Hədəf bəllidir: Azərbaycan antiterror əməliyyatına hazırlaşır? -
Erməni separatçıları Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan Ermənistandan rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə qeyri-qanuni olaraq hərbi ləvazimatlar daşıyırlar.

"Caliber" tərəfindən yayınlanan videolarda Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi əks olunub.

Konvoyun əvvəlində Rusiya sülhməramlı kontigentinin 2 "UAZ Patriot" maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus brezent "Ural" və su çəni olan "KamAZ", karvanın sonunda isə "BTR-82A" hərəkət edir. Həm 2 "UAZ", həm də "BTR"-in üzərində rus bayrağı qaldırılıb.

Konvoy qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və silah-sursatla təmin etmək üçün hərəkət edir.

Maraqlıdır, Azərbaycanın hərbi rəhbərliyi yaxın zamanda güc yolu ilə bu torpaq yolunu nəzarətə götürə bilər?

TEREF.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Xankəndi-Xəlfəli-Turşsu yolu dövlətin diqqətindən kənarda qalmır:

“Xatırladım ki, Xankəndi-Xəlfəli-Turşsu yolu barədə məlumatları ilk dəfə 2021-ci ilin sentyabrında şəxsi "Facebook" hesabımda paylaşmışdım. Hətta həmin yolun şəklini də çəkmişdim. Belə ki, həmin yol ermənilər üçün o qədər də prioritet deyildi.

Yəni, Laçın şəhərindən keçən yol açıq olduğu üçün ermənilər bu yol vasitəsi ilə istədiyini gətirirdilər, istədiyini aparırdılar. Torpaq yolun aktuallığı Şuşa-Xankəndi yolunda aksiya başladıqdan sonra gündəmə gəldi.

Əvvəllər də qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri həmin yol üzərində yerləşdiyi üçün təzcihat da o yoldan gətirilirdi. Şəxsən Şuşadan Xankəndi-Xəlfəli yoluna müşahidə eləmişəm.Yayda bir saat ərzində təxminən 3-4 maşın bu yoldan keçirdi.

Azərbaycan tərəfi bu yolda qeyri-qanuni daşınmaların qarşısını almaq üçün Ermənistanla sərhədin Laçın giriş hissəsində nəzarət-keçid məntəqəsi qurmalıdır. Hesab edirəm ki, tez bir zamanda bu istiqamətdə addım atılacaq".

Ekspertin fikrincə, Azərbaycan Ordusu yaxın günlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin zərərsizləşdiriməsi üçün hər hansı əməliyyatlar keçirə bilər:

“Həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi, eləcə də bir sıra hərbi ekspertlərin açıqlamalarına görə, Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi erməni silahlılarından təmizlənməsi üçün antiterror, çəkindirici əməliyyatlar həyata keçirməsi qaçılmazdır. Hesab edirəm ki, bu, mütləq baş verəcək.

Erməni separatçılarının ruslarla bizə qarşı birgə fəaliyyəti, rus sülhməramlılarının müşayiəti ilə qeyri-qanuni erməni silahlı birləşmələrinin silah-sursatla təmin olunması və erməni silahlılarının rotasiyası Azərbaycanın təhlükəsizliyinə birmənalı olaraq ziddir. Belə addımların qarşısını almaq güc strukturlarımızın müqəddəs borcudur. Onların bu borcu məharətlə yerinə yetirəcəyinə əminəm”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti