"Erməniəsilli sakinlər hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidir" - Prezidentin nümayəndəsi
Qarabağın erməniəsilli sakinləri dinc yanaşı yaşamaq üçün hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib.

E.Əmirbəyov bildirib ki, bu yaxınlarda Qarabağda baş verənləri etnik təmizləmə kimi səciyyələndirmək düzgün deyil: "Bu, çox ciddi ittihamdır. Azərbaycan sentyabrın 19-da başladığı antiterror tədbirləri ilə yalnız hərbi obyektləri hədəfə alıb. Biz separatçıların mövqelərinin harada olduğunu dəqiq bilirdik və dərhal mülki əhaliyə onların hədəf olmadığını bildirdik. Heç vaxt mülki infrastrukturu və ya mülki əhalini hədəf almamışıq. Bunu təkcə mən demirəm. Oktyabrın 1-də həmin əraziyə BMT missiyası baş çəkib. BMT rəsmiləri hələ də orada olan ermənilərlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar Rusiya sülhməramlıları ilə də danışıblar. Bu, mülki şəxslərin hədəfə alınmadığının sübutudur".

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan hökumətinin erməniəsilli sakinləri öz hüquqlarından məhrum etmək istəyi yoxdur: "Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra Azərbaycanın mərkəzi hakimiyyəti ilə erməni icmasının nümayəndələri arasında dialoq başladı. On gün ərzində üç görüş keçirdik. Onların sosial, iqtisadi, siyasi, humanitar və dini hüquqlarına dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Odur ki, erməniəsilli sakinlər geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik".

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti