Şəhid olduğu deyilən döyüşçümüz:
Sosial şəbəkələrdə yaralı vəziyyətdə olan döyüşçünün videosu yayımlanıb. Son nəfəsində “Qarabağ Azərbaycandır” deyən gəncin hər kəs şəhid olduğunu bildirib. Amma rəylərdə “bu oğlan sağdır” deyənlərə də rast gəldik. İçimizdə bir ümid cücərdi. Moderator.az araşdıraraq yaralı vəziyyətdə olan Neftçala rayon, Xolqaraqaşlı kənd sakini Yusif Abışovu tapmağa müvəffəq olub. Hərbçi bildirib ki, həmin video çəkiləndə özündə olmayıb.

“Həmin video lokal xarakterli antiterror tədbirində, Əsgəranda çəkilib. Valideynlərimə demişdim ki, Ağdamda təlimdəyəm. Döyüşün bitməyinə 4-5 saat qalmışdı. 2 ayağımdan yaralanmışdım. Şokda olduğum üçün tam olaraq xatırlamıram ki, hadisələr necə baş verib?! Sadəcə bilirəm ki, 4 saata yaxın neytralda qaldım. Ondan sonra yoldaşlarımın köməyi ilə çıxarıldım. Məni Ağdam xəstəxanasına gətiriblər. Videonu kimin çəkdiyini bilmirəm, mən də sizin kimi internetdə görmüşəm. Mənə yollayıblar. Hərbi xidmət vaxtı aprel döyüşlərində də iştirak etmişəm. Hərbçi olduqdan sonra 44 günlük müharibədə, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində döyüşmüşəm” deyə bildirib.

Hərbçi bildirib ki, hazırda səhhətində problemlər var, müalicə alır.

“Hazırda Papanindəki hospitalda müalicə alıram. Şükür Allaha vəziyyətim əvvəlkindən yaxşıdır. Sağlamlığım üçün lazım olan avadanlıq tam orada olmadığı üçün mülkü sağlamlıq və fizioterapiya mərkəzlərinə də gedirəm. Tam gəzə bilmirəm, əl ağacı ilə hərəkət edirəm. Sol ayağıma qəlpə dəyib, o artıq sağalıb. Sağ ayağıma isə 5.45 (gəzən güllə) dəyib. O hələ də sağalmayıb” deyə bildirib.

Yusif Abışov deyir ki, ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq olub.

“Çox təəssüf ki, şəhidlik zirvəsinə ucala bilmədim. Mənim üçün şəhidlik zirvəsindən yüksəyi yoxdur. O atmosferi yaşamayan şəhid olmağı xəyal edə bilməz. Təsəvvür edin, biri yaralanır, xilas etmək istəyirsən amma qollarında can verir. O an sənə maraqlı olmur ki, o dostundur yoxsa qardaşın?! Sadəcə xilas etmək istəyirsən. Bu mövzuda çox xatirəm var. Onlar məni rahat buraxmır. Ən sadiq dostum Qəhrəmanov Sadiq idi. O əməliyyatlar zamanı gözümün qarşısında şəhid oldu. Ən böyük təsəllim torpaqlarımızın azad edilməsidir. Hər azad olan torpaq mənə qürur verirdi. Daha çox irəliyə can atmağıma səbəb olurdu. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə yaralı döyüşçümüz deyib.

Bölmənin digər xəbərləri

29 Aprel 2024 QARABAGA növbəti köç karvanı yola düşüb - VİDEO
27 Aprel 2024 ŞƏHİDLƏR XİYABANININ İLK “SAKİNİ”
26 Aprel 2024  Xocavənddə partlayıcı vasitələr aşkar edilib
25 Aprel 2024 Sıfırdan qurulan Cəbrayılda mənzillər nə vaxt təhvil veriləcək? - REPORTAJ + VİDEO
23 Aprel 2024 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
23 Aprel 2024 Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı
22 Aprel 2024 Keçmiş məcburi köçkün: “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram” - FOTO
22 Aprel 2024 Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
21 Aprel 2024 Qaradağda yerləşən yaşayış massivindəki binalar əyilib? - AÇIQLAMA + VİDEO
21 Aprel 2024 Azərbaycana qaytarılan Qazaxın Qızılhacılı kəndindən REPORTAJ - VİDEO
20 Aprel 2024 “Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb.
19 Aprel 2024 Laçın sakini ona verilən evin tikintisinə etinasız yanaşıldığını deyir – Video
18 Aprel 2024 Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov
17 Aprel 2024 Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycana qarşı etnik təmizləmə işini davam etdirməyi xahiş edir
14 Aprel 2024 Ermənistan ərazisi Qarabağla birlikdə 34,4 min kv. km qeyd edilib... - ŞOK faktlar üzə çıxdı
12 Aprel 2024 Kəlbəcərədə yük maşını çaya aşıb: Ölənlər var - FOTO/VİDEO
10 Aprel 2024 Qarabağda layihələndirmə tenderlərini bu şirkətlər uddu - MƏBLƏĞLƏR
09 Aprel 2024  Füzulidə kəndlərin layihələndirilməsinə 5,9 milyon vəsait - AYRILDI
08 Aprel 2024 Ağdaban soyqırımından 32 il ötür
08 Aprel 2024 Prezidentin səlahiyyətli nümayəndəsi: "Şuşaya yaxın aylarda köç başlayacaq"

Dünyapress TV

Xəbər lenti