Peskovun anlaşılmaz reaksiyası -
Məhəmməd Əsədullazadə: “Sülhməramlılar gərəkən işləri görsəydilər, bütün bunlar baş verməzdi”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi quraşdırmasını şərh edərkən bildirib ki, vəziyyət dərindən təhlil olunmalıdır:

“Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik etməkdə davam edir, lakin vəziyyət asan deyil. Bakı və İrəvan isə anlamalıdır ki, nizamlanma üzrə üçtərəfli sazişlərin bütün müddəalarına alternativ yoxdur. Rusiya bunun üzərində həm İrəvan, həm də Bakı ilə birgə fəaliyyətini davam etdirəcək. Biz təmasları davam etdiririk, vəziyyət həqiqətən çətindir, əlavə səylər tələb edir, ən əsası isə, qeyd olunan ölkələrin sözügedən sazişlərin həyata keçirilməsinə alternativ olmadığını başa düşməsidir”.

Bütün bu deyilənlərin fonunda, Peskovun və Rusiyanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi məsələsinə reaksiyasını necə başa düşmək olar? Nə təhlil olunacaq ki?

“Bu bizim konstitusion hüququmuzdur və bundan ötrü Moskvadan icazə alası deyilik”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Azərbaycanın nəzarət tədbirlərini gücləndirməsini istəmir: “Əvvəla, Rusiyanın Azərbaycanın Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqələri qurması məsələsinə belə riyakar münasibət bildirməsi siyasi cəhətdən bizim üçün önəmli deyil. İlk növbədə ona görə ki, Azərbaycan özü öz təhlükəsizliyini təmin edir. Bu bizim konstitusion hüququmuzdur və bundan ötrü Moskvadan icazə alası deyilik. Nəzərə almaq lazımdır ki, məhz Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti nəticəsində bu yoldan Ermənistan hərbi məqsədlər üçün istifadə edib. Əldə olunan razılaşmalara nə Rusiya, nə də Ermənistan əməl edir. Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edərək yeni təxribatlara hazırlaşırdı. Əgər sülhməramlılar gərəkən işləri görsəydilər, bütün bunlar baş verməzdi. Ona görə də Azərbaycan özü addım atır və prosesi müsbətə doğru davam etdirir. Məhz Azərbaycan Laçın yoluna nəzarəti bərpa etməklə, İrəvanın planının qarşısını qətiyyətlə almış oldu. Xankəndidə oturan separatçıların Ermənistana sərbəst giriş-çıxışının qarşısının alınması labüddür. Rusiyanın mövqeyi və vasitəçilik missiyası artıq heç nəyi dəyişməyəcək. Məhz onların birbaşa himayəsi ilə proseslər böhrana gətirib çıxarır. D.Peskov birgə fəaliyyəti nəzərdə tutursa, iki ildir ki, bizim ərazimizdə Rusiyanın fəaliyyəti yalnız separatizmə dəstəkdən ibarət olub. Ona görə də nəzarət-buraxılış məntəqəsi ilə bağlı məsələlərində üçüncü ölkənin mövqeyinin də əks edilməsinə imkan verməməliyik. Rusiyanın burada mövqeyi praktiki olaraq gərginliyə gətirib. Hazırda isə Rusiya reallıqları qəbul etməlidir. Azərbaycanın öz ərazisində gördüyü işlərlə bağlı hansısa təhlildən söhbət gedə bulməz. Ona görə də Peskov yaxşı olardı ki, işlətdiyi cümlələrə fikir versin”.

Vidadi ORDAHALLI
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti