PAŞİNYANIN XƏRİTƏ OYUNU... -
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report"xəbər verir ki, “Delimitasiya hansı illərin xəritəsinə uyğun aparılmalıdır?” adlı süjetdə ötən əsrin əvvəlində Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra Azərbaycan ərazilərinin ermənilərə verilməsi prosesinin başa çatmadığı, əksinə, SSRİ-nin mövcud olduğu müddətdə torpaqlarımızın otlaq və əkin sahəsi adı altında ermənilərə “bağışlanması”nın davam etdiyi bildirilir.

Qeyd olunur ki, Qarabağ münaqişəsinin həll edildiyi və Ermənistanla sülh sazişinin gündəmə gəldiyi vaxt ermənilərə “bağışlanmış” ərazilərimizin qaytarılması imkanı yaranıb: “Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətinin ərazisi SSRİ dövründə yenə Azərbaycan torpaqları hesabına genişləndirilib. Artıq yeni reallıqlar yaranıb və bu reallıqlarda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsi aktuallaşdığı kimi, sovetlər dönəmində ermənilərə “bağışlanan” torpaqlarımızın qaytarılması da gündəmə gəlib”.

Diqqətə çatdırılır ki, rəsmi İrəvanın xəritə oyununu Bakıda yaxşı görürlər, məhz buna görə də Paşinyan dəfələrlə “1975-ci il xəritəsi”ndən bəhs etsə də, Azərbaycan bunu təkzib edib: “Rəsmi Bakının mövqeyi ən yüksək səviyyəsində elan edilib. Prezident İlham Əliyevbu ilin 28 may tarixində Laçında sakinlərlə görüşdə sərhədin müəyyənləşməsi şərtlərini qəti şəkildə açıqlayıb. Xəritələrə gəlincə, Prezident İlham Əliyev ötən ilin 29 aprelində ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mövqeyini bəyan edib.

Dövlət başçısının çıxışları bir daha təsdiq edir ki, Ermənistanın xəritələr üzərindən oyun qurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan tarixi ədaləti bərpa etmək məqsədilə təkcə SSRİ dövründə ermənilərə otlaq və əkin sahəsi adı ilə ermənilərə verilən əraziləri yox, Qərbi Azərbaycanın – İrəvanın, Zəngəzurun, Göyçənin qaytarılmasını danışıqlar masasına çıxarır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti