Ardını oxu...
Bu gün 66 kəndin, bir qəsəbənin və üç yüksəkliyin Ermənistanın işğalından azad edilməsindən üç il ötür.

Oxu.Az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin 9 noyabrında bir sıra rayonlar üzrə uğurlu əməliyyatlara imza atıb.

Həmin gün elan edilən məlumatlara əsasən, işğaldan azad olunmuş əraziləri rayonlar üzrə təqdim edirik.

Füzuli rayonu üzrə: Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri.

Xocalı üzrə: Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri.

Şuşa rayonu üzrə: Daşaltı kəndi.

Xocavənd rayonu üzrə: Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri.
Cəbrayıl rayonu üzrə: Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri.

Qubadlı rayonu üzrə: Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri.

Zəngilan rayonu üzrə: Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi, Sığırt yüksəkliyi, Şükürataz yüksəkliyi.

Laçın rayonu üzrə: Güləbird, Səfiyan, Türklər kəndləri.
Ardını oxu...

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.
Ardını oxu...
 
Ardını oxu...
‼️ Bildiyinz kimi erməni-haylar iddia edirlər ki, Şuşa, Xankəndi şəhərlərinin elə ermənicə öz adları olub. Bəs əsrin əvvəlində onların bundan niyə xəbəri olmayıb?
Diqqət edin!
1992-ci ildə, artıq Ermənistan öz müstəqilliyini əldə etdiyi zaman, ölkənin Elmlər Akademiyası, professor Mikayelyanın redaktorluğu ilə "Dağlıq Qarabağ 1918-1923. Sənədlər və materiallar toplusu" adlı kitab nəşr etmişdi.
Həmin sənədlər İrəvanın və Moskvanın fondlarında aşkarlanmışdı.
Kitabda, Qarabağ ermənilərinin 7-ci qurultayının, 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edilməsi yazılır.
26 bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi ki, “Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir...”
Ardını oxu...
Bu gün bir neçə kəndin Ermənistanın işğalından azad edilməsindən üç il ötür.

Oxu.Az xatırladır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə, noyabrın 7-də Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Qubadlı, Xocalı və Xocavənd istiqamətlərində uğurlar qazanıb.

Füzuli rayonu üzrə Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri işğaldan azad olunub.

Cəbrayıl rayonunda isə Yuxarı Məzrə, Yanarxac kəndlərində işğala son qoyulub.

Həmin gün Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri, Zəngilanın isə Beşdəli kəndi işğaldan azad edilib.
Noyabrın 7-də Azərbaycan Ordusu Xocalıdan iki kəndi - Qarabulaq və Baharlını geri alıb.

Xocavəndə gəlincə, Ataqut və Hünərli kəndləri işğaldan təmizlənib.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - "3 gün əvvəl Füzulidə oldum. Yeni salınan binalar gözəldir, məktəb də əladır, əhali də yeni evlərindən məmnundur. Amma Füzulidə salınan yeni binaların həyətində bir dənə həkim, tibb bacısı, aptek və diş ağrısı üçün dərman tapmadıq". DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış hərbi ekspert Ədalət Verdiyev ifadə edib.

Ekspert daha sonra qeyd edib: "Əhali və fəhlələr də həkimlərin olmadığını dedilər. Füzulidəki rəhbərlər bunu mütləq diqqətə almalıdır. Əhali köçübsə, tibb xidməti və təcili yardım mütləq təşkil edilməlidir.

Füzuliyə qayıdacaq sakinlər arasında 1-2 həkim və tibb bacısını seçib növbəti qayıdış zamanı əraziyə göndərmək çətin iş deyil. Bunu Laçında etmişdiniz.

Xırda çatışmazlıqlar ilə bu boyda böyük işləri korlamaq olmaz".

Məsələ il bağlı dia.az olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
Ardını oxu...
Qarabağın (keçmiş və qondarma xunta nəzərdə tutulur – red.) heç bir institutu Ermənistanda fəaliyyət göstərməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, bu “institutların” işləməməsi Ermənistanın təhlükəsizliyi məsələsidir.

Erməni mediası bildirib ki, Ermənistan “artsax” sözünü lüğətdən çıxarır, "nümayəndəliy"ini bağlamağa hazırlaşır, bütün “qurumlar”, “universitetlər”, “idarələr” və “artsax ordusu” ləğv edilir.
Ardını oxu...
Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilər vətəndaşlıq almaq üçün gələn həftədən müraciət edə biləcəklər.

Cebhe.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, müvəqqəti müdafiə statusu alan şəxslər bazar ertəsi günündən etibarən, DİN-in rəsmi saytında dərc edilmiş siyahıda göstərilən müvafiq sənədləri təqdim etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, ötən ayın 26-sı Ermənistan hökuməti Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə yeni “müvəqqəti müdafiə” statusunun verildiyini bəyan edib. Qeyd olunub ki, bu status onların hüquq və vəzifələrini dəqiqləşdirməyə kömək edəcək.
 
Ardını oxu...
Bu gün bir neçə kəndin 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci il noyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində uğurlarını davam etdirib.

Həmin gün Cəbrayılın Mirək, Kavdar kəndləri işğaldan azad edilib.

Zəngilan istiqamətinə gəlincə, ordumuz rayonun Məşədiismayıllı, Şəfibəyli kəndlərini işğalçılardan təmizləyib.
Eyni gündə Qubadlının üç kəndi - Başarat, Qarakişilər və Qaracallı kəndləri də işğaldan azad edilib.

Bildirək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq qələbə xəbərini xalqa çatdırıb.
Ardını oxu...
 
Ardını oxu...
Noubar Afeyan pullu kişidir, həm də ermənilərin ictimai-siyasi xadimi kimi tanınır. Adam CNN-də çıxışında deyib ki, Azərbaycan Ruben Vardanyanı həbs etməklə dünyada yaşayan 10 milyon erməniyə psixoloji təzyiq göstərir...
Noubar Afeyan deyir ki, ümumiyyətlə, Artsaxın həbs olunmuş bütün rəhbərlərini Azərbaycan azad etməlidir...
Bəllidir ki, Qarabağdakı erməni separatizminə görə 30 mindən çox adam ölüb. Həm ermənilərə, həm də azərbaycanlılara bu qədər zülm olunub. Yəni törədilmiş bu qədər cinayətlərə görə kimsə məsuliyyətə cəlb olunmalı deyil?..
Məncə, nəyin ki, qondarma Dağlıq Qarabağın, eləcə də Ermənistanın rəhbərləri kütləvi qətllərə və zorakılığa görə mütləq həbs olunmalıdır. Xüsusən, Robert Köçəryan və Serj Sərkisyan hərbi cani kimi Azərbaycana gətirilməlidir. Onlar törətdikləri qırğınlara görə cavab verməlidir.
Düşünürəm ki, Azərbaycan tərəfi eks-prezident Robert Köçəryan və Serj Sərkisyanın təhfil verilməsi üçün Ermənistana rəsmi şəkildə müraciət etməlidir...
Elbeyi Hesenli
Teref.az
 
Ardını oxu...
Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində bütün infrastrukturu, yaşayış məntəqələrini, tarixi, mədəni, dini abidələri barbarcasına məhv edib. Burada 10 min kv km-lik ərazidə böyük dağıntıdan söhbət gedir. Bu, Ermənistanı beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur edən amillərdən biridir.

TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, məkrli şəkildə Ermənistan Qarabağdan ermənilərin çıxışına nail olmaqla Azərbaycana qarşı etnik təmizləmə ittihamı irəli sürməyə çalışır:

“Azərbaycan beynəlxalq prinsiplərə sadiqdir. Ermənilərdən fərqli olaraq xalqımız qeyri-islam mədəniyyətinə hörmətlə yanaşır. Bunun əksinə olaraq erməni tərəfi işğalda saxladığı ərazilərdə xristian məbədlərini, alban irsini belə barbarcasına dağıdıb”.

Millət vəkili hesab edir ki, Azərbaycanın bu barbarlığı hüquqi müstəvidə həllini gündəmə gətirməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub:

“Çünki milyardlarla manat təzminət məsələsi var. Kənd, şəhər, rayon mərkəzləri, infrastruktur yerlə-yeksan edilib. Azərbaycanın bu məsələni qaldırması ilə Ermənistana ciddi problemlər yaranacaq. Çünki elə rayonumuz var ki, Ermənistan 60-100 milyard manat dəyərində ziyan vurub”.

Ceyhun Məmmədova görə, Azərbaycan haqlı olaraq bu addımı atdığı təqdirdə Ermənistan bunun qarşılığını verməli olacaq:

“Ermənistan tərəfi məhz bu məsələlərdən “sığortalanmaq” üçün Qarabağdan könüllü şəkildə çıxmış ermənilərə xüsusi sənəd paylayır. Həmin ermənilərin hətta fərdi qaydada Azərbaycanı məhkəməyə verməsi ilə bağlı təşviqat aparılır. Çünki Azərbaycanın təzminat məsələsini qaldırmasının Ermənistan üçün böyük çətinliklər törədəcəyini bilirlər. Hazırda Ermənistan tərəfindən vurulmuş ziyana görə qiymətləndirmə aparılıb, bütün tədbirlər görülüb. Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır”.

Dünyapress TV

Xəbər lenti