriyadan digər bakteriyaya, bir insandan digər insana rahatlıqla ötürülə bildiyinə görə, gələcəkdə çətinliklər yaranacaq. Ciddi bir infeksiya olduğu zaman həmin şəxs məcbur olacaq ki, xəstəxana şəraitində yataraq və daha güclü, hətta yan təsirləri belə daha çox olacaq antibiotiklər istifadə etsin”,- deyə həkim əlavə edib.

O qeyd edib ki, antibiotikdən gərəksiz istifadədən qaçmaq lazımdır:

"Mən məsləhət görürəm ki, ümumiyyətlə, gərəksiz antibiotikdən istifadə etməkdən qaçaq. Eyni zamanda, həkim məsləhəti olmadan hər hansı bir antibiotik istifadə olunmasın. Əgər antibiotik istifadəsinə ehtiyac yaranıbsa, bunun həkim nəzarəti altında olması daha doğrudur.

Viruslarda antibiotikin hər hansı bir faydası yoxdur. Virus infeksiyasına yoluxan xəstələr başqa insanı yoluxdurmamaq üçün mütləq ev şəraitində istirahət etməli, evdə izolyasiya şəraitində qalmalı, bol maye qəbul edib hərarət salıcı dərmanlardan istifadə etməlidirlər”.

Uşaqlara yersiz antibiotik qəbul etdirmək onların sağlamlığına necə təsir edir?

Bu barədə Trend-ə danışan pediatr Aytən İsmayılzadə bildirib ki, uşaqlara gərəksiz şəkildə antibiotik vermək qəti qadağandır.

"Çünki uşaqlara vaxtından əvvəl antibiotik veriləndə immunitet zəyifləyir, bu zaman da virusla mübarizə zəyifləyir. Daha sonra bakterial ağırlaşmalar baş verir. Bu zaman təkrar antibiotik verilməsinə ehtiyac duyulur. Yersiz antibiotik veriləndə, əgər daha sonra, həqiqətən də, antibiotikə ehtiyac yaranarsa, bu zaman uşaq ikiqat artıq doza almış olur. Bunun da əlavə təsirləri daha çox olacaq.

Buna görə də valideynlərə məsləhətim budur ki, hər virus infeksiyası baş qaldıran kimi antibiotikə qaçmasınlar. Həkimlə məsləhətləşsinlər. Uşaqlara antibiotik həkim məsləhəti ilə, həkimin təyin etdiyi zamanda və miqdarda verilməlidir. Eyni zamanda, antibiotikin təyin edilməsi üçün qan analizlərinə ehtiyac var. Qan analizində bəzi testlər var ki, antibiotik göstəricisini təyin edir. İltihabi göstəricilərin yüksəlməsinə əsasən antibiotik məsləhət görülür”, - deyə o qeyd edib.

 

 

Dünyapress TV

Xəbər lenti