Ardını oxu...
TƏBİB vətəndaşlara müraciət edib.

Qurumdan Teref.az-a bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət vətəndaşlar üçün ödənişsiz qarşılanır.

Qeyd olunub ki, həmin tibbi xidmətlər vətəndaşlara TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

“Vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslı ambulator tibbi xidmət (yalnız həkim müayinəsi. Məsələn, kardioloq və s.) üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət edə bilərlər. Burada vətəndaşa icbari tibbi sığorta çərçivəsində lazım olan tibbi xidmət ödənişsiz göstərilir.

Lakin bəzi hallarda vətəndaşın ehtiyacı olduğu tibbi xidməti onun müraciət etdiyi dövlət tibb müəssisəsində (Ailə Sağlamlıq Mərkəzi, poliklinika, xəstəxana və s.) göstərmək mümkün olmaya bilər. Bu halda müraciət edilən tibb müəssisəsi vətəndaşa TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisəsində həmin xidməti alması üçün göndəriş vərəqəsi təqdim edir. Nümunə ilə daha aydın izah edək. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzində həkim-uroloqa müraciət edir. Müayinə sonrası vətəndaşa böyrək daşı diaqnozu ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin əməliyyat bu tibb mərkəzində icra olunmadığı üçün vətəndaşa həmin xidmətin göstərildiyi Kliniki Kibbi Mərkəzə göndəriş vərəqəsi verilir.

Məlumat üçün bildirək ki, hazırda dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu göndəriş vərəqəsi həm ailə həkimi (sahə həkimi), həm də dar ixtisaslı həkim (məsələn, kardioloq) tərəfindən verilə bilər.

Vətəndaşa lazım olan tibbi xidməti TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün olmadıqda isə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzinə həkim-otorinolorinqoloqa müraciət edir. Müayinə sonrası vətəndaşa frontit diaqnozu (alın nahiyəsində iltihab) ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin bu əməliyyat həmin tibb mərkəzində və TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində icra olunmadığına görə tibbi xidmətin göstərilməsi üçün vətəndaşa müqaviləli tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir”.

Məlumata görə, agentliyin müqaviləsi olan tibb müəssisələrində həm ambulator (həkim müayinəsi, analizlər, müxtəlif cihazlar vasitəsilə müayinələr və s.), həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu zaman göndəriş vərəqəsi dövlət tibb müəssisəsindəki dar ixtisaslı həkim tərəfindən verilir.

“Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz. Eyni zamanda vətəndaşın təklif olunan tibb müəssisələri arasından istədiyi birini seçmək hüququ var. O, göndəriş vərəqəsi əsasında yönləndirildiyi tibb müəssisəsində icbari tibbi sığortanın vəsaiti hesabına xidmətdən yararlanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf də Xidmətlər Zərfinə daxil olduğu halda ödənişsizdir. Göndəriş vərəqəsindən istifadə müddəti 10 gündür”, – TƏBİB-dən qeyd olunub.

Bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa həm dövlət, həm də agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir: “Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur”.
 
Ardını oxu...
Hindistanda Çində epidemiyaya səbəb olan koronavirusun BF.7 omikron ştamının təhlükəli subvariantına yoluxma ilə bağlı ən azı dörd hal aşkar edilib.

Virusun alt variantı Qucarat ştatının Odişa əyalətində müəyyən edilib.

Məlumata görə, Qucaratda COVID-19-un bu təhlükəli variantı aşkar edilən iki xəstə evdə təcrid olunaraq sağalıb.

Çərşənbə günü ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşlara insanların sıx olduğu yerlərdə maska ​​taxmağı tövsiyə edib və vəziyyəti hər həftə yoxlayacağını bildirib.

Mənbə: TASS
 
Ardını oxu...
Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində koronavirus epidemiyası artmağa başlayıb. Gələn il ölkədə bir milyondan çox insanın hadisə partlayışı ilə ölümlə üzləşə biləcəyi təxmin edilir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Çində Covid-19 infeksiyalarının artması ilə bağlı narahatlığını bildirib və Çin hökumətinin ölkə daxilində ən yüksək risk altında olan insanları peyvənd etməyə diqqət yetirməli olduğunu qeyd edib.


ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus verdiyi açıqlamada, "ÜST Çində artan ağır xəstəlik xəbərləri ilə inkişaf edən vəziyyətdən çox narahatdır" dedi. dedi.

Almaniya BioNTech peyvəndlərini Çinə, ilk növbədə alman mühacirlərə göndərdi.
 
 
 
Ardını oxu...
Maqnit fırtınası, hava və fəsil dəyişikliyi ilə bağlı bəzi insanlarda təzyiq aşağı düşə bilər. Onların başı gicəllənir, ağrayır, halsızlaşırlar.
Tribunainfo.az xəbər verir ki, yazda havanın soyuyub-istiləşməsi, maqnit fırtınası baş damarlarında təzyiqi salır, qan dövranını zəiflədir, bu zaman təbii refleks işə düşür, yəni orqanizm təzyiqi salır.
Bu zaman insanın halı pisləşir.
Əgər təzyiq qəflətən düşərsə, dərman axtarmaq əvəzinə, tünd çay için.
Aşağı təzyiqi qaldırmağın ən sadə yolu tünd şirin çay içməkdir.
Hava və maqnit dəyişikliyinə qarşı dözümlü olmaq üçünsə xüsusi adaptogen təsirli preparatlar içmək olar.
Bunu isə həkim təyin etməlidir.
 
 
 
Ardını oxu...
Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.
Bakupost.az xəbər verir ki, bu barədə “TOLO news” telekanalı yerli səhiyyə departamentinin rəhbərinə istinadən məlumat yayıb.
Belə ki, əyalətin şərqində yerləşən Şadjoy rayonunda gündə azı 80 nəfər xəstələnib və iki uşaq ölüb. Sözügedən xəstəliyin hansı növü göstərilmir. Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxmanı göstərirlər.
 
Ardını oxu...
Gələn il hökumətin vətəndaşlara daha bir “sürpriz”i olacaq.

Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, vətəndaşların şəxsi istifadəsi üçün idxal etdikləri, gömrük rüsumlarına və vergilərinə cəlb edilməyən dərman vasitələri ilə bağlı qaydalar tətbiq ediləcək.

Yeni qaydalarda artıq vətəndaşın özü üçün xaricdən gətirdiyi dərman vasitəsi rüsuma cəlb olunacaq.

DİA.AZ bildirir ki, bununla bağlı Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, məsələ ilə bağlı Gömrük Komitəsi ilə Səhiyyə Nazirliyi arasında işçi müzakirələr aparılıb.

Hər iki qurumun hazırladığı qərar gələn il Nazirlər Kabineti adından elan olunacaq.

Qeyd edək ki, Azərbaycanda dərman pereparatları qonşu Gürcüstan, İran və Türkiyə ilə müqayisədə 4-5 dəfə baha satılır.

Müalicəsi üçün imkanı olmayan şəxslər dərmanlarını adıçəkilən ölkədən gətirməyə çalışırdı.

Yeni qərar imkansız xəstə insanlar üçün ciddi çətinliklərə səbəb olacaq.
Ardını oxu...
Son günlər Azərbaycan apteklərində satılan dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı mətbuatda və televiziyalarda məlumatlar yer almaqdadır.

Aparılan araşdırmalardan məlum olur ki, əhalinin əksəriyyəti onlara lazım olan dərmanları xarici ölkələrdən, xüsusən Gürcüstan, Türkiyə və Rusiyadan gətirməyə üstünlük verdiyini açıqlayıb. Sakinlər bunun səbəbini dərmanların həddindən artıq baha olması ilə əlaqələndirir.

Əhali dərman almaq üçün xarici ölkələrə üz tutursa, Azərbaycanda günü-gündən sayı çoxalan apteklər şəbəkəsinin taleyi necə olacaq?

Həkim Səxavət Əlisoy “Qaynarinfo”ya açıqlamasında bildirib ki, dərman ləvazimatları hər bir ailənin gündəlik təlabatlarından biridir:

“Bünün üçün öncə jurnalistlər aşağıdakı üç sualın cavabını araşdırmalıdır:

1. Xaricdən dərman preparatlarını Azərbaycana kimlər gətirir?
2. Gətirilən dərman preparatları harada və hansı labarotoriyada ekspertizadan keçirilir?
3. Bu günə qədər (son 30 ildə) xaricdən alınan dərman preparatlarının hansı birinin keyfiyyətinə görə istifadəsinə qadağa qoyulub?

Bu 3 sualın içində çox nəsnələr yatır. Dərman biznesi çox gəlirli biznesdir. Və belə bir biznesi, el dili ilə ifadə etsək, “xalqın öhdəsinə” kimsə buraxmaz. Bu biznesin arxasında çox yekə adamlar dayanır adətən. Dərman da gündəlik təlabat mallarından biridir”.

Ekspert gün ərzində ən azı 2 milyon insanın dərman qəbul etdiyini vurğulayıb: “Tibb müəssisələrində qeydiyyatda dayanan xroniki xəstələrin sayına rəğmən, bu rəqəm ortaya çıxır. Belə bir durumda dövlətin xüsusi bir “Dərman təhlükəsizliyi” kinsepsiyasına malik olması gərəkdi. Tibbi biliyi olmayanlar tam anlaya bilməz, qazanc xətrinə bəzi dərman preparatlarının apteklərə yol açması çox təhlükəlidir. Bu, çox ciddi bir problemdir”.

Səxavət Əlisoy hesab edir ki, Səhiyyə Nazirliyi istəsə belə, bu problemin həllinə nail ola bilməz: “Vətəndaşların dərman preparatları ilə təmin olunmasını dövlət özü çiyninə çəkməlidir, nədən ki, monopolistlər üçün əhalinin sağlamlığı önəm daşımır. Böyük ehtimalla gələcəkdə vahid mərkəzdən idarə olunacaq, bir ələ tabe olan aptek şəbəkəsi yaradılacaq. Əgər yaradılacaq bu şəbəkə dövlətin tabeçiliyində olsa, əhalinin sağlamlığına diqqət olacaq. Monopolistlərin nəzarətinə keçsə, vətəndaş bugünkü duruma şükr edəcək”.
 
 
 
Ardını oxu...
Azərbaycanda insanlar yeməkləri çox qarışdırır. Köp, qıcqırma çoxdur. Mən dəfələrlə demişəm ki, qatıq belə köp verə bilər.
Bakupost.az xəbər verir ki, bu sözləri məşhur həkim Seyfəddin Əsəd deyib.
Həkimin sadaladığı qidaların əksəriyyəti Azərbaycanda populyar yeməklərdir.
“Pomidor, turşu, tomatlı yemək, qatıq yeməyin, əgər yeyirsizsə, həmin günün təzə ev qatığını yeyin, yarpaq dolması, göbələk, dovğa yeməyin. Bunlar həzmə getməyənlərdir.
Əgər hardasa yemək yeyəndə köp yaranıbsa, bir çay qaşığı sodanı həll edib, qəbul edin. Müalicə məqsədilə isə kartof şirəsi için”.
Qeyd edək ki, bundan öncə də saytımıza açıqlamasında Seyfəddin Əsəd dovğanın düzgün bişirilmədiyini və zərərli olduğunu bildirmişdi.
 
Ardını oxu...
21 yaşlı qadın həyat yoldaşının dərmanını içərək zəhərlənib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonun Maşlıq kəndində baş verib.

2001-ci il təvəllüdlü G. Quliyeva həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Dərmandan zəhərlənən qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Onun dərmanı intihar məqsədilə ya bilməyərəkdən qəbul etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
Bayden dünya ictimaiyyətinə növbəti pandemiya barədə xəbərdarlıq edib
ABŞ Prezidenti Co Bayden bəşəriyyətin daha bir pandemiya ilə üzləşəcəyini söyləyib.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı deyib.

“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa davam edirik.

Bizi gözləyən yeni pandemiya ilə bağlı üzləşməmək üçün universal tibbi sahədə səylərimizi gücləndiririk. Bu, şübhəsiz ki, olacaq”, - deyə Amerika lideri bildirib.

Bayden həmçinin qeyd edib ki, ABŞ 49 Afrika ölkəsinə 231 milyon doza vaksin tədarük edib.

Bundan əlavə, ABŞ Afrikanın öz peyvəndlərini istehsal etmək potensialına sərmayə qoyub.

Ağ Ev rəhbərinin sözlərinə görə, Afrikanın uğuru bütün bəşəriyyətin xilasına gətirib çıxarıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti