Azərbaycan hərəkət edir, haradasan...
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyanla yazışmalarını sosial mediada dərc edib.

Dia-az.info Publika.az-a istinadən xəbər verir ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Karapetyanın Azərbaycan qoşunlarının Ermənistan istiqamətində hərəkəti haqda ona məlumat vermədiyini açıqlayıb.

“Arşak Karapetyan ən qısa müddətdə xidmət edən müdafiə naziridir. 2021-ci ilin may hadisələrində o, Baş Qərargah rəisinin birinci müavini, noyabr hadisələrində isə müdafiə naziri idi. Mən onu işdən çıxarmaq qərarına gəldim. 2021-ci ilin 14 noyabrında səhər saatlarında o bildirdi ki, sərhəddə sakitlikdir, halbuki o, bu məlumatı verən zaman Azərbaycan qoşunları hərəkətə keçmiş, bir sıra mövqeləri tutmuşdu. Ya məlumatı yox idi, ya da məlumat vermədi”, - Paşinyan bildirib.

Karapetyan Paşinyanın iddialarını rədd edib, bunun yalan olduğunu deyib. Qeyd edib ki, həmin gün o, Dubayda olub.

“Orada mühüm görüş nəzərdə tutulmuşdu, həmin görüşə getdim. Ermənistanın silah alması, bəzi silah növlərinin idxalı ilə bağlı problemlərimiz var idi. Söhbət hücum dronlarından gedir. Vəziyyəti bildirməyə fiziki imkanım yox idi. Həmin məruzəni müdafiə nazirinin yerində qalan, nazir funksiyasını yerinə yetirən etməli idi”, - o bildirib.

Bu cavabdan sonra Paşinyan Karapetyanla yazışmalarını sosial şəbəkələrdə dərc edib.

Erməni baş nazirin “Arşak Karapetyanın yalanının ifşası” sözləri ilə paylaşdığı yazışma 2021-ci ilin 14 noyabr tarixinə aiddir. Karapetyan səhər saat 09:38-də Paşinyana səsli mesaj göndərib:

- Cənab baş nazir, sizə can sağlığı arzulayıram. Bizdə hər şey normaldır.

Paşinyan saat 16:12-də Karapetyana yazır:

- Haradasan?

Saat 16:39-də əlavə edir:

- Məsuliyyətsiz iş ortaya çıxdı.

Saat 18:26-da yazır:

- Ciddi söhbətimiz olacaq.

Saat 18:58-də qeyd edir:

- Baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməlisiniz.

Karapetyan Paşinyanın mesajlarına cavab verməyib.

Azərbaycan hərəkət edir, haradasan...

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti