Ardını oxu...
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.

“Medicina” xəbər verir ki, bu barədə pulmonoloq Oleq Abakumov bildirib.
“İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır. Xəstəliyin ilk yüngül əlamətləri az hiss olunan kimi bu dərmanı içmək lazımdır.

Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək.

Bunun üçün Oseltamivir adlı preparat effektivdir.

Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zaman bu dərmanı içmək olar.

Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”.
Ardını oxu...
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.

Əgər sirroz başladısa, vəziyyəti geri döndərmək mümkün deyil.

Teref.az xəbər verir ki, terapevt Filipp Kuzmenko sirroz barədə maraqlı açıqlama verib.

“Spirtli içki qaraciyəri məhv edir, bunu hamı bilir. İçki içənlər dəriləri saralmayana qədər bu təhlükəni gözardı edir. Əgər saralma baş verdisə, onu artıq geri qaytarmaq mümkün deyil. Qısacası, bu artıq sondur.

Düzdür, sirroz ölümə səbəb olur, amma statistikaya görə, içki içənlər sirrozdan çox ürəyin dayanması, insult və alkoqol zəhərlənməsindən həyatını itirir.

Bəs qaraciyəri içkidən qorumaq olarmı? Olar, bir yolla – içməyi unudasız.

Sirroz simptomsuz başlayır, birinci mərhələdə ümumi narahatlıq, zəiflik, içtah azalması olur”.

Qaraciyər ağrımadığı üçün ağrı artıq sirrozun irəli mərhələsində sağ qabırğaaltında sinir ağrısına bənzəyir (medicina.az).
 

Ardını oxu...
Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb.

Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun yanvarın 31-də keçirilən iclasında qəbul olunub.

Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir.

Toplum TV

Ardını oxu...
Türkiyədə cəmiyyətin məşhur simalarından Aslı Çetiner və iş adamı Tahsin Çiftkurtun 24 yaşlı qızı Leyla Çiftkurt İngiltərənin paytaxtı Londondakı evində ölü tapılıb.

Leyla Çiftkurtun Londonda universitet tələbəsi olduğu bildirilir.

Aslı Çetiner iki gün Leyladan xəbər ala bilməyib və Londonda təhsil aldığı universitetlə əlaqə saxlayıb. Universitetdən Leylanın dərslərə gəlmədiyi bildirilib. Bu halda Çetiner qızının dostlarından kömək istəyib.

Leylanın dostları polisin müşayiəti ilə onun evinə daxil olduqda şok yaşayıblar. Leyla öz evində ölü tapılıb.

Aslı Çetiner Londona uçub. Polis hələ ki Leylanın müəmmalı ölümü ilə bağlı açıqlama verməyib. Lakin onun intihar edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İngiltərədə qrip əlamətləri ilə xəstəxanaya müraciət edən 21 yaşlı həvəskar futbolçu Lyui Devinin hər iki ayağı amputasiya edilib.

Demokrat.az xəbər verir ki, İngiltərədəki Willington İdman Klubunun həvəskar futbolçusu, 21 yaşlı Lewi Devey, qrip əlamətləri və nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər gəncə pnevmoniya və B qripi diaqnozu qoyublar. Vəziyyəti pisləşdikdən sonra futbolçu 31 gün süni nəfəs aparatına qoşularaq yuxuya gedib.

Yanvarın 9-da gəncə sepsis (qan zəhərlənməsi) və çoxlu orqan çatışmazlığı diaqnozu qoyulub və hər iki ayağının dizdən yuxarı amputasiyasına qərar verilib. Çətin əməliyyatdan sonra 21 yaşlı futbolçunun ayaqları amputasiya edilib.
 
Ardını oxu...
Mərci şorbasının sən demə insan orqanizmi üçün zərərləri də var imiş.

"DogruXeber.az" 100 qram mərci ilə 100 qram mərcinin protein tərkibi bərabərdir. Hətta, mərci ətdən daha faydalıdır, çünki tərkibində heyvan mənşəli yağlar yoxdur.

Elə daxili orqanların yağlarının əriməsi üçün mərci şorbası xeyirlidir
Mərci də yaşıl çay kimi antioksidantlarla zəngindir. Bu oksidantlar isladılıb bişirilərkən daha da artır.
Tədqiqatlara görə mərci orqanizmdə xolesterinlə də mübarizə aparır.

Eyni zamanda ürəyin də sağlamlığı üçün faydalıdır.
Tərkibi B qrup vitaminlərinin hamısı olduğu üçün stress və yorğunluğu götürür.

Əgər əsəbisinizsə, yaxud qan azlığından əziyyət çəkirsinizsə, bu dənli bitkidən istifadə edin.

Lakin, onu da qeyd edək ki, zərərli tərəfləri də var.
Zərərli tərəfləri isə mədədə gec həzm olunmasıdır.
Eyni zamanda sidikdə zülal tərkibi çox olanlar qətiyyən mərci istifadə etməsin, çünki zülalı artırır.

Mütəxəssislər mərci şorbasını həftədə 3 dəfədən artıq yeməməyi tövsiyyə edir.

DogruXeber.az
Jalə Əsədova
Ardını oxu...
"ABŞ-ın icazəsi olmadan F-35 qırıcılarının alıcıları onlardan istifadə edə bilməzlər".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraktar bildirib.

“F-35-ləri alan ölkələrə və onların üzləşdiyi problemlərə baxın. Onlar ABŞ-ın icazəsi olmadan qırıcılardan təkbaşına istifadə edə bilməyəcək. Ölkənin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür. Kənardan əldə edilən ən qabaqcıl texnika ölkə daxilində yaradılan ən bəsit vasat texnologiyadan qat-qat pisdir”, - Bayraktar deyib.

Bundan əvvəl ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına cavab olaraq Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın digər qırıcıların - dördüncü nəsil F-16-ların alınması təklifini açıqlasa da, Konqresdə hələlik razılaşmanın əleyhdarları var. Ərdoğan, həmçinin bildirib ki, Ağ Ev Türkiyəyə F-16-ları satmağa hazırlaşır, lakin imtina ediləcəyi təqdirdə digər ölkələrə, o cümlədən Rusiyaya müraciət edə bilər.
 
Ardını oxu...
İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən azı dörd partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzetinə Qərb kəşfiyyatındakı mənbələr bildirib.

Qeyd olunub ki, İsfahanda mütərəqqi silahların işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib: “Bunu sosial şəbəkələrdə yerləşdirilən qeydlər sübut edir. Zərər İranın iddia etdiyi “damın kiçik zədələnməsindən” çox daha böyükdür”.

Qəzetin yazdığına görə, əvvəllər İran hakimiyyəti bu cür insidentlərdə hərbi obyektlərə ciddi ziyanın dəydiyini əvvəlcə təkzib edir:

“Yalnız bir müddət sonra Tehran dəymiş ziyanın miqyasını açıqlayır. Bu, dəyən ziyanın effektivliyini təsdiqləyən və İran hakimiyyətinin ilkin rəsmi versiyasını təkzib edən peyk şəkilləri ictimai sahəyə çıxdıqdan sonra baş verirdi”.

Qəzetin mənbələrinə görə, İsrailin kəşfiyyat orqanlarının İranın nüvə proqramı ilə bağlı hədəflərə qarşı keçmişdə uğurlu hücumlar həyata keçirib.
Ardını oxu...
2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.

Bu barədə Medicina.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə), həzm sistemi - 20% (əsasən stomotoloji), tənəffüs sistemi - 13.5% (əsasən LOR), sümük-əzələ sistemi - 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.
 
Ardını oxu...
“Dövlət xəstəxanasına gedirsən, icbari tibbi sığortanın adını eşidəndə aparatların işləmədiyi deyilir. Özəl xəstəxanalar isə od bahasına, sığortanı da saymırlar”, – bu sözləri AzadlıqRadiosuna Yasin Məmmədov deyib.

Növbəyə dayanan xəstələr
Məmmədov nə özünü, nə də ailə üzvlərini sığorta hesabına müalicə etdirə bildiyini, aylardır növbəsinin çatmadığını söyləyir: “Suraxanıda qeydiyyatda olduğum xəstəxanaya əlimdə çəlik axsaya-axsaya getdim. Oradan göndərişlə dövlət xəstəxanalarından birinə analiz üçün getməli idim. Çəkim çox olduğundan Azərbaycan Tibb Universiteti Cərrahiyə Klinikasına göndərilməli idim, amma hələ də göndərməyiblər. MRT cihazı 1 ildən çoxdur ölkənin heç bir klinikasında tapılmır. Vəziyyət ağırlaşandan sonra da dövlət yiyə durmur ki, sənin xəstəliyinə çox pul çıxır. Anam şəkər xəstəsidir, o da yararlana bilmir sığortadan. Yaşlı qadındır, ritm pozğunluğundan tutmuş, təzyiq, ağrılara kimi çox simptomu ağırlaşıb. Nə vaxta kimi pulumuz yoxdur deyə, xəstə qalacağıq. Dövlət də orada-burada deyəcək ki, biz sığorta ilə vətəndaşlara xidmət edirik”.

Rayonların da eyni dərdi

İmişlidə yaşayan Nəsirovlar da tibbi sığortadan narazılığını dilə gətirir. 10-nəfərlik ailənin heç bir üzvünün sığortadan yararlana bilmədiyini söyləyən Nəsirovlar həkimlərin sığorta ilə gələnlərdən pul tələb etdiyini bildirir.

“Özüm də dövlət işində işləyib sığortaya pul verirəm. Arvadım da müəllimdir, maaşından çıxılır. Böyük qızım da 1 ildir ki, qazancından bu sığortaya pul verir. Gözümüzün qarşısında təkcə bir ailədən 3 nəfər pul verir. Lazım olanda sığorta çevrilir tapılmaz bahalı daşa. Xəstəxanada ya növbə var deyirlər, ya da xidmətin olmadığını. Başa düşmək olmur, uşağın ayağı sınanda onu sığorta ilə qarşılamaq üçün hansı xüsusi xidmət olmalıdır? Kiçik xidməti göstərmirlərsə, nəyə veririk o pulları? Ya da sığorta ilə razılaşıb, amma əlavə pul istəyirlər. Başınıza dönüm, artıq pulum olsa idi, elə dövlətin nazını çəkmək əvəzinə özəl klinikada puluna minnət müalicə olunaram da. Səhər-birisi gün əsgər aparmağa qapımıza dayanacaqlar, bu gün büdcədən bir qəpik xərcləmək istəmirlər uşaqlar səhhətinə”, – ailə başçısı AzadlıqRadiosuna danışıb.

Dövlətin pulunun çatmadığı xəstəliklər
Bakı sakini Fərqanə Əkbərovanın səhhəti 2022-ci ilin iyulundan pisləşməyə başlayıb. Müalicələr heç bir nəticə vermədiyindən ötən il oktyabrın 28-dən onu xəstəxanaya yerləşdiriblər. Ağır pnevmoniyadan əziyyət çəkən Əkbərovanı həm də onkoloji xəstəliklər riski gözləyirdi. İlkin hesablamalar bir aylıq müalicə üçün təxminən 45 min manata yaxın vəsaitin gərəkdiyini göstərib. Lakin səhiyyə ilə bağlı heç bir dövlət qurumu müalicə xərclərini tam qarşılamadığından xəstənin qızı Nərmin Əkbərli başlatdığı ianələrlə xərclərin öhdəsindən qismən gəlməyə çalışıb. Daha sonra Əkbərli ölkə prezidentinə, Heydər Əliyevin Fonduna müraciət etsə də, səsinə səs verən olmayıb. Yanvarın 18-də Fərqanə Əkbərova vəfat edib, qızının isə hazırda 20 min manatdan çox borcu qalmaqdadır.

Hazırda səhiyyə qurumlarından, özəlliklə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yardım almadığı üçün müalicəsi ianə kampaniyalarının ümidinə qalanların sayı az deyil. Təkcə SMA xəstəliyindən əziyyət çəkən 30-a yaxın uşaq dövlətdən yardım ala bilmədiyi üçün ianələrdən asılı qalıb.

Xeyli müddətdir ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması təklif olunur. Bu məsələni parlament üzvləri də qaldırırlar. Ölkədə təxminən 58 min onkoloji xəstə var və bu xəstəliklərin icbari tibbi sığorta ilə əhatələnməsinə 200 milyon manat vəsaitin gərəkdiyi bildirilir.

Milyardlarla vəsait…
2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 milyard 125 milyon manatdan çox vəsait ayrılıb. Bu ilsə dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1 milyard 263 milyon 820 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Büdcədən səhiyyəyə ümumilikdə 1 milyard 906 milyondan çox vəsait ayrılıb. Poliklinikalar və ambulatoriyalar üçün 1 milyon 802 min 885 manat, xəstəxanalar üçün 171 milyon 384 min manat ayrılması nəzərdə tutulur.

Azərbaycanda rəsmi iş yeri olan hər kəs icbari tibbi sığorta üçün maaşından ödəniş verməlidir. İşçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz tutulur. Məsələn, aylıq maaşı 900 manat olan şəxs tibbi sığorta üçün maaşının 18 manatından keçməli olur.

Vətəndaşdan ödəniş tələbi qanunsuzdur
Vaxtı ikən 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyən, hazırda parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli AzadlıqRadiosuna deyib ki, tibbi sığorta zərfinə daxil xəstəliyin müalicəsində vətəndaşdan pul istənilməsi qanunsuzdur: “İcbari sığorta paketindəki bütün xidmətlərdən istifadə vətəndaş üçün ödənişsiz təşkil olunmalıdır. Türkiyədə xəstəliyin bir hissəsini müştərək müqavilə əsasında sığorta qarşılayırsa, digər hissəsi vətəndaş hesabına olur. Lakin bizim ölkədə tətbiq edilən icbari tibbi sığorta belə deyil. Məsələn, bir əməliyyat sığorta paketində varsa, proses zamanı bütün xərci də sığorta qarşılamalıdır”.

Deputatın fikrincə, “vətəndaş dövlət agentliyinin rəsmi saytındakı xidmətlər siyahısına baxmalıdır, xəstəlik xidmətlər zərfinə daxildirsə, müalicə xərci çox olsa da, qarşılanmalıdır”. Məmmədli onkoloji xəstəliklərin icbari sığorta paketinə salınmamasını müvafiq dövlət proqramının olması ilə əlaqələndirir.

“Pullar hara gedir?”
Həkim-radioloq Aydın Əliyev tibbi sığorta üçün ayrılan pulların qeyri-şəffaf istifadə edildiyini, sistemdə boşluqların olduğunu deyir.

“Bu yaxınlarda avtomobil qəzasına düşən şəxs mənə müraciət edib ki, tibbi sığorta onun xərclərini qarşılamadı. Özəl xəstəxanada da 40 min manata yaxın xərci çıxıb. Belə müraciətlər çoxdur, əhalinin əksəriyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazıdır. Mən də pis qiymətləndirirəm. Vətəndaşlar və dövlət müəssisələrindən alınan bu qədər vəsait hara gedir?!.. İstisnasız olaraq bütün xəstəliklər tibbi sığorta zərfinə daxil edilməlidir. Amma Azərbaycanda əhalinin bir qisminin əziyyət çəkdiyi xroniki, onkoloji xəstəliklər bu zərfə aid deyil. Çox yayılan xəstəlikləri belə ya qarşılamır, ya da bir qismini qarşılayır. Xəstəliyin bəzən bir hissəsini qarşılanması deyilir, limit qoyulur. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur”, – deyən Əliyev icbari tibbi sığorta sistemini şəffaf etməyə, qurumu hesabat verməyə çağırır.

Agentliyin rəsmi vebsaytında maliyyə hesabatı gözə dəymir, AzadlıqRadiosunun sorğusu da cavabsız qalıb.

Dünya təcrübəsi
20-dən çox ölkədə tibbi sığorta ilə bağlı “büdcə” modeli tətbiq edilməkdədir. Belə olduqda vətəndaşların səhiyyə xərcləri dövlət büdcəsinə daxil olan vergi vəsaitləri hesabına qarşılanır. İngiltərədə Milli Sağlamlıq Sistemi (NHS) adlı sistemə bağlı xəstəxanalarda bütün səhiyyə xidmətləri pulsuz təqdim edilir. Avropa İttifaqı (Aİ) ölkələrində tibbi sığorta haqları adətən vergilər və ya işəgötürənlər tərəfindən ödənilir. Dövlət öz vətəndaşlarını tibbi sığorta ilə təmin edir. Fransa və İtaliya da bu sistemdən yararlanır. Səhiyyə xidmətləri özəl xəstəxanalar tərəfindən göstərilir və bu xidmətlərin ödənişlərini hökumət qarşılayır.

SSRİ dağılandan sonra icbari tibbi sığorta sistemini ilk tətbiq edən ölkələrdən biri Estoniya olmuşdu. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 1992-ci ildən bu sistemə keçən Estoniyada hazırda vətəndaşların 80 faizə yaxını tibbi sığorta ilə təmin olunub.

Qonşu Türkiyədə də Sosial Güvənlilik Qurumu (SGK) vasitəsilə bütün vətəndaşlara tibbi xidmət 100 faiz ödənilir.

Göstərilən xidmət sayı..
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığorta zərfinə 2 min 550 xidmət daxildir. Zərfə 950 cərrahi, təcili və təxirəsalınmaz tibbi xidmət üzrə yalnız altı xidmət salınıb. Agentlik bildirib ki, ötən ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 milyondan çox şəxs 16 milyon dəfədən çox müraciət edib. Vətəndaşlara 40 milyon 277 mindən çox tibbi xidmət göstərildiyi bildirilir.

Agentlik rəsmiləri qeyd edir ki, ağır xəstəliklərin xidmət zərfinə salınması Dövlət Statistika Komitəsinin məlumatı əsasında, 5 il ərzində ölümlərin hansı xəstəliklər üzrə olmasına görə müəyyən edilir. Maliyyə resursları artdıqca siyahıda yer alan xəstəliklərin sayı da artırılır.
 

Dünyapress TV

Xəbər lenti