Ardını oxu...
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Əliyev Sadiq Həsən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçililib.

Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
 
Ardını oxu...
Naxçıvan şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəfər Günü ərəfəsində “Şəhidlər bağı”nın salınması nəzərdə tutulub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edilir ki, bağ şəhidlərin adını əbədiləşdirmək üçün salınacaq və hər birinin üzərində QR kodlar yerləşdiriləcək. Bu QR kodlar vasitəsilə də Naxçıvandan olan şəhidlər haqqında məlumat əldə etmək mümkün olacaq. "Şəhidlər bağı"nın salınması ilə bağlı şəhid ailələri ilə razılıq əldə edilib və hər rayon üzrə ağacların əkiləcəyi sahələr müəyyənləşdilib.


Ardını oxu...
Cəbrayıl rayonu işğaldan azad ediləndən sonra Azərbaycan Ordusunun hücumu daha da inkişaf etməyə başlayır. Oktyabrın 5-6-sı Dağtumas, Mincivan, Aşağı Maralyan istiqamətlərində qızğın döyüşlər gedir. Mincivan istiqamətində gedən digər qüvvələr güclü müdafiə ilə qarşılaşır. 4-5 gün döyüşlər getsə də, müdafiə səddini yarmaq mümkün olmur.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Hikmət Mirzəyev XTQ-nin kəşfiyyat rəisi polkovnik Eldəniz Namazovu yanına çağırır və ona bir tabor, 4 tankdan ibarət tank taqımı verir. Avanqard kimi Cəbrayıl rayonunun Şükürbəyli dairəsi, Dağtumas həddindən Cəbrayıl-Qubadlı, Cəbrayıl-Zəngilan istiqamətində yara-yara, dağıda-dağıda getmək lazım idi.
Əməliyyat planı incələndikdə aydın şəkildə görünür ki, Eldəniz Namazovun sağ qayıtması mümkün olmayacaq. Şərəfli, ancaq sonu ölümlü bir yoldur.
Azərbaycan Ordusunun planlaması bu şəkildə olduğu halda, qarşı tərəfin isə planı tamamilə fərqli olur. Belə ki, Seyran Ohanyan, Anna Akopyan, Serj Sərkisyan, Bako Saakyan böyük bir planlanma aparır.
Azərbaycan Ordusunun əsas qüvvəsi artıq Cəbrayıla girmişdi. XTQ, ordu korpuslarının ikisi Cəbrayılda idi. Hadrut istiqamətində hücumu inkişaf etdirmək lazım gəlirdi. Qubadlı istiqamətində hücuma keçilməli idi. Cəbrayılda ciddi şəkildə hazırlıq gedir. Düşmən çox ağıllı bir taktika işlədir. Düşmən kənd Horadiz, Araz çay istiqamətindən çox böyük qüvvə ilə cəmləşmə edir. Həmlə əməliyyatı düşmən tərəfindən o qədər gizlin aparılır ki, qüvvələrin cəmləşdirilməsi, döyüş texnikalarının ora yığılması müşahidə olunmur. Düşmən də olsa, deməliyik ki, peşəkar bir əməliyyat hazırlanır. 7 oktyabrda hücuma keçirlər. Özü də nə səhər, nə də axşam, günün günorta çağı. Saat 10-11 radələrində. Onların o hücumu alınsaydı, mövqeləri qoruyub saxlamağı bacarsaydılar, onlar Cəbrayıldakı XTQ və iki korpusun geridəki bölmələrin əlaqəsini kəsmiş olardılar. Beləcə, əsas qüvvələrin hamısı tam mühasirəyə düşürdü.
Erməni tərəfi mükəmməl plan hazırlsa da, nəzərə almaqdıqları bir şey olmuşdu: Eldəniz Namazovun rəhbərlik etdiyi XTQ taboru.
Eldəniz Namazovla həmin əməliyyatı müzakirə edərkən belə bir fikir səsləndirir: “Xoşbəxtlikdən əraziyə ən yaxın bölmə biz idik. Bu o demək deyil, başqaları bacarmazdı. Sadəcə, o əməliyyatın mənə qismət olmasına görə xoşbəxtəm”.
Eldəniz Namazovla rabitə əlaqəsinə çıxırlar. Rabitədə deyilir ki, artıq ehtiyat taborun yanında düşmənin 6 tankı durub. Bütün qoşunları cəmləşib ora. Sağ, sol, geri, irəli döyüş aparırlar. Əlaqəni tamamilə bağlayıblar. Horadiz-Cəbrayıl yolu tamamilə düşmənin nəzarətindədir. Nə ehtiyat qüvvələr gələ bilir, nə də təminat. Komandan Hikmət Mirzəyev Eldəniz Namazova tapşırıq verir: “Əvvəl verilən tapşırıq ləğv olunur, əlində olan qüvvələrlə sənə kömək gələnə qədər vəziyyəti bərpa etməyə çalış”. Eldəniz Namazov tabor komandirini yanına çağırır. Taborun qərargah rəisi döyüşlər zamanı şəhid olmuş kapitan Elçin İsmayılov idi. Xəritəni açırlar, vəziyyətə baxırlar. Xəritədə tez bir zamanda qeydlər, qüvvənin bölgüsü aparılır. Eldəniz Namazov tapşırıq verir ki, birinci qüvənin işi düşmən səddini yarmaqdır. Yolu yarıb açmaq lazımdır ki, ikinci qüvvə sağ cinaha keçsin.
Üçüncü qüvvənin tapşırığı o olur ki, yerində mövqe seçsin, ona gələn düşmənin sağdan və soldan qüvvəsini vurub, geriyə atmaq lazımdır. Beləcə tabor üç yerə bölünür. Birinci qüvvə çox sərrast şəkildə yarma əməliyyatını həyata keçirir. Yol açılan kimi ikinci qüvvə sağ cinaha keçir. Eldəniz Namazovun olduğu qüvvə isə ortadan hərəkətə keçir. Ən böyük üstünlük tank əleyhinə vasitələrə verilir. Geriyə qaçan düşmənin öndəki tanklarını vurmaq, bir də irəli gedən texnikalarını lazım idi, ortadakı qüvvə isə düşməni öz üzərinə çəkməlidir. Düşmənin geriyə çəkilən iki tankı və bir PDM-i vurulur. Qabaqdakı iki tank vurulur, döyüşün gedişatında bir PDM-ləri vurulur. Sağ və soldakı qüvvələr lazımı yerləri tuturlar. Düşmən beləcə tələyə düşür və bütün qüvvələrini ortada gedən qüvvəyə tərəf çevirir.
Döyüşün gedişində XTQ taboruna verilən 4 tankdan biri xarab olaraq sıradan çıxır. Üç tank 500 metr məsafədə döyüşə açılır və arxasınca da şəxsi heyətə hərəkət edir. Düşmən tankları vurmaq üçün tank əleyhinə vasitələrdən istifadə edir, ancaq buna nail ola bilmir. Çünki məsafə buna imkan vermir. Beləcə düşmənin bütün qüvvələri mərkəzə doğru cəmləşir və irəliləyir.
Tabor komandiri sağda, solda isə əməliyyat zabiti qüvvələrə rəhbərlik edir. Eldəniz Namazov isə döyüşü idarə edir. Rabitə ilə əlaqə saxlayır. Düşmən atəş çəmbərinə düşüb? Bəli, cavabını alan kimi “Başlayın!” əmri verir. Sağ və soldakı qüvvələr düşmənə göz açmağa imkan vermir. Yarım mühasirəyə düşən düşmən qüvvələrinə qarşı tank əleyhinə vasitələrdən və digər vasitələrdən istifadə etməklə zərbələr endirilir. Həmin vaxt rabitə ilə raket zərbəsi istənilir. “Tos-1 A”nın komandiri ilə Eldəniz Namazov birbaşa əlaqəyə çıxır. Dəqiq koordinat verilir və deyilən yerə zərbə endirilir. Düşmən PDM-lərlə qaçmağa başlayır.
Vəziyyət komandanlığa məruzə edilir. Qərar verilir ki, davam edilsin. Sağdan N saylı motoatıcı hərbi hissənin bir taboru, soldan isə başqa bir motoatıcı hərbi hissənin taboru ilə kordinasiya yaradılır. Motoatıcı taborlara qaçanların erməni ordusu, arxadan gələnlərin isə XTQ olduğu deyilir. Həmin motoatıcı taborlar da atəş açmağa başlayırlar. İtirilmiş vəziyyət bir kənd artıqlaması ilə azad edilməsi bərpa olunur. Geri qayıdanda 9 T-72 tankı və bir ədəd PDM-2 işlək vəziyyətdə qənimət kimi qalır. Hesablamalara görə, düşmənin 700-dən artıq canlı qüvvəsi döyüş meydanında məhv olur.
Təkcə düşmənin snayper atəşi ilə iki şəhid verilir. Biri taborun qərargah rəisi Elçin İsmayılov, biri isə Niftiyev soyadlı gizir. Yaralı isə olmur.
Eldəniz Namazov komandana vəziyyəti məruzə edir, əlavə qüvvənin gəlməsinə ehtiyacın olmadğını bildirir. Bu anda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev əlində avtomatla qaça-qaça döyüş meydanına atılmaq istəyir. Ona məruzə olunur ki, vəziyyət artıq bərpa olunub. Kərim Vəliyev polkovnik Eldəniz Namazovu qucaqlayır, təşəkkür edir və Milli Qəhrəmanlığa layiq olduğunu deyir. Hətta oradakı gizirlərə leytenant rütbəsinin də verilməli olduğunu da deyir.
Döyüş analiz ediləndə Kərim Vəliyevin həyəcanla döyüşə atılmaq istəməsinin bir səbəbi açıq şəkildə bilinir. Əgər qarşı tərəf istəyinə nail olsaydı, qələbə sual altına düşmüş olardı.
p.s kitabda daha ətraflı və detallı işlənilib.
Səxavət Məmməd
TEREF
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.
Ardını oxu...
4 oktyabr tarixi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm edən Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Təbii ki, bu gün böyük əhəmiyyətə malikdir. 1993-cü il avqustun 23-də Cəbrayılın erməni silahlı qüvvələrinin işğalına məruz qalması olduqca acı bir tarixi fakt idi. Çünki bu işğal dövründə xalqımıza məxsus milli-mədəni irsimizi özündə əks etdirən çoxlu sayda milli-mədəni abidələrimiz erməni vandalları tərəfindən məhv edildi.
Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurdu. Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başlayıb. 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edilib. 2016-ci idə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələtəpə adlı strateji yüksəkliyin azad edilməsi ilə Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olub. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Şanlı ordumuzun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı.
Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan əməliyyatlar nəticəsində ümumilikdə bir şəhər və 80 kənd işğaldan azad edilib. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad olundu. Artıq işğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz dogma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Cəbrayılda dağıdılan mədəni-tarixi abidələrimizin də bərpası həyata keçirilir. Ən şərəfli anlardan biri də Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması idi. Bu, Azərbaycan xalqı üçün qürur və fəxarət, çox böyük siyasi və tarixi əhəmiyyətə malik hadisədir. Cəbrayıl tam bərpa olunacaq və rayon sakinləri doğma yurdunda rahat yaşaya biləcəklər. Bütün uğurlar Prezident İlham Əliyevin iradəsi, xalqımızın biriliyi və ordumuzun gücü sayəsində qazanıldı.
4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması mühüm bir tarixi reallığın təzahürüdür. Ali Baş Komandan tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Məhz bu şanlı tarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub.
Bu gün artıq Cəbrayıl öz tarixinin yeni dövrünü yaşayır. Cəbrayıllılar artıq uzun müddətdən sonra öz doğma yurdlarına qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonuna səfərləri zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri baş tutub. Bu xüsusda Prezident İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonuna səfəri zamanı yeni müəssisələrin, istehsalat və xidmət sahələrinin açılışını edib, təməlini qoyub. Dövlət başçısının Cəbrayıla səfəri zamanı “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyulub. Eyni zamanda, “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli atılıb. Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Bununla yanaşı, Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərinə də qatılıblar. Bütün bunlar onu göstərir ki, işğaldan azad edilən digər ərazilərimiz kimi, Cəbrayılda da qısa zamanda bütün zəruri infrastruktur obyektləri, istehsalat müəssisələri, insanların yaşayışını və məşğulluğunu təmin edəcək sosial layihələr ardıcıllıqla icra edilir. Sözsüz ki, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Türkan Cümşüdova – YAP üzvü
 
Ardını oxu...
"Azərbaycanın Ermənistan işğalından azad edilmiş Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkarlanıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev "X" hesabındakı paylaşımında qeyd edib.

PA rəsmisi əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı 30 illik hərbi təcavüzünün ən ağır nəticələrindən biri itkin düşmüş insanların taleyidir:

"Ermənistan tərəfindən əsir götürülmüş 4000-dən çox azərbaycanlı işgəncələrə məruz qalaraq konsentrasiya düşərgələrində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılmışdır. Bu günə qədər Ermənistan bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri belə cəzalandırmayıb. Əksinə, onlar təqdir edilərək mükafatlandırılıblar. Ermənistan kütləvi məzarlıqların yerləşdiyi yerlər barədə məlumatları və tarixləri gizlədir.

Ermənistan keçid ədalətinə və münaqişədən sonrakı barışığa sadiqliyini nümayiş etdirməli, bütün bu cinayətlərə görə dövlət məsuliyyətini qəbul etməli və bütün müharibə cinayətkarlarını lazımi şəkildə araşdıraraq cəzalandırmalıdır".
https://x.com/HikmetHajiyev/status/1841923608735842456?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1841923608735842456%7Ctwgr%5Ecdc44874a4b5e51cb7c60d07072d68a4cdaa01b2%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fiqtisadiyyat.az%2Faz%2Fpost%2Fsirxavend-kendinde-yeni-kutlevi-mezarliqlar-askarlanib---foto-111673
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Suqovuşanın Ermənistan işğalından azad edilməsinin ildönümü ilə bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

Oxu.Az xəbər verir ki, paylaşımda "Zəfər tariximiz - Suqovuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür" sözləri yer alıb.
https://x.com/azpresident/status/1841569047189565732?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1841569047189565732%7Ctwgr%5Eedefbc7c3d54de2ff2602350858b7e39edcbff7b%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fsiyaset%2Filham-eliyev-suqovusanin-isgaldan-azad-edilmesinin-ildonumu-ile-bagli-paylasim-edib

Ardını oxu...
  

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər.

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.

Prezident vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib:

"Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb".

 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində bu günədək 8500-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb.
Bu barədə Sputnik Azərbaycan-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdir:
"Lakin işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükə hələ də qalmaqdadır. Bu təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.
Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində hazırladığı növbəti videoçarx insanları mina təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır".
 

Dünyapress TV

Xəbər lenti