"Füzuli şəhəri işgüzar mərkəzə çevriləcək" -
İşğaldan azad edilmiş şəhər və kəndlərimizə qayıdış proqramı zaman-zaman müzakirəyə çıxarılır, ictimai müzakirələrin olması, sayının artırılması, keyfiyyətinin yüksəlməsi vacibdir. Bu gün də Füzulidə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilib, bəzi açıqlamalar var, məsələn, "Füzuli şəhəri işgüzar mərkəzə çevriləcək", “Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq”, “Yaxın 3 ildə Füzulidə 6 minə yaxın ev tikiləcək” və s.
Qulağa xoş gələn bəyanatlardır, vədlərdir, amma bir nəfər səlahiyyətli şəxs çıxıb demir ki, bu hədəflərə necə nail olmaq mümkün olacaq?! Yəni, yolu-yöntəmi necə olacaq, əhali orada nə işlə məşğul olacaq, bütün işlər ancaq büdcə hesabınamı görüləcək, iş yerləri ancaq dövlət-büdcə sektorundamı yaranacaq?!
Bu suallara cavab vermək üçün hökumət gərək papağını qabağına qoyub fikirləşsin ki, son 30 ildə işğal olunmamış ərazilərdən Bakı və Abşerona nədən 1 mln. insan köç edib (məcburi köçkünləri nəzərə almadan, digər regionlardan 1 mln. nəfər köç edib)?! Yəni, niyə camaat Kürdəmirdən, Qaxdan, Qubadan, Astaradan, Ağcəbədidən, Tovuzdan və s. rayonlardan köç etdi?! Əgər bunun səbəbləri təhlil edilib doğru qərarlar verilməyəcəksə, kim zamanət verir ki, məsələn, Füzuliyə 2025-də köçən 2027-də geri Bakıya qayıtmayacaq?! Yaxşı, nədən 30 ildə, məsələn, Zaqatala işgüzar mərkəzə çevrilməyib (orda da boş qalan hava limanı var), amma Füzuli çevriləcək?!
Uzun sözün qısası: Nə qədər ki, son 30 ildə aparılan yanlış regional, iqtisadi, sosial, təhsil və idarəetmə siyasətində köklü dəyişikliklər olmayıb, nə qədər ki, yerli özünüidarə insitutları yaradılmayıb, işğaldan azad edilən ərazilərə köçün orqanik və qalıcı olması mümkün deyil...
Natig Jafarli
Teref.az

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti