Ardını oxu...
Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teref.Az xəbər verir ki, qanun layihəsini Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.

Komitə sədri deyib ki, qanun layihəsi dünyanın məşhur dərman istehsalçılarının istehsal etdiyi dərmanlara əlçatanlığı asanlaşdıracaq.

Eyni zamanda Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişiklikliyin birinci oxunuşunda çıxış edən deputatların ölkəyə gətirilən dərmanların keyfiyyətsiz, qiymətlərinin baha olması ilə bağlı dediklərinə sə münasibət bildirib.

Qeyd edək ki, qanun layihəsinin müzakirə ilə bağlı səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin iclasında iştirak edir.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub. \\Cebhe.info
 
Ardını oxu...
"Burada səhiyyə nazirinin müavinin iştirak etdiyi üçün bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox ciddi bir məsələyə çevrilib. Elə dərmanlar var ki, onun sertifikasiyadan keçirmək üçün aylarla gözləyirlər".

"Son vaxtlarda dərman qıtlığı var. Hətta adi başağrısı və digər dərmanları tapmaq mümkün deyil. Dərmanların keyfiyyəti də ciddi məsələdir. Alman aptekdən dərman alırsan, Adi aptekdən dərman alırsan, təsirini göstərmir. Alman aptekdən dərman alırsan, tamamilə başqa təsir göstərir. Yəni, təsiri yaxşıdır. Niyə bu qədər fərq var?" deyə Vahid Əhmədov bildirib.
Ardını oxu...
Kəsmik selen və sinklə zəngindir, bu məhsul qalxanabənzər vəzi, böyrəklərin, oynaqların və mədə-bağırsaq traktının sağlamlığı üçün vacibdir.
Tribunainfo.az xəbər verir ki, kəsmik qiymətli zülal mənbəyidir, ona görə də məşqdən əvvəl yemək tövsiyə olunur. Beləliklə, əzələlər daha sürətli bərpa olunacaq və ağırlıq hissi olmayacaq.

Kəsmiyin əsas 7 faydasını təqdim edirik:
Yaddaşı artırır
Söhbət kəsmikdə olan B12 vitaminindən gedir. Bir payda (təxminən 150 q) bu vitaminin 0,9 mikroqramı var, gündəlik doza isə 2,4 mikroqramdır.
B12 sinir sisteminin, o cümlədən idrak funksiyalarının düzgün işləməsindən məsuldur. Bundan əlavə, həzm fermentlərinin sağlam istehsalını və əsas qida maddələrinin hüceyrələrə daşınmasını təşviq edir.
Enerji verir
B2 vitamini bədəndə müəyyən fermentlərin işləməsi üçün vacibdir və sizə enerji verməyə kömək edə bilər.
Bundan əlavə, B2 vitamini hüceyrələrdə sağlam metabolizm və enerji mübadiləsi üçün çox vacibdir. Onun çatışmazlığı daha ağır hallarda yorğunluq, depressiya və qaraciyər problemlərinə səbəb ola bilər.
Əzələ böyüməsini təmin edir
İdmanla məşğul olanlara məşqdən əvvəl az miqdarda kəsmik yemək məsləhət görülür. Bu, əzələlərin məşqdən daha sürətli bərpasına kömək edə bilər və həmçinin sağlam maddələr mübadiləsini təşviq edə bilər. Kazein və keçi südü zülalı da müxtəlif amin turşularının udulmasına kömək edəcək, bu da əzələ kütləsinin böyüməsinə müsbət təsir edəcək.
Qalxanvari vəzi qoruyur
Qalxanabənzər vəzimizin fasiləsiz işləməsi üçün onun təkcə yoda deyil, selenə da ehtiyacı var. Bu element dərinin vəziyyətinə də təsir göstərir. Antioksidant xüsusiyyətləri ilə müxtəlif komplekslərdəki selenium viruslarla, sistemli iltihablarla, otoimmün proseslərlə və hətta xərçəngə səbəb olan hüceyrə mutasiyaları ilə mübarizə aparmağa kömək edir.

Sümükləri gücləndirir
Kəsmikdən danışarkən ən çox xatırlanan kalsium elementidir. Bir fincan kəsmikdə təxminən 227 mq kalsium var ki, bu da gündəlik dəyərin 20% -ni təşkil edir.
Kalsium skeletlə yanaşı, hormonal sistemə də faydalı təsir göstərir və hətta müxtəlif yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir.
Arıqlamağa kömək edir
Birincisi, kəsmik uzun müddət toxluq hissini saxlamağa kömək edir, buna görə də daha az yeyəcəksiniz. Bu məhsul yağ deposunda yığılmır, buna görə də pəhriz saxlayanlar tərəfindən yeyə bilər.
Bağırsaq funksiyasını yaxşılaşdırır
Kəsmikdə olan laktik turşu bakteriyaları bağırsaq hərəkətliliyini normallaşdırır. Bununla belə, xatırlamaq lazımdır ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar, xüsusən də kəskin mərhələdə kəsmikləri yalnız işlənmiş formada yemək daha yaxşıdır.
 
Ardını oxu...
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Qurumdan bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Ardını oxu...
Yüksək təzyiq xəstəliyinin təkcə dərman içməklə müalicə olunacağınıza ümid etmək olmaz. Hipertoniyanın 2 əsas müalicə sxemi var.

“Medicina” xəbər verir ki, tanınmış kardioloq Arzu Bəydəmirova təzyiq xəstələrinin müalicəsində vacib məqamları açıqlayıb.

“Birinci müalicə medikamentozdur. Dərmanını iç, amma gecə yuxusu alma, qəhvə iç, energetik içki iç, yağlı yemək yeməyə davam et... Bu müalicənin effekti olmayacaq.

Bir də dərmanların qəbul etmə vaxtı var. Bəzən ola bilər həkimlərin də səhvi olur. Amma çox vaxt biz izah edirik, xəstə əməl etmir. Elə xəstə var, günə 5 dərman içməlidir. Onun birini axşam, birini səhər, birini yeməkdən əvvəl, sonra içməlidir. Bunlara da düzgün riayət etmədikdə, dərmanın effekti olmur.

Məsələn, kardioloji problemli xəstəyə təzyiq dərmanını yeməkdən əvvəl təyin edirik, amma yadından çıxır, yemək yeyir, 15 dəqiqə sonra dərmanı içir. Çoxu gözləyir ki, təzyiq düşəcək. Amma olmur. O dərman maddəsinin sovrulması 50% aşağı düşür. Sonradan xəstələr gəlir ki, dərmanı içirəm, təzyiq düşmür, dəyişək. Halbuki günah dərmanda deyildi”.
 
Ardını oxu...
80 yaşlı vyetnamlı kişi yuxu qabiliyyətini itirdiyini və həmişə oyaq olduğunu dediyi üçün ona "fövqəlbəşər" adı verilib.

Bu barədə "The Daily Star" məlumat yayıb.

Vyetnamlı Tay Nqok 60 ildir yatmadığını deyib. Gəncliyində keçirdiyi qəribə qızdırmadan sonra yuxusuzluq ona qalib gəlib. Nqokun dostları və ailəsi onun heç vaxt yatdığını görmədiklərini təsdiqləyiblər. Onun vəziyyətini yoxlayan həkimlər də gecə istirahət etdiyinə dair heç bir sübut tapmayıblar. Ağır yuxusuzluq vəziyyətinə baxmayaraq, kişi yorğunluq və ya halüsinasiya əlamətləri hiss etmir.

Blogger Dryu Binski ilə müsahibədə Nqok etiraf edib ki, sonuncu dəfə nə vaxt yuxuya getdiyini xatırlamır. Kişi əsas enerji mənbələri kimi "yaşıl çay və düyü şərabını" adlandırıb. Binski ilə söhbət zamanı o da məlum olub ki, Vyetnam müharibəsi zamanı Nqok qolundan yaralanıb. Binski, yuxusuzluğuna post-travmatik stress pozğunluğunun səbəb ola biləcəyini irəli sürüb.

Yaşına baxmayaraq, vyetnamlı hələ də işləyir: gündüzlər əkinçilik və tarlalara qulluq edir, gecələr isə şərab hazırlayır. Adətən səhər saat 4 radələrində Nqok hələ də bir müddət yuxuya getmək ümidi ilə yatmağa gedir, lakin onun cəhdləri istənilən nəticəni vermir.
Ardını oxu...
Ardını oxu...
Referans.az
Ardını oxu...
Şişkinlik mədədə və ya qarında hiss edilən şişkinlik, dolğunluq və ya narahatlıq hissidir. Bu vəziyyət həzm sistemindəki bir çox faktordan qaynaqlana bilər. Həyat keyfiyyətini aşağı salan bu problemin qarşısını alacaq üçün müxtəlif təbii üsullar var.
Bir limonun suyunu sıxın və bir stəkana tökün, sonra çıxan limon suyu qədər su əlavə edin. Ancaq bu qarışığı səhər və ya yeməkdən əvvəl deyil, yeməklərin ortasında içməlisiniz. Qısacası, şişkinlik probleminiz varsa, yeməyinizi yeməyə başlamaq, yarıya qədər fasilə vermək, limonlu suyunuzu içmək və yeməyinizi yeməyə davam etmək probleminizi qısa müddətdə həll edəcək.
LİMONLU SUYUN FAYDALARI
Limon C vitamininin zəngin mənbəyidir. C vitamini immunitet sistemini dəstəkləyir, dərinin sağlamlığını yaxşılaşdırır və antioksidant təsiri ilə sərbəst radikallarla mübarizə aparır.
Limonlu su həzm sisteminə müsbət təsir göstərən turşulu bir içkidir. Limon suyu mədə turşularının istehsalını artıraraq həzm prosesini yaxşılaşdıra bilər. Limonlu su içmək suyun dadını daha maraqlı edərək gündəlik su istehlakını artıra bilər. İmmuniteti gücləndirir Limon suyu C vitamini və digər antioksidantlarla zəngin olduğu üçün immunitet sistemini dəstəkləyir. Bu, infeksiyalardan qorunmağa kömək edə bilər. \\Saglamolun.Az
 
Ardını oxu...
Bu qəbilə suyun altında 60 metr üzə bilir.
Bu insanlar uzun müddət suda qalmaq üçün genetik olaraq fərqlənirlər.
Mutasiyaya uğramış qəbilə indi suyun altında 60 metr üzə bilir.
Yüz illər boyu “dəniz qaraçıları” kimi tanınan Bajau xalqı Cənub-Şərqi Asiyada dənizdə yaşayır. Onlar təbii olaraq seçildilər, təkamül genetik olaraq onları ən güclü və ən davamlı dalğıclara çevirdi.
Malayziya, İndoneziya və Cənubi Filippində bir milyona yaxın insan dənizin dibindən topladıqları dəniz məhsulları ilə yaşayır.
İcma üzvləri nəfəslərini 13 dəqiqə saxlaya və 60 metr dərinliyə dala bilirlər.
Bu qəbilə suyun altında 60 metr üzə bilir.
Bu insanlar uzun müddət suda qalmaq üçün genetik olaraq fərqlənirlər.
Mutasiyaya uğramış qəbilə indi suyun altında 60 metr üzə bilir.
Yüz illər boyu “dəniz qaraçıları” kimi tanınan Bajau xalqı Cənub-Şərqi Asiyada dənizdə yaşayır. Mən təbii olaraq seçildim, genetik olaraq onları ən güclü və ən davamlı dalğıclara çevirdim.
Malayziya, İndoneziya və Cənubi Filippində bir milyona yaxın insan dənizin dibindən topladıqları dəniz məhsulları ilə yaşayır.
İcma üzvləri nəfəslərini 13 dəqiqə saxlaya və 60 metr dərinliyə apara bilərlər.

Mənbə: Matthieu Paley / National Geographic
Mənbə: Matthieu Paley / National Geographic
Tərcümə: Teref.az
 
Ardını oxu...
Bakıda özəl klinikaların birində cinsi məlum olmayan körpənin dünyaya gəlməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, uşağın sidik və idrar yolu da qapalı olduğundan təcili əməliyyat olunmalıdır.
Məsələ ilə bağlı sözügedən klinikanın uşaq cərrahı Gündüz Ağayev xəbərin əsassız olduğunu bildiriib.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
“Tarixi konfrans oldu, çünki COVID-19 pandemiyasından sonra keçirildi. Bu, müzakirələrin axarını dəyişmişdi. İdmanın nə dərəcədə vacib vasitə olması müzakirə olundu”.

Oxu.Az xəbər verir ki, bunu YUNESKO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı - MINEPS VII-nin yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

O, vəzifəli şəxslərin, idmançıların öz təcrübələrini bölüşdüklərini deyib:

“Uzun müddət işləmişdik və gözləntilərimiz böyük idi. "Fir for Life" Alyansını qəbul etdik. Azərbaycan idman naziri Fərid Qayıbov bütün nazirlərə müraciət etdi. Onların hər biri gender bərabərliyi, idmanda qadına qarşı zorakılıq əleyhinə mübarizədə ortaq məxrəcə gəldilər. Özəl sektorun nümayəndələri fondlar, idmançılar iştirak etdi. Onlar öz təcrübələrini bölüşdülər. Gənc insanların 80 faizi bütün dünyada minimal dərəcədə belə, fiziki işlə məşğul olmurlar. Azərbaycan bununla bağlı bütün dünyaya müraciət etdi”.

Q.Ramos “Fit for Life” Alyansı müzakirələrində İran və bir sıra digər ölkələrin bəzi etirazlarının olmasına münasibət bildirib:
“Bəzi bəndlərdə fikir ayrılıqları ola bilər. Geniş anlayış vermişik. Gender bərabərliyi, LGBTQ və digər bəzi mövzularda onlar başqa terminologiya istədilər. Bununla bağlı razılıq əldə olundu. Onlar fərqli fikirlərə malikdirlər, amma sənəd konsensusla qəbul olundu. Nəticə sənədində özlüyündə heç bir dəyişiklik olmadı. Tək İran yox, müxtəlif ölkələr dəyişikliklər təklif etdilər. Biz müxtəlif yanaşmalara baxmayaraq, bir körpü yaratdıq. Ümumi razılıq əldə edildi”.

YUNESKO rəsmisi Azərbaycan və Bakı barədə təəssüratlarını bölüşüb:

“Mən 5 gündür, buradayam. Xəstələnmişəm. Çox yaxşı bir həkimim oldu. Təşkilatçılıq yüksək səviyyədə idi. Bakı böyük tədbirlərin təşkili üçün çox gözəldir. Hər şey yerində, vaxtında, düzgündür. Təşkilatçılıq dünya səviyyəsində oldu. Burada tarixi irs var, İpək Yolu buradan keçir. Azərbaycan Odlar Yurdudur, Atəşgah heyrətamiz idi. Müxtəlif mədəniyyətlərin, dinlərin bir yerdə mövcudluğunu görmək çox gözəldir. Mən Bakıda xalça belə toxundum. Ancaq bizə çox yemək yedirirsiniz, (gülür - red.) dayanmadan yeyirik”.

Faiq Tahirov

Dünyapress TV

Xəbər lenti