44 günlük Zəfər yolunun 13-cü günü: İşğaldan azad edilən ərazilərimiz - VİDEO
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin 13-cü gününün xronikasını təqdim edirik.

Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.

Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World“ verilişində müsahibə verib.

“Sky News” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini yayımlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə ağır zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, iki ədəd PDM-i, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, iki ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, üç ədəd D-30 haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus altı ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 9 oktyabr saat 17:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 168 nəfər isə xəsarət alıb. Həmçinin 1 091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Şanlı Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin 30-a yaxın tankı və piyada döyüş maşını ələ keçirilib.

Baş Prokurorluq: “Döyüşlərdə Ermənistan tərəfindən iştirak etmiş Fransa vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan barəsində cinayət işi başlanıb”.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.

Müdafiə Nazirliyi: “Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib”.

Müdafiə Nazirliyi düşməndən azad edilən Suqovuşan yaşayış məntəqəsinin görüntülərini paylaşıb.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti