İrəvanın desturuktiv mövqeyi: -
Bu gün Azərbaycan kifayət qədər aqressiv ritorikadan istifadə edir və hərbi potensialını gücləndirir.
Bu iddianı keçmiş Qarabağ separatçılarının keçmiş nümayəndəsi Ayk Xanumyan səsləndirib.
O bildirib ki, xarici cəbhədə Bakının 2020-ci ilin sentyabrına qədər həyata keçirdiyi diplomatik və digər hazırlıqları “müşahidə edir”:
“Ona görə də mən Azərbaycan tərəfdən müharibəyə hazırlıq görürəm və hesab edirəm ki, 2024-cü ildə Ermənistana qarşı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir”.
Onun sözlərinə görə, Azərbaycan İran tərəfi ilə məsələləri həll edə bilsə, Zəngəzura hücum edə bilər.

Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, Azərbaycan hər zaman siyasi dialoqun, qarşılıqlı və birbaşa müzakirələrin aparılması ilə problemlərin həllinin tərəfdarı olub:
"Ermənistan isə fürsət yarandıqca öz işğalçılıq və pozuculuq ritorikasından istifadə edərək əsl niyyətini büruzə verib. Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan bəndlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən rəsmi İrəvan normallaşmaya meyilli olmadığını növbəti dəfə göstərdi. Əvəzində isə Azərbaycan həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə imzalanan sənədləri Ermənistan yerinə yetirmədiyi üçün bərpa etməli oldu. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra belə məğlub ölkəyə verilən 3 ilə yaxın vaxt da Azərbaycanın münasibətlərin tənzimlənməsinə sadiqliyini və Ermənistanın yanlışlarından nəticə çıxaracağına ümid etdiyini göstərdi. Xoşluqla öz silahlı qüvvələrini və separatçıların qanunsuz birləşmələrini Azərbaycan torplaqlarından çıxartmağa razı olmayan İrəvan bunu hərbi gücü ilə məcbur qəbul etməklə, diplomatik dildən anlamadığını nümayiş etdirdi. Həll edilməmiş məsələlər qaldıqca Azərbaycanla Ermənistan arasındakı normallaşma mütləq şəkildə təmin olunmamış sayılır. Üçtərəfli Bəyanatın 9-cu bəndini misal çəkə bilərik ki, Ermənistan tərəfindən sabotaj edilir".

Ekspert onu da qeyd edib ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməsi, Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi məsələsinin reallaşmasına Ermənistan problem yaratdıqca mütləq sülhün əldə edilməsi çətinləşəcək:
" Lakin Ermənistan əvvəlcə üçtərəfli Bəyanatın 9-cu bəndi olan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələsini dəstəkləsə də, hazırda geri addım atır və prosesləri ləngidir. Bu gün Ermənistanın siyasi rəhbərliyi üzərinə götürdüyü, razılaşdığı öhdəlikləri yerinə yetirmir, növbəti dəfə destruktiv davranış nümayiş etdirir. Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirib, bu layihəyə razı olmasa, əvvəlki kimi zərər görəcək. Rəsmi İrəvanın son illərdə xoşluqla nəyisə qəbul etmədiyini nəzərə alsaq, görünür ki, dəhlizin açılması da "Dəmir yumruq" vasitəsilə həyata keçiriləcək. Amma Azərbaycan hər zaman olduğu kimi regionda sülhün və sabitliyin olmasını istəyir və bu istiqamətdə öz təkliflərini Ermənistana göndərib. Qarşıdakı proseslərdə dəhlizin açılması ilə bağlı baş verə biləcək problemlərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti