Qarabağdakı gərginlikdə KİM MARAQLIDIR?
Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqdan başqa yolu yoxdur.

Erməni mətbuatında yayılan məlumatlar görə, Azərbaycan hökuməti Xankəndindəki separatçılara öz kanalları vasitəsilə bildirib ki, reinteqrasiya siyasəti mütləq aparılmalıdır.

Çünki yalnız reinteqrasiya prosesi ilə bölgədə problemləri həll etmək mümkündür. Əks halda Azərbaycan tərəfindən daha sərt və kəskin addımlar atalacaq.

Eləcə də rus sülhməramlıların məsuliyyət zonasında separatçı qurumun rəhbəri Araik Arutyunyan da Qarabağ ermənilərinin iki seçim arasında qaldığını bildirib. Yəni, ermənilər ya öz əvvəlki mübarizəsini davam etdirəcəklər, ya da Azərbaycanın təkliflərini qəbul edəcəklər.

Maraqlıdır, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına mane olan amillər nədir? Bu prosesin sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-nun suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, Qarabağın ermənilər yaşayan bölgələrində Ermənistan ordusunun tör-töküntülərini aradan qaldırmadan reinteqrasiya prosesini aparmaq qeyri-mümkündür:

“Erməni separatçılar özünümüdafiə qüvvələrinə güvənirlər. Həmin separatçıların içərisində əli qana batmış ünsürlər var, həmçinin Qarabağda kənardan gəlmiş adamlar yaşayırlar. Hazırda Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər onların təhdidləri və təzyiqləri altında yaşayırlar.

Əgər reinteqrasiya prosesini şəffaf şəkildə aparmaq istəyiriksə, ilk növbədə həmin qanunsuz silahlı dəstələrin məhv edilməsinə və separatçı ünsürlərin zərərsizləşdirilməsinə diqqəti yönəltmək lazımdır. Ərazilərimizdə bir dənə də olsun erməni silahlısı qalmamalıdır. Bu istiqamətdə ciddi tədbirlər görüldükdən sonra sadə ermənilər ilə dil tapmaq da olar, problemləri həll etmək də”.

Politoloqun fikrincə, Qarabağda erməni separatçılarının son təxribatlarının arxasında məhz Rusiya dayanır:

“İstər Brüssel prosesində irəli sürülən sülh təşəbbüsləri, istərsə Ermənistanla sülh müqaviləsinin imzalanması, istərsə də Qarabağın erməni icması ilə son təmaslar Rusiyanın ürəyincə deyil.

Doğrusu, Rusiya ərazilərimizdə özünü jandarım kimi aparır. Bu yaxınlarda Xocalıda rus sülhməramlılarının qərargahında son görüşü bunu sübut edir. Görüşdə masa üzərində yalnız rus bayrağı vardı, Volkov da başda oturub, guya hər iki tərəfə diktə edir. Ərazilərimizdə qeyri-qanuni erməni silahlı dəstələrini saxlayan birbaşa rus sülhməramlılarıdır. Moskva, həqiqətən Bakı və İrəvan arasında razılaşmaları pozmağa çalışır, bölgədə öz dayanaqlığını möhkəmləndirmək üçün hər cür provokasiyaya əl atır. Regionda Rusiyanın neytrallaşdırılması baş tutmadan sülh prosesini sürətləndirmək mümkün olmayacaq”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti