Qarabağlı ermənilər ərzağı və yanacağı Ağdamda almalı olacaqlar
Ermənistanın hakimiyyət dairələri Laçında sərhədçilərimizə qarşı silahlı təxribat törətdildiyini etiraf edərək üzr istəməyincə və günahkarlar cəzalarını almayınca, Laçın yolu açılmayacaq.

Azərbaycaqnın XİN başçısı Ceyhun Bayramovun Beynəlxalq Qırmızı Xaç komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyinin rəhbəri Draqana Koyiçlə görüşündə də bu məqam tam açıq şəkildə olmasa da, bir daha bəyan edildi.

Ermənilər Gorus-Xankəndi marşrutunun tam qapalı olduğunu deyirlər. Lakin Xankəndindəki separatçı rejimin funksionerləri və erməni iş adamları arasında özlərini "səhhəti kəskin pisləşmiş şəxs" kimi qələmə verərək BQXK avtomobillərindən biri vasitəsilə Ermənistana yollananlar da var.

Daha doğrusu, ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən az qala taksi kimi istifadə edirlər.

Ermənistan mediasında, həmçinin sosial şəbəkələrin erməni seqmentində bununla bağlı məlumatların, iddiaların və informasiyaların sayı fasiləsiz artmaqdadır.

Məsələn, "Hraparak" qəzeti yazır ki, Ermənistanda və hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bizneslə məşğul olan Armen Hakopcanyan İrəvana qayıdıb. O, hazırda Ermənistanda biznesinin miqyasını genişləndirməklə məşğuldur. O, "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyana məxsus qazdoldurma stansiyaları şəbəkəsini satın alıb.

Rusiyanın Xankəndinə yolladığı erməni milyarder Ruben Vardanyan Xankəndindəki separatçı rejimin "dövlət naziri" təyin ediləndə A.Hakopcanyan da ona müşavir olmuşdu.

Lakin qarabağlı ermənilərin dediklərinə görə, R.Vardanyan yerlii şəraitə və reallıqlara əsla bələd olmadığı üçün sadəcə, "görünrtü fiquru" idi: əsl səlahiyyətlərsə A.Hakopcanyanda olub.

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı Xankəndində real güc mərkəzi yaratmaq, müqavimət mərkəzi təşkil etmək, sonra isə İrəvana yollanaraq baş nazir kursüsünə yiyələnməklə başa çatacaq yeni müxalif hərəkat təşkil etməklə bağlı tapşırıq almış Ruben Vardanyanın "fəaliyyət"i sadalanan məqamlarla məhdudlaşmıodı.

Daha konkret olsaq, Ruben Vardanyana bütün vasitələrdən istifadə etmək və imkanlarını maksimum səfərbər etmək bahasına Azərbaycanla Ermənistan arasındakı danışıqlarda maneələr yaratmaq, yekun sülh sazişinin imzalanmasına imkan verməmək tapşırılmışdı.

Məhz bu səbəbdən R.Vardanyan Xankəndinə "ezam" ediləndən sonra qarabağlı ermənilərin separatçı liderləri aktivləşdilər, gündəmə "qarabağlı ermənilərin hüquq və təhlükəsizliyinin təminatı zərurəti" məsələsini gətirdilər.

N.Paşinyan da təşəbbüsün R.Vardanyanın əlinə keçməməsi, Moskvanın emisarının qarabağlı ermənilərin yeni siyasi liderinə çevrilməməsi üçün əks-hücuma keçdi.

R.Vardanyanın "vəzifə"sindən kənarlaşdırılması ilə bağlı Xankəndindəki separatçı rejimin lideri Araik Arutyunyana göstərişi də N.Paşinyan vermişdi.

Vardanyan separatçı rejimdəki vəzifəsindən məhrum edilən kimi A.Hakopcanyan Ermənistana üz tutmuşdu.

Onun separtçı rejimin lideri Araik Arutyunyanın "xəzinədar"ı olduğu da vurğulanır. Qarabağlı ermənilərin dediklərinə görə, Hakopcanyanın Ermənistandakı bütün biznes strukturları və habelə, yeni satın aldığı firmaların istisnasız olaraq hamısının əsl sahibi Araik Arutyunyandır.

Separatçı rejimin lideri Xankəndindən qaçacağı təqdirdə, Ermənistanda işlək biznes obyekilərinin, daşınmaz əmlaklarının və aktivlərinin olmasını istəyir.

Təsadüfi deyil ki, A.Hakopcanyan Ermənistana qayıdandan az sonra A.Arutyanyan böyük qızını da İrəvana yollayıb.

A.Arutyanyanın özü, arvadı və kiçik qızı hələlik Xankəndindədir. Fəqət, onların RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə uzun müddət qalmaq niyyəti yoxdur.

Xankəndindəki separatçı rejimin rəhbəri artıq anlayıb ki, Azərbaycanla Ermənistan arasındakı yekun sülh sazişi imzalanan günədək Gorus-Xankəndi marşrutu, yəni Laçın yolu açılmayacaq.

Laçında, Həkəri çayının üzərindəki körpünün yaxınlığında sərhəd nəzarət-buraxılış məntəqəsini (SBNM) işə salmaqla Azərbaycan dövlət sərhədlərini ütün perimetr boyunca bərpa etməklə yanaşı, Ermənistana və bütün dünya ermənilərinə messic verdi: separatçılıq bəlası artıq bitir!

Ermənistanın hakimiyyət dairələri sülh sazişi gündəliyini pozmağa, anlaşmanın imzalanmasına yönəlmiş prosesdə süni maneələr yaratmağa davam etsələr, rəsmi Bakı artıq Azərbaycanın daxili işinə çevrilmiş qarabağlı ermənilər məsələsini özü həll edəcək. Nizamlanmanın yeganə yolu qarabağlı ermənilərin Azərbaycana inteqrasiyasıdır.

Xankəndindəki separatçı rejimə, müxtəlif qondarma və oyuncaq "hakimiyyət-idarəetmə strukturları"na gəldikdə, onların hamısı ləğv ediləcək, separatçıların silahlı birləşmələri tərksilah olunacaq.

Laçın yolunda hərəkət isə Azərbaycanla Ermənistan arasında dövlətlərarası sənədlərlə müəyyənləşəcək.

Laçın yolunun qapadılması ilə bağlı qarabağlı ermənilərin guya ərzaq, gündəlik tələbat malları və yanacaq təminatı baxımından problemlərlə üzləşməsi ilə bağlı iddialara gəldikdə isə, heç bir problem yoxdur.

Qarabağlı ermənilər zərurət duyduqları malları və məhsulları Ağdama yollanaraq ala bilərlər.

Və ya hazırda RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin təminatı Ağdam istiqamətindən reallaşdırıla bilər.

Proseslərin gedişatı göstərir ki, çox yaxında elə bu cür də olacaq.
trend
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti