Erməni xəstəliyi yenidən EPİDEMİYA HALINDA...
Ermənilərin son həftədə başlatdıqları “əzabkeş millət”, “humanitar fəlakət” təzyiq- təbliğat kampaniyası yalnız təxribat xarakterli yükün Laçın yolunda qalması hay-küyü ilə bitmir. Diqqət çəkən tələb-təbliğat şoularından biri də erməni “qaçqınları” adı altında bir neçə təşkilatın RF XİN rəhbəri Sergey Lavrovun Moskva görüşündə söylədiklərinə etiraz bildirmələri və paralel olaraq geri dönməklə bağlı BMT-yə müraciət ünvanlamalarıdır. “Qaçqınlar” sözünün dırnaq arasında yazılması qəribə gəlməsin, çünki müraciət edən beş təşkilatın üçü Şuşa, Kəlbəcər, Laçın qaçqınlarının adından imzalanıb. Hadrut qaçqınlarını başa düşmək olar, amma işğaldan sonra azərbaycanlıların yaşadığı yerlərdə məskunlaşdırılmış Livan, Suriya erməniləri haranın qaçqınları sayılırlar?..

Lavrova etiraz edən ermənilər Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlarla Azərbaycandan çıxarılan erməniləri eyniləşdirməyin səhv olduğunu bildirirlər. Guya Ermənistandan çıxan azərbaycanlıları ermənilər gül-çiçəklə, göz yaşları ilə yola salıblar, Azərbaycandan isə erməniləri zorla, “qətliam” törədərək çıxarıblar. Ermənistandan Azərbaycan türklərinin necə çıxarıldığı bizlərə yaxşı məlumdur, ona görə də təkrar yazmağa ehtiyac yoxdur, sadəcə, ən azı Quqarkda azərbaycanlıları borulara doldurub, sonra da borunun ağzının qaynaqlanmasını xatırlatmaq kifayətdir...

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edən ermənilər 10 noyabr 2020-ci il bəyanatının yeddinci maddəsini xatırladıb, bu razılaşmanın əsasında geri qayıtmalarına şərait yaradılmasını israr edirlər. Olsun! Bu maddə yalnız ermənilərə şamil olunmur, həm də keçmiş Dağlıq Qarabağda yaşamış azərbaycanlıların da doğma yurdlarına qayıtması nəzərdə tutulur. Bizsə az deyilik. Azərbaycanlıların yaşadığı Şuşanın 36 kəndi, bir qəsəbəsi, hazırda Tərtər rayonuna aid olan keşmiş Ağdərənin 14, Xocavəndin, Əsgəranın, Hadrutun birlikdə 12 kəndinin, Ağdamın azı 8, Kəlbəcərin azı 23 kəndinin qaçqınları da geri dönməlidirlər. Amma, bundan ötrü Azərbaycan tərəfi kiməsə məktub yazmalı deyil, bu işi özümüz görməliyik. Şuşa-Xankəndi yolunda 93 kəndin qaçqınlarının aksiyasını təşkil etmək indiki mərhələdə düşmənin şou-təbliğatına zərbə olar...

İlk növbədə təhlükəsizlik məsələsi həll olunmalı, bu məqsədlə erməni silahlı qüvvələri çıxarılmalı, sonra qaçqınlarımız yerləşməlidir və bu işi 2025-ci ilədək görməliyik. Hadrutdan olan erməni qaçqınlar da geriyə- Azərbaycan dövlətinin nəzarət etdiyi Hadrut rayonuna qayıtmaq istəsələr, qayıdarlar...

Erməni təxribat-təbliğatının indiki vaxtlarında müdafiə mövqeyində durmaq, erməni yalanlarını təkzib etmək.., yetərli deyil, əks diplomatik hücuma keçib, qaçqınlarımızın qayıtması məsələsini gündəmə gətirməliyik. Bununla da erməni təbliğatına tutarlı cavab verər, xüsusilə əzbərlədikləri “etnik təmizləmə” şüarının birbaşa onlara aid olduğunu da dünyaya bir daha sübut etmiş oluruq...

Moderator.az-ın analitik qrupu

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti