Ermənilərin Xankəndidə əmlakı qanunidirmi? – Mühüm
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus heç nə yoxdur. Nə torpaq, nə də ev onların mülkiyyəti hesab olunur.

Bu sözləri Axar.az-a vəkil Əkrəm Həsənov Qarabağdan köçən ermənilərin mülkiyyət hüquqlarından danışarkən deyib.

Onun sözlərinə görə, ermənilərin vaxtı ilə Qarabağda sahib olduğu bu əmlaklar müstəqil Azərbaycan Respublikasının qanunvericiliyi ilə əldə edilmədiyi üçün mülkiyyət hüquqları tanınmır:

“Ermənilər torpaq mülkiyyətinə malik deyillər. Çünki SSRİ dövründə torpağa mülkiyyət hüququ, ümumiyyətlə, yox idi. Torpağa mülkiyyət hüququ müstəqillik dövründə verilib. Deməli, heç bir erməni iddia edə bilməz ki, hansısa torpaq sahəsini alıb. Yalnız kimsə SSRİ-dən qalma sənədlə Xankəndi kimi şəhərdə mənzil sahibi olubsa və bunu sübut edə bilsə, onun mülkiyyət hüququ tanınacaq. Amma ehtimal etmirəm ki, belələri çoxdur. Onlar yəqin ki, bu sənədləri çoxdan tullayıblar. Əvəzində əllərində qondarma qurumun sənədləri var. Onu da biz heç bir beynəlxalq hüquqa görə tanımalı deyilik. Vətəndaşımız olmayan erməni SSRİ-dən qalma sənədlə mənzilə sahib olubsa, onun mülkiyyət hüququnu tanımalıyıq. Azərbaycanda çox insan var ki, vətəndaşımız deyil, başqa ölkənin nümayəndəsidir, lakin burada evi var”.

Vəkilin sözlərinə görə, ermənilər illər sonra istədiyi vaxt geri dönüb, vətəndaşlıq tələb edə bilməz:

“Onları heç bir halda Azərbaycan vətəndaşı kimi tanımaq öhdəliyimiz yoxdur. Yəni ermənilər digər millətlər kimi Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edə bilər. Amma vətəndaşlıqla bağlı qərar Azərbaycanın özünün səlahiyyətindədir. Kimə istəsə verəcək, kimə istəməsə yox. Hətta Gürcüstanda, yaxud digər bölgədə yaşayan azərbaycanlılara vətəndaşlıq vermirik. Elə isə niyə ermənilərə vətəndaşlıq verməliyik? Yəni verməyə də bilərik. Xüsusən də bizim ərazini öz istəkləri ilə tərk ediblərsə, bizim onlara vətəndaşlıq vermək öhdəliyimiz yoxdur. İndi bu məsələ siyasidir. Vətəndaşlıq verilsə də, bu, siyasi qərarla olacaq. Beynəlxalq hüquq isə bunu bizə məcbur etmir və zorla kiməsə vətəndaşlıq verməyimiz tələb oluna bilməz. Xüsusilə üstündən müddət keçəndən sonra kimsə gəlib vətəndaşlıq tələb edə bilməz. Nəzərə alın ki, onların çoxu Ermənistan vətəndaşıdır, əksəriyyətində Ermənistanın ümumvətəndaşlıq pasportu var. Çünki onlar bu pasportlarla xaricə səfər edirdilər”.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti