Azərbaycanın amnistiya verməyəcəyi şəxslər var
“Hazırda silahı təhvil verib təslim olan qanunsuz erməni yaraqlılarına tətbiq edilən amnistiya qondarma rejimin keçmiş rəhbərlərinə şamil edilməməlidir”. DİA.AZ bildirir ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həm terrorçu rejimin nümayəndələri, həm də Ermənistan hakimiyyəti çaşqınlıq içindədir və yeni situasiyada hansı addımları atacaqlarını bilmirlər:

“Azərbaycanın əsas tələblərindən biri separatçılığın ləğv olunması və qondarma rejimin özünü buraxmasından ibarətdir. Amma uydurma qurum hələ özünü buraxmayıb.

Qarabağda separatçılıq ləğv olunmasa, gələcəkdə Azərbaycan yeni təhlükələr, münaqişələrlə üzləşə bilər. Ermənilərin orada qalması Azərbaycan üçün təhdiddir. Biz onlara reinteqrasiya təklif edirik. Bu proses həyata keçirilsə, ermənilər Bakıya və Azərbaycanın digər bölgələrinə gəlib-gedəcəklər. Əgər onlar separatçılıq düşüncəsindən imtina etməsələr Azərbaycan üçün təhlükə törədə bilərlər. Ona görə də Azərbaycan ilk növbədə, qondarma rejimin ləğvinə çalışmalıdır.

Əlbəttə, Xankəndidən Yevlax şəhərinə nümayənlər gəldi. Amma onların kimi təmsil etdiyi tam aydın deyil. Buna aydınlıq gətirməlidir. Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində Azərbaycanın dövlət strukturları yaradılmalı və inzibati idarəetmə orqanları fəaliyyətə başlamalıdır.

Azərbaycan separatçı, etnik bölücülük aradan qalxsın. Bu tələb hələ yerinə yetirlməyib. Ermənistan da yeni siyasi vəziyyətə uyğun şərtlərin necə olacağını təsəvvür edə bilmirlər. Ermənistan hökuməıtinin özündə Qarabağa dair hansı siyasəti yürüdəcəkləri barədə bitkin fikir yoxdur. YalnızBaş nazir Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu elan edib və münaqişədən uzaqlaşmaq siyasətini yürüdür.

Onlar Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı siyasəti beynəlxalq müstəvidə yürütməkdə davam edəcəklər. Bundan kənarda Ermənistanın Qarabağa aid siyasəti yoxdur. Yəni qondarma rejimin özünü buraxması məsələsində qeyri-müəyyənlik var”.

Qeyd edək ki, rəsmi Bakı qondarma rejimin hazırkı və keçmiş rəhbərlərinin Azərbaycana təhvil verilməsini tələb edir. Cinayətkar qurum bu şərtə əməl etməsə, o zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə mənbəyi qalamaqda davam edəcək. Belə olan halda Azərbaycan həmin terrorçuların saxlanılması üçün xüsusi əməliyyat keçirmək məcburiyyətindədir.

Qafar Çaxmaqlı hesab edir ki, Azərbaycan xalqına qarşı soyqırım, işğalçılıq və etnik təmizləmə prosesində iştirak etmiş həmin adamlara amnistiya tətbiq etmək olmaz:

“Azərbaycan əvvəldən bəyan edib ki, silahı yerə qoyub təslim olan qanunsuz erməni hərbi birləşmələrinin üzvlərinə amnistiya tətbiq olunacaq. Amma bunlar Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxildir. Hələ belə bir fərman yoxdur.

Ermənistanda onların taleyinin necə olacağı ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, Azərbaycana qarşı ağır cinayətlər, soyqırım törətmiş adamlar konstitusiyamızın tələblərinə uyğun şəkildə cəzalandırılmalıdır. Bako Saakyana, Arkadi Qukasyana amnistiya necə tətbiq oluna bilər?

Onlar Azərbaycan ərazilərinin işğalına, etnik təmizləmə siyasətinə rəhbərlik ediblər. Sonra isə işğal olunmuş Azərbaycan torpaqlarında separatçı xunta rejimi yaradıblar. Eləcə də, Birinci Qarabağ müharibəsində iştirak etmiş Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Samvel Babayan Xocalıda dinc əhaliyə qarşı soyqırım həyata keçiriblər.

Samvel Babayan və Vitali Balasanyan Şuşanın və digər ərazilərin işğalında birbaşa iştirak edib. Yaxud Araik Arutunyan və digərilərinin əlləri Azərbaycan xalqının qanına batıb. Onların adları Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan cinayətkarlardır.

Həmin canilər məsuliyyətə cəlb edilməlidir ki, bir daha belə hadisələr təkrar olmasın. Lakin silahı yerə qoyub Azərbaycana təslim olan erməni əsgərlər əfv edilə bilər.

Qarabağda separatçılığı tamamilə məhv edib dinc erməni əhalisinin reinteqrasiyasına nail olmaq üçün müəyyən yollar tapılmalıdır”.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti