Britaniya nəşri:
Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük maneələrdən biri minalar və partlamamış hərbi sursatlardır.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Express” nəşrində dərc olunan “Azərbaycan Hirosimasının müharibə aparan torpaqlarından” adlı məqalədə deyilib.

“Bəzi hesablamalara görə, bu ərazidə azı 400 min mina yerləşdirilib. Keçmiş təmas xətti ən çox minalanmış ərazidir”, - yazıda qeyd olunub.

Ağdam rayonuna səfər edən məqalə müəllifi dağıntı və xarabalıqların, demək olar ki, total xarakter daşıdığını vurğulayıb:

“Mövcud sübutlar təkzibedilməz şəkildə bu torpaqlarda Azərbaycan xalqının, onun mədəniyyətinin hər hansı izini yox etmək üçün hesablanmış və düşünülmüş cəhddən danışır”.

“Bir vaxtlar rayon ipək və toxuculuq istehsalı ilə ün qazanmışdı. Digər şeylərlə yanaşı, parlaq rəng çalarları ilə tanınan Qarabağ xalçaları da burada istehsal olunurdu. Burada Qarabağ atları da yetişdirilirdi ki, onlardan biri də ötən ilin mayında Böyük Britaniyanın mərhum kraliçası II Elizabetə ərməğan edilmişdi”, - nəşr xatırladıb.

Məqalədə bildirilib ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi sonucunda Azərbaycan itirilmiş ərazilərini qaytara bilib.

“Hazırda iki tərəf arasında gərginlik yüksək olaraq qalır və uzunmüddətli sülh sazişinin real perspektivi gözlənilmir”, - müəllif qənaətə gəlib.

Jurnalist qeyd edib ki, ermənilərin törətdiyi böyük dağıntıların bəlkə də ən parlaq və sərt sübutu bəzən “Qafqaz Hirosiması” adlandırılan Ağdam şəhəridir.

“Ağdam müharibədən öncə 40 000-dən çox əhalisi olan dinamik ticarət mərkəzi idi, lakin amansız hava “xalça bombardmanına” uğramış şəhəri xatırladan xarabalığa çevrildi. Yalnız keçmiş dram teatrının, poçt şöbəsinin və mərkəzi qonaq evinin bəzi divarları qalıb”, - yazıda bildirilib.

Eyni zamanda, britaniyalı jurnalist qeyd edib ki, işğaldan azad edilmiş ərazilər “küldən çıxan feniks quşu” kimi bərpa olunacaq və Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin oraya qaytarılması məsələsini siyasi gündəliyin əsas bəndi kimi qarşıya qoyub:

“İnfrastrukturun bərpası proqramının ən diqqətçəkən xüsusiyyətlərindən biri bərpa olunan enerji və sıfır CO2 emissiyası ilə bağlı öhdəlikdir. Qarabağda günəş, külək və su enerjisi şəklində çoxlu yaşıl enerji mənbələri var. Onun bərpa olunan potensialı ildə 10 giqavatdan çox qiymətləndirilir”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti