Azərbaycan Laçın yolundakı postu götürməyəcək - BU QƏTİDİR!
Xankəndi separatçılarının rəhbəri Araik Arutyunyan və qondarma "dövlət naziri" dünən ikinci dəfə sülhməramlıların yeni komandanı Aleksandr Lentsovla görüşüb. Lentsov onları öz qərargahında qəbul edib və Laçın yolu ilə bağlı müzakirələr aparılıb. Lentsov yaxın günlərdə Bakıya gedəcəyini və məsələ ilə bağlı danışıqlar aparacağını bildirib. Bu, ötən həftə təyinat alan Lentsovun Arutyunyanla 2-ci, separatçılarla 3-cü görüşüdür. Qeyd edək ki, Həkəri körpüsü üzərində sərhəd-keçid məntəqəsi qurulduqdan sonra erməni separatçılar və Ermənistan rəsmiləri 10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndini əsas gətirməyə çalışırlar. Halbuki Ermənistan tərəfi erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxmasını və Zəngəzur dəhlizinin açılmasını təmin etməməklə bəyanatın maddələrini çoxdan pozublar. Əvəzində isə Azərbaycanın humanitar yol kimi maneəsiz gediş-gəlişə şərait yaratdığı Laçın yolundan silah, mina daşınması və Qarabağdakı qanunsuz silahlıların yenidən toparlanması üçün sui-istifadə ediblər. Hazırda yol humanitar məqsədlər üçün açıqdır, lakin Ermənistan artıq bu yolla silah-sursat, mina və şəxsi heyət daşıya bilmir.

TEREF.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, rus sülhməramlı kontingentinə rəhbərlik edən Aleksandr Lentsovun ermənilərdən yana addım atacağı gözlənilən idi. Professor bildirib ki, Lentsovun həyat yoldaşı ermənidir:

"Lentsovun Bakıdan öncə İrəvana getməsi qəbuledilməz, separatçılarla 3 dəfə görüş keçirməsi isə qanunsuzdur. Qondarma rejimi təmsil edənlər separatçılar, terrorçulardır. Onlarla sıx təmasda olmaq yolverilməzdir. Bu məqam Bakıda rus generalın diqqətinə çatdırılmalıdır və şübhə yox ki, çatdırılacaq. Rusların ermənilərlə birgə təxribatçı addımlarını çox görmüşük. Sülhməramlıların rəhbərinin ilk səfərini İrəvana etməsi də səbəbsiz deyil. Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması erməni cəmiyyətində narahatlığa səbəb olub. Rusiya Ermənistanı yenidən tam nəzarətə götürmək üçün gedişlər edir, yollar axtarır. Daha doğrusu, Moskva İrəvanın nazı ilə oynayır. Lentsov İrəvana getməklə, Qarabağda separatçılarla görüşməklə keçid məntəqəsinin müzakirə olunacağını, bununla bağlı görüşlər keçirəcəyini göstərməyə çalışır. Təbii ki, bunlar boş, mənasız cəhdlərdir. Azərbaycan Laçın yolundakı postu götürməyəcək və bir addım geri atmayacaq. Lentsov bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil".

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti