Rus Qarabağdan çıxsa, İrəvan bu addıma gedəcək:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov son açıqlamasında ölkənin Cənubi Qafqazdan çıxmayacağını bildirib.

“Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir, lakin buna nail olmayacaq”, – deyə Lavrov qeyd edib. Rusiya XİN başçısının bu mövzuda bəyanatı ilk deyil. Qərbin Gürcüstandan sonra Ermənistanda aktivləşməsi, Nikol Paşinyan hakimiyyətinin Moskvadan uzaqlaşaraq Avropa və ABŞ-da yaxınlaşma cəhdləri Kremlini strategiyasını dəyişdirməyə vadar edir.

Lavrov və bir sıra Rusiya rəsmiləri son zamanlarda bir neçə dəfə bölgədən Rusiyanın sıxışdırılmağa çalışıldığını vurğulayıb. Hətta Qafqaz üzrə ekspertlər regionun Qərb və Rusiya arasında mübarizə meydanına çevrildiyini bildirirlər.

Bəs Avropa ilə Rusiyanın Cənubi Qafqaz uğurunda rəqabəti regiona və üç Qafqaz ölkəsinə nə vəd edir? Lavrovun bu bəyanatı həm də Rusiya sülhməramlılarının Azərbaycanda qalması deməkdir? Rusiya Cənubi Qafqazda və Mərkəzi Asiyada hansı formada təmsil olunur? Daha çox hərbi, siyasi, yoxsa iqtisadi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Telman Qasımov Rusiyanın regona təsir dairəsini dəyərləndirib:

“Ümumiyyətlə Rusiya Cənubi Qafqazda, Mərkəzi Asiya ölkələrində təxminən 200 ildən çoxdur ki, mövcuddur. Bu müddət ərzində sözügedən bölgələrdə kifayət qədər möhkəmlənib. Vəziyyətdən asılı olaraq siyasi, iqtisadi, hərbi bağlılıqlarımızın olduğu bir dövr yaşamışıq. Anidən Rusiyadan üz çevirmək qeyri-real görünür. Bunun nəticələrini Gürcüstanın timsalında müşahidə etdik. Bəs Baltikyanı ölkələrdə bu necə alındı? Çünki onlar zamanında Avropa ölkələri olublar. Bizdən daha az Rusiya işğalı altında qalıblar. Ona görə də, çox rahatlıqla Avropa bu ölkələrə dəstək oldu”.

Politoloq Rusiyanın Cənubi Qafqazdan çıxarılmasının region üçün çətin olduğunu bildirib, son illər ərzində üç ölkənin Moskva ilə münasibətlərindən söz açıb:

“Rusiya burada, xüsusilə Ermənistanda çox dərin kök salıb. Azərbaycan və Gürcüstan maksimum şəkildə müstəqil siyasət yürütməyə çalışıblar. Azərbaycan bu illər ərzində elə bir siyasət yürütdü ki, siyasi və iqtisadi cəhətdən Rusiyaya bağlı olmadı. Biz balanslaşdırılmış siyasət yürütməyi bacardıq. Gürcüstan və Ermənistandan əsas fərqimiz budur. Lakin İrəvan bundan xilas ola bilmədi. Biz müstəqil və balanslaşdırılmış siyasət yürütdüyümüz ərəfədə, Ermənistan, xüsusilə Qarabağ erməniləri Rusiyaya daha çox bağlandılar. Robert Koçaryan və Serj Sərkisyanın dövründə Ermənistanın nəqliyyat kommunikasiyaları, sərhədləri, yeraltı və yerüstü sərvətləri Moskvaya satıldı, bir anklava çevrildilər. Biz isə rus ordusunun ölkəmizdən çıxarılmasına müvəffəq olduq. Həm Avropa, həm Türkiyə, həm də demək olar Yaxın Şərqlə birgə çalışdıq. Rusiya ilə də münasibətləri saxladıq. İrəvan isə bu günə qədər Moskvanın vassalı kimi qaldı”.

“Sergey Lavrovun açıqlamaları bu bağlılıqlarla əlaqəlidir. Rusiya çox gözəl bilir ki, belə bağlılıqlar var. Xüsusilə Ermənistanın Rusiyada 3 milyona yaxın əhalisi var, bu ciddi rəqəmdir. Lavrov bir neçə ay öncə də bu kimi bir bəyantla çıxış edərək bildirmişdi ki, Rusiya Qafqazdan, xüsusilə Ermənistandan getməyə hazırlaşmır. Beləliklə, Kreml Avropaya mesaj vermişdi”, – politoloq deyib.

T. Qasımov bildirib ki, Qarabağdakı rus sülhməramlılarının taleyi ilə bağlı bir neçə ehtimal var:

“Rusiyan sülhməramlılarının 2025-ci ilin birinci yarısına kimi Qarabağda qalması müqavilədə qeyd olunub. Daha sonra onların taleyi ilə bağlı dəqiq qərarlar veriləcək. Sülhməramlıların Qarabağda qalıb-qalmamasının artıq bizə elə də təsiri yoxdur. Yəqin ki, həmin kontingentin Zəngəzura yerləşdirilmə planı var. Yaxud da Ermənistandakı Rusiyanın 102-ci bazasına köçürülə bilərlər. Onlar özləri də çox yaxşı anlayırlar ki, Qarabağda qalmalarına ehtiyac yoxdur. Hazırda Ermənistan Qarabağ ermənilərinin qayıdışı məsələsini ciddi şəkildə müzakirə edirlər. Onlar da qeyd edilər ki, bu, sülhməramlıların olmaması şərti ilə həyata keçirilə bilər. Avropa qüvvələrinin himayəsi altında geri dönüb yaşamaq istəyirlər. Nə qədər ki, bu məsələ gündəmdədir, Rusiya Qarabağda qalacaq. Çünki onlar tərpənən kimi Qarabağ ermənilərinin Qərbin nəzarəti ilə qayıdışı məsələsi İrəvan tərəfindən qaldırılacaq. Ona görə də, Rusiyanın hazırda ərazidə olması bizim maraqlarımıza uyğundur. Amma bir də qeyd edim ki, sülhməramlı kontingentin Zəngəzura köçürülməsi ehtimalı var”.
 
 
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti