“Azərbaycana qarşı bu təxribat Paşinyanın kabinetində hazırlanıb” - Politoloq
“Ermənistanın baş naziri Nikol Paşinyan yenə də ənənəsinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ortaya qoymayıb. Deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanın ərazi bütövlüyünü tanısa, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyacağıq. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərini təkrar etməlidir. Onlar Qarabağın adını çəkməməlidirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, Paşinyanın ciddi psixoloji problemləri var: “Paşinyan çıxışlarında tez-tez “beynəlxalq ictimaiyyət” ifadəsini işlədir. Amma bilinmir ki, bu zaman erməni baş nazir konkret hansı qurumları nəzərdə tutur. Beynəlxalq təşkilatlar, BMT ölkələrin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın da ərazisi bəllidir. Belə olan halda Paşinyan qeyd-şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalı və buna hörmət etməlidir. Özünü dünyaya sülh tərəfdarı kimi təqdim edən Paşinyan bunu əməlində təsdiq etməlidir. Bir neçə gün öncə İrəvanda onun da açılışında iştirak etdiyi beynəlxalq idman yarışında Azərbaycanın bayrağı yandırıldı. Mən başa düşürəm ki, 44 günlük Vətən Müharibəsində aldıqları sarsıdıcı zərbə erməni toplumunda ağır psixoloji izlər buraxıb. İndi onların gücü bayraq yandırmağa, dumanlı havada yolunu azaraq Ermənistana keçmiş gənc əsgərlərə işgəncə verməyə çatır. “Bayraq yandırmaq” müharibədə uduzmuş əzik toplumlar üçün xarakterik “peşədir”. Maraqlıdır ki, hətta torpaqlarımız işğal altında olan dövrdə biz Bakıda keçirilən yarışlarda ermənilərin bayraqlarını yandırmadıq. Özümüzü çox soyuqqanlı apardıq. Ermənilər bu kopleksdən çıxa bilmirlər. Hətta ölkənin baş nazirinin iştirak etdiyi tədbirdə ona qarşı saymazyanalıq edirlər. İrəvanda bayrağımızın yandırılması, həmçinin Türkiyə bayrağı ilə birgə cırılaraq asılması Ermənistanın əsl simasını göstərir. Əgər Paşinyanın erməni cəmiyyətində hörməti olsaydı, heç kəs orada bu cür təxribata əl atmazdı. Paşinyan Ermənistan dövlətinin timsalında beynəlxalq yarışın təhlükəsizliyinin qarantıdır. Amma üzərinə düşən görəvi yerinə yetirə bilmədi. Bayrağı yandıran erməni əslində Paşinyanı təhqir etdi. Beynəlxalq idman qurumları İrəvanda baş vermiş o biabırçılığı beynəlxalq idman yarışına kölgə salan fakt kimi qiymətləndirdilər. Əgər Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlamaqda səmimidirsə, bunu praktikada sübut etməlidir. Bayrağımıza hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb edilməlidir. Əks təqdirdə belə təəssürat yaranır ki, baş verən təxribat Paşinyanın kabinetində hazırlanıb”.

Politoloq onu da qeyd etdi ki, Ermənistan Azərbaycanla sərhəddə təxribat xarakterli əməllərdən imtina etməlidir: “Paşinyanın dedikləri ilə Ermənistanda Azərbaycana qarşı atılan addımlar üst-üstə düşmür. Unutmasınlar ki, bugünki, Azərbaycan ordusu nəyinki 1992-1993-cü illər, hətta 2020-ci ildə Zəfər qazanmış ordumuzdan daha güclüdür. Ordumuzun güclənməsi üçün son iki ildə böyük işlər görülüb. Ordumuz baş verə biləcək bütün neqativ hallara qarşı hazırlıqlıdır”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti