Azərbaycana xidmət göstərdi, öz “mükafat”ını aldı. İndi nə istəyir?
Samvel Şahramanyan qondarma “artsax” rejimini buraxması barədəki “fərman”ını ləğv etməsi nə gözlənilməzdir, nə də fövqəladə əhəmiyyət daşıyan bir hadisədir.

Hələ bu ləğv qərarı çox gecikib, əslində o, bunu 2023-cü ilin oktyabr ayının əvvəlində, paçasını Azərbaycanın hüquq-mühafizə orqanlarının əlindən birtəhər qurtarıb Ermənistan tərəfə adlayandan bir az sonra etməliydi, deməliydi ki, buraxılma qərarını verərkən başıma silah dayamışdılar, yoxsa verməzdim.

Aydın məsələydi ki, Şahramanyan bu ilin sentyabr ayının 28-də həmin fərmanı həm acı (ermənilər üçün) gerçəkliklə üzləşdiyindən, həm də öz canını qurtarmaq istədiyindən vermişdi. Necə deyərlər, başqa variantı yox idi. O, sadəcə reallığı konstatasiya etmişdi. Bunun nəticəsində sələfləri Arutyunyan, Saakyan, Qukasyan kimi ənsələnərək Bakıya gətirilmədi, Azərbaycana xidmət göstərdi, buna görə də öz “mükafat”ını aldı.

Həm də bu təkcə Azərbaycana xidmət deyildi, o fərman olmasaydı, şərəfisiz məğlubiyyəti həzm edə bilməyən, üzə düşərək dağdakı kahalarda, meşələrdəki qazma bunkerlərdə gizlənən separatçı erməni quldurlar müqaviməti qısa müddətliyə olsa da, davam etdirəcək, sonda məhv ediləcəkdilər. Şahramanyan öz fərmanıyla onların da həyatını xilas etdi.

Hazırda isə gərginlik azalıb, təlaş-təşviş səngiyib, can qorxusu çəkilib, indi Qarabağ erməniləri də, İrəvandakı revanşistlər də özlərini təhlükəsizlikdə hiss edirlər və həmişəki kimi diş altındakı iştahları qabarır, beyinləri çönür.

2020-ci ilin bu vaxtları da elə olmuşdu. Ermənilərin başbilənləri olan-qalan erməni ordusunu darmadağından, kütləvi əsir düşmək perspektivindən xilas etmək üçün tez-tələsik kapitulyasiya aktına imza atmışdılar, can hövlündən heç kəs etiraz etməmişdi, üstündən bir ay keçəndən sonra İrəvanda haray-həşir qoparmışdılar ki, biz niyə təslim olduq. Təslim olmamaq lüksünüz vardımı? Yox idi. Amma atəşkəs sazişi imzalanandan, hərbi hissələr darmadağın olmaqdan qurtulandan sonra barıt iyi, dron səsi çəkilmiş səmaya baxaraq “yox, biz mövcuduq, iddiamızdan da geri durmuruq” demək asan idi. Ermənilər məhz belə etdilər, düz üç il boyunca özlərini elə apardılar ki, sanki bu qədər itki verməyiblər, ağır məğlubiyyətə uğramayıblar, hər şeyi sıfırdan başlamaq gücündədirlər. Nəticədə 23 saatlıq lokal antiterror əməliyyat keçirilməsini haqq etdilər, “revanş”ları da o oldu ki, əməliyyatın 24 saatınının tamam olmasını gözləmədən ağ bayraq qaldırdılar.

Hazırda onlar yenə də köhnə təfəkkürdədirlər, yenə elə hesab edirlər ki, heç də hər şey itirilməyib, toparlana, itirdiklərini geri qaytara bilərlər.

Samvel Şahramanyan 28 sentyabrda imzaladğı “artsax”ın buraxılması haqqında “fərman”ı ləğv edən “fərman”ını ortaya çıxaran məhz bu düşüncədir. Söz yox, “Züleyxaya dil verən”lər də var. Onlara deyiblər ki, mübarizədən vaz keçməyin, iddianızdan geri durmayın, biz də sizə dəstək olacağıq. Ona görə də indi ermənilər qondarma qurumu öz aləmlərində bərpa edirlər. Amma harada? İrəvanda.

Qarabağ ermənilər bu fərmanla öz ayaqlarına balta vurduqlarının fərqində deyillər. Əgər ermənilərin geriyə, Xankəndiyə qayıtmaq ehtimalları vardısa, separatçı qurumun bərpasını elan edərək özlərini bundan məhrum edirlər. Artıq Azərbaycan dövlətinin haqqı yaranır ki, ölkənin ərazi bütövlüyünü şübhə altına alan, onu parçalamağa çalışan qüvvələri ölkənin daxilinə qəbul etməsin. Hansı ölkə imkan verər ki, xaricdən separatçılar gəlsin və ölkənin bir hissəsində separatizm ocağı yaratsın?

Bu, ağlabatan söhbət deyil. Ermənilər geri qayıtmaq istəyirlərsə, hər cür qanunsuz iddialarından vaz keçməli, Azərbaycan vətəndaşı olmağı qəbul etməlidirlər. Bu saatdan sonra heç kəs onlara gəlib Qarabağda yerləşmək, təzədən Bakıya itaət etməmək şansı verməyəcək. Bu iş bitib.

Şahramanyanın şəxsinə gəldikdə, bu gün ona təklif etsələr ki, yaxşı, əshabələrini də götür, gəl, Xankəndidə yaşa, gəlməz. Adam verdiyi sözə xilaf çıxdığının fərqindədir, bilir ki, dövlət məsələlərində yalnız bir dəfə namərdlik etmək olar, heç kəsə ikinci şans tanımır və əfv etmirlər./Musavat.com

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti