Ermənilər 19 maşınla Xankəndiyə əslində nə gətirir? – DETALLAR
Ermənistanın ötən gün səhər saatlarında Azərbaycana qarşı növbəti “humanitar şou”ya başladığı günün əvvəlində aydın oldu – Hökumət evinin yanında sıralanan yük maşınlarına yüklənən “zəruri ərzaq mallarına” baxmaq üçün səfirliklərin nümayəndələri dəvət olunduqda.

Bunun ardınca isə mübahisəli, bir-birini təkzib edən xəbərlər sıralandı:

1. Hökumət evinin yaxınlığına xarici ölkə səfirlərinin dəvət edildiyi bildirildi. Məqsəd yüklərə sэfirlərin də baxması, burada yalnız ərzaq olduğunu öz gözləri ilə görməsi idi.

Yalnız Rusiya səfirliyinin hümayəndəsinin yüklərə baxış keçirdiyi haqda məlumat yayıldı. Digər heç bir ölkənin səfiri və yaxud səfirlik nümayəndəsinin yüklərə baxdığını təsdiqləyən xəbər, foto, video yoxdur;

2. İrəvanda Hökumət evinin yaxınlığında 10 yük maşınının video və fotosu yayıldı. Məhz bu maşınların yük yeri açılmışdı və xarici ölkə səfirliklərinin baxması üçün göstərilirdi.

Az sonra Hökumət evinin yanındakı maşınların sayı 19-a çatdı.

9 yük maşını ora necə əlavə olundu? Səfirliklərə göstərmək üçün onların yük yeri açılmışdımı?

3. Erməni mediası ”humanitar yük”ün 400 ton olduğunu bildirdi. Ancaq qısa müddət sonra Ermənistan Baş naziri Nikol Paşinyan yükün 360 ton olduğunu dedi.

Nikol Paşinyan bu gün hökumətin iclasında göndərilən “humanitar yük”ün 361 ton olduğunu bildirib: Un – 100 ton, makaron – 80 ton, qənd – 60 ton, ət məhsulları – 40 ton, quru süd – 40 ton, duz – 20 ton, uşaq yeməyi – 12 ton, dərman – 9 ton.

a) Əvvəla, niyə hər yerdə 400 ton olduğu bildirilir, yalnız Nikol Paşinyan 360 və 361 tondan danışır? Niyə dəqiqləşdirilmir?

b) Sərhədimizə göndərilən yük maşınları ağırtonnajlı və iriqabaritli “Volvo” TIR-larıdır. Bu şirkət 2019-cu ildə Ermənistanda “Spayk” adıyla fəaliyyətə başlayıb.

“Volvo” irihəcmli TIR-larının yükgötürmə qabiliyyəti 60 tondan başlayır və 100 tona qədər artır. Yəni bu maşınlara 100 ton da yük vurmaq mümkündür, ancaq 60 ton minimumdur.

Hətta minimumla götürsək, 360 ton yükü Xankəndiyə gətirmək üçün cəmi 6 TIR kifayətdir. Yalnız dərmanın çəkisi az, həcminin böyük olduğunu düşünərək, 9 ton dərman üçün bir ayrıca TIR ayrıla bilər ki, bu da maksimum 7 TIR etməlidir.

Belədə, maraqlıdır: 19 TIR-la Xankəndiyə nə daşınır?

– ya daha çox ərzaq gətirilir, amma gizlədilir, həcmi az göstərilir – Paşinyanla digər rəsmilərin fərqli çəki deməsi də bu şübhəyə yol açır;

– ya “səfirlərə göstərmədikləri” gizli yük var – bunun hərbi olması ehtimalı yüksəkdir;

– ya da şounu daha dəbdəbəli, daha irihəcmli göstərməyə xidmət edirlər: 6-7 yük maşını ilə 19 yük maşınının “göstərişi” fərqli effekt verir.

4. Ermənistan rəsmiləri bu “humanitar yardım”ın Xankəndi və ətrafında yaşayan insanların yalnız 1-2 günlük qida ehtiyacını ödəyəcəyini bildirir.

“1-2 günlük qida ehtiyatının ödənilməsi” üçün bu şouya dəyərmi? Bəs, 1-2 gündən sonra nə edəcəksiniz? Niyə “problemin” köklü həlli üçün daha ciddi addımlar atılmır? Məsələn, Ağdamdan istənilən ərzağı almaq bu qədərmi çətindir?

Ağdamdan Xankəndiyə yol 36 km, İrəvandan xankəndiyə isə 323 km-dir. Əgər doğrudan da ərzaq qıtlığı varsa, 36 km-likdən niyə almırlar? Niyə 323 km-likdən ərzaq daşınmalıdır?

5. “Humanitar fəlakət” yaşanırsa, aylardır blokada varsa, heç nə tapılmırsa, Xankəndidə indiyə qədər bircə adam acından ölübmü?

6. Azərbaycan Xankəndidə humanitar böhran olduğuna inanmır. Əgər ciddi narahatlıq varsa, bizim mütəxəssislər vəziyyətlə yerində tanış olmaq üçün Xankəndiyə gedə bilərlər.

Bunun xahiş edə bilərsiniz və Bakı mütəxəssislər göndərə bilər./axar.az/
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti