Ardını oxu...
Türkiyənin Haber Global telekanalı Ermənistanın son təxribatları ilə bağlı proqram hazırlayıb.

Canlı yayımda efirə çıxan verilişdə bölgəmizdə son 24 saat ərzində baş verənlər müzakirəyə çıxarılıb.

Türkiyəli ekspertlər bu cür halların qarşısının alınması üçün Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.

Verilişdə Türkiyənin Azərbaycanın yanında olduğu bir daha qeyd edilib. Həmçinin, ölkəmizin bütün türk dünyası arasındakı siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində xüsusi rola malik olduğu bildirilib.

Daha ətraflı Haber Global-ın efirində:

 
 
 
Ardını oxu...
Dünən gecə saatlarından başlayan Azərbaycan-Ermənistan dövlət sərhədindəki toqquşma son günlər baş verənlərin məntiqi sonluğu idi.

Ermənistan tərəfi Brüsseldə verdiyi sözü tutmadı, həmin ölkənin baş naziri Nikol Paşinyan isə Azərbaycanla razılığa gələ bilmədiklərini açıqladı.

Məhz Brüssel görüşündən sonra dövlət sərhədində atəşkəs intensiv pozulmağa başladı. Qarşı tərəf bir neçə istiqamətdə təxribatlara əl atdı.

Dünən gecə erməni ordusu bir neçə istiqamətdə sərhədi pozaraq təxribat-diversiya işi görməyə cəhd edib. Bu addım bardağı daşıran son damla olub.

Bundan sonra Azərbaycan ordusu dövlət sərhədi boyu qarşı tərəfin bütün təxribatlarını dəf edib və əks-zərbələr həyata keçirib. Toqquşma nəticəsində erməni tərəfinin sərhəddəki və Azərbaycan ordusuna təhdid sayıla biləcək bütün hərbi obyektləri vurulub. Bundan əlavə, qarşı tərəfin, demək olar ki, mühəndis-istehkam xətləri, ön postları və bir neçə strateji yüksəkliklər nəzarət altına keçib.

Son toqquşmadan sonra Azərbaycan ordusu Göyçə və Basarkeçərə 180 dərəcə nəzarəti əla alıb. Yeri gəlmişkən, yalnız sözügedən istiqamətdə qarşı tərəf yüksəkliklərə nəzarət edirdi.

Baş verən döyüşdən sonra erməni tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Əslində, Azərbaycan ictimaiyyətini də “Sərhəddə baş verənlərə görə Azərbaycanın başı ağrıya bilərmi?” sualı düşündürür. Hesab edirəm ki, mövcud vəziyyətdə Azərbaycana qarşı hansısa haqlı irad ola bilməz.

Çünki Azərbaycan haqlı olaraq bu cür əməliyyatlar keçirməyə məcbur qalıb. Qarşı tərəf sərhəd bölgəsinə qoşunlarını cəmləşdirirdi. Bunu hərbi mənbələr də təsdiq edir. Bundan başqa, sərhəd bölgəsində son zamanlar mühəndis-istehkam işləri artırılırdı və hücum silahları yerləşdirilirdi. Hətta aralarında sülh olan ölkələrdə bu cür hal yaşansa, bu, təhdid sayılar. Əsas məsələlərdən biri də erməni tərəfinin Azərbaycanın sülh təkliflərini qəbul etməməsidir. Əksinə, ermənilər intiqam almaq niyyətlərini gizlətmir. Əgər qarşı tərəf sülhə gəlmirsə, Azərbaycanın sərhədinin təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmaq haqqı doğur. Bu məsələnin reallaşa biləcəyini müharibədən sonra da diqqətə çatdırmışdım. Ona görə də Azərbaycanın bu haqqı yenilik deyil. Türkiyə belə Suriya ilə bağlı bu addımı atıb, təhlükəsizliyini təmin etmək üçün bufer zona yaradıb.

İran artıq neçənci dəfədir, bəyanat verir ki, regionda sərhədlərin dəyişməsinə yol verməyəcəklər. Əvvəla, bu məsələnin İranla yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. İkincisi, Azərbaycan yeni sərhəd yaratmır. Azərbaycan sadəcə olaraq güvənmədiyi, sülhdən boyun qaçıran ölkəyə qarşı öz sərhədlərinin təhlükəsizliyini təmin edir.

Yeri gəlmişkən, gecə baş verən hadisələrdən sonra səhər saatlarında atəşkəs elan edildi. 44 günlük müharibədə olduğu kimi, qarşı tərəf sahədəki yaralı və nəşlərin çıxarılması prosesi zamanı atəşkəsi bir daha pozub. Müharibədə humanitar atəşkəslər zamanı təcili tibbi yardım maşınlarının atəşə tutulduğu heç kəsə sirr deyil. Bununla yanaşı, meyitləri götürmək üçün gələn təcili tibbi yardım maşınlarında silahlıların olması halları da yaşanmışdı. Hesab edirəm ki, Azərbaycan ordusu bu məqamı diqqətində saxlamalı idi. Bundan sonra bu cür davranışların ola biləcəyini göz önünə almalıdır.

Düşünürəm ki, bu hadisələrdən sonra qarşı tərəf müəyyən güzəştlərə getmək məcburiyyətində qalacaq. Sülh müqaviləsi imzalanmayana qədər lokal döyüşlər, toqquşmalar, əməliyyatlar daim gündəmdə olacaq.

Səxavət Məmməd

www.yenicag.az
 

Ardını oxu...
Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan ordusunun əsasən Kəlbəcər və Laçın rayonları ilə sərhəd boyu törətdiyi təxribatlar nəticəsincdə yaranmış silahlı qarşıdurma səbəbindən Laçın "dəhlizi"nə alternativ olaraq çəkilmiş yeni yolla gediş-gəliş üçün də təhlükə yaranıb.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, Xankəndində Rusiya hərbi kontingentinin himayəsinə sığınmış separatçı-terrorçu rejim Qarabağda məskunlaşmış hayklara müraciət edərək "ciddi zərurət olmadan" Xankəndi-Şuşa-Gorus-İrəvan yolu ilə hərəkət etməməyə çağırıb.

Müraciətdə qeyd edilir ki, bəhs edilən "yolun müxtəlif hissələri hərbi əməliyyatların aparıldığı yerlərin yaxınlığında yerləşdiyindən nəqliyyatın hərəkəti üçün təhlükəli ola bilər".

Bir daha vurğulayırıq ki, Azərbaycan dövlətinin öz maliyyəsi hesabına avqustun sonlarında inşa edib istismara təhvil verdiyi yol gediş-gəliş üçün məhz hərbi vəziyyətin gərginləşməsinə şərait yaradan revanşist, separatçı, işğalçı xislətli ermənilərin günahı ucbatından təhlükəli olub. Odur ki, Ermənistanın, yaxud Xankəndindəki separatçı rejimin buna görə dünyaya hay qaldırıb Azərbaycanı "qınaq" obyektinə çevirməyə nə mənəvi, nə hüquqi haqqı var...

Ardını oxu...
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə bağlı bəyanat yayıb.

DİA.AZ-ın məlumatına görə, bəyanatda deyilir:

"12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Habelə, Ermənistan tərəfindən guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatları həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.

Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi.

Bununla yanaşı, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zaman, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaqdır".
Ardını oxu...
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Teref. az MN-nə istinadən yazır ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.
Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır.
Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.
Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Ardını oxu...
Erməni iş adamı Ruben Vardanyan Şuşa rayonunun Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan kəndlərinə qanunsuz səfər edib.

DİA.AZ modern.az-a istinadla xəbər verir ki, bu barədə Vardanyan özünün feysbuk hesabında məlumat paylaşıb.

O, Böyük Qaladərəsi, Kirov, Sarıbaba və Turşsu kəndlərinə baş çəkdiyini, orada yaşayan ermənilərlə görüşdüyünü bildirib. O, sosial şəbəkə paylaşımında erməni xislətindən çıxış edərək, təxribatçı mövqe sərgiləyib, Qarabağda yaşayan ermənilərə yardım edəcəyini vəd edib.

Qeyd edək ki, Ruben Vardanyan bir müddət öncə Rusiya vətəndaşlığından imtina edərək, Xankəndi şəhərinə köçəcəyini bəyan etmişdi.
Ardını oxu...
Laçın şəhərinin və Zabux kəndinin hayklardan və Rusiya "sülhməramlı"larından boşaldılaraq Azərbaycanın yurisdiksiyasına keçməsindən az öncə yüksəkliklərdən birində işğal dövründə qurulmuş erməni xaçının sökülərək Ağdam rayonunun işğal altındakı Sırxavənd kəndində qurulması haqda məlumat yayılıb.

DİA.AZ xəbər verir ki, bu haqda Moderator.az-a Sırxavənd kəndindən məcburi köçkün olan soydaşlarımızdan biri xəbər verib.

Məlumata görə, Ağdam rayonunun bəhs edilən kəndə qonşu kəndlərinə gedib-gələn sırxavəndlilər məhz Laçın və Zabuxun azad olunmasından sonra eyni quruluşda neon işıq verən bir xaçın Sırxavənd yaxınlığında qurulduğunun şahidi olublar.

Qeyd edilib ki, Sırxavənd kəndi yaxınlığında xaç quraşdırılması ilə bağlı məlumat sentyabrın 6-da həmin kənddəki erməni məktəbinin "Facebook" səhifəsində də yerləşdirilib.

Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən 30-31 ildir ki, işğal altında qalan yüzlərlə yaşayış məntəqələrimiz kimi, Ağdam rayonunun Sırxavənd kəndi də Rusiya "sülhməramlı"ların məsuliyyət zonasına daxil edilməklə faktiki olaraq separatçı-terrorçu erməni rejiminin nəzarətində qalıb.

1992-ci il işğalından öncə - sovet dövründə belə, Sırxavənd kəndində bir nəfər də hay, erməni yaşamayıb.

Azərbaycan ordusunun böyük uğur qazandığı 44 günlük savaşdan sonra da Sırxavəndə qanunsuz olaraq azad edilmiş digər ərazilərimizdən köçmüş 4 erməni ailəsi yerləşdirilib. Kəndin qanunsuz "icma rəhbəri"nin verdiyi məlumata görə, onlardan 2-si Qubadlıdan, 1-i Ağdam rayonunun Əliağalı kəndindən, 1-i Şuşa rayonunun Daşaltı kəndindəndir...

2021-ci ilin oktyabrında bir neçə digər kəndlərimiz kimi Sırxavənddə də qeyri-qanuni "seçkilər" nəticəsində yeni "mer" "seçilib"...

Zəruri arayış:

Sırxavənd - Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənddir.

Bu kənd 1992-ci ilədək keçmiş Ağdərə rayonunun(sovet dövründə “Mardakert”) inzibati tabeçiliyində olub.

Ulubaba və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində yerləşən Sırxavənd kəndi Xaçın çayının sol sahilində salınmışdı. Bura Aranla dağlıq ərazinin, Qırxqızla Murov dağlarının kəsişdiyi yerdir. Kənd strateji cəhətdən çox əhəmiyyətli yerdə yerləşir. 60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (keçmişdə qocalar bu yola “daşnak yolu” deyirdilər) Sırxavəndin üstündən keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30 km, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi ermənilərin kompakt yaşadığı kəndlərinin əhatəsində yerləşib...

Qarabağın bu qədim yurdu 20-ci əsrdə dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı. 1991-ci ilin aprel ayında keçmiş Dağlıq Qarabağda münaqişə ilə əlaqədar o zamankı respublika hökumətinin qərarı ilə Sırxavənd ərazi icraiyyə komitəsi yaradıldı. Məqsəd Ağdərə rayonundakı 12 azərbaycanlı kəndinə idarəetmə mərkəzi yaratmaq idi. Sırxavənd o günlər əsl mərkəzə çevrildi. Ərazi polis bölməsi, kənd təsərrüfatı idarəsi, təhsil şöbəsi, maddi-texniki təchizat bazası, avtomobil bazası, iki yol təmir tikinti idarəsi və s. idarə, müəssisələr yaradıldı və fəaliyyətə başladı. 1991-ci ilin dekabrında rəsmi olaraq kəndin özünümüdafiə batalyonu yaradıldı.

Ağdam rayonunun Sırxavənd kəndi 1992-ci il martın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmin gün Sırxavənd daxil olmaqla Ağdərənin azərbaycanlılar yaşayan kəndləri - Bəşirlər, Qaraşlar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli və başqa türk yurdları erməni silahlı qüvvələrinin total hücumu nəticəsində düşmən əlinə keçib. 1992-ci il iyunun 3-də Sırxavənd şəhid batalyon komandiri Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatla azad edilsə də, cəmi 3 gün sonra yenidən işğal olunub. Müharibədə 19 şəhid verən kəndin özünümüdafiə batalyonunun onlarla üzvü yaralanıb. 4 sırxavəndli müharibədəki igidliklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. İki nəfər bu fəxri ada ölümündən sonra layiq görülüb.

Sırxavənd işğal edilənədək Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndi idi, onun 2 minə yaxın əhalisi vardı. Burada 250-dən çox ev var idi. Əslində 1923-cü ildən - DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış bu kəndlər, xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qsədən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir. Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmamışdır. Sırxavənddə işğala qədər 250-yə yaxın Azərbaycan türk ailəsi yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın əslən Sırxavəndli olan ailə mövcud idi. Sırxavənddən (Ağdərə rayonu ləğv edildiyindən kənd Ağdamın ərazisi sayılır) məcburi köçkünlər ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıb. Nisbətən sıx məskunlaşma Bərdə rayonundadır.

Hazırda Sırxavənd 10 noyabr üçtərəfli razılaşmasına əsasən rəsmən Rusiyanın sülhməramlı sayılan kontingentinin nəzarətindədir. Bəzi məlumatlara görə, kənddə işğalçı erməni hərbçiləri də fəaliyyət göstərir. Halbuki, Ağdam rayonu azad edildiyindən onun bütün inzibati ərazisi erməni silahlı birləşmələrindən boşaldılmalıydı. 2021-ci ilin aprelində Azərbaycan ordusu Sırxavəndi dinc yolla nəzarətə götürməyə cəhd etsə də, Rusiya hərbçiləri buna imkan verməyib...

Ardını oxu...
Ardını oxu...
Sutka ərzində mövqelərimiz bir neçə dəfə atəşə tutulub

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
 
 
 
Ardını oxu...
“Azərbaycan və Ermənistan arasında rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada səfərdə olarkən Vladivostokdakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın mövqelərinin üst-üstə düşmür:

“Söhbət Qarabağ problemindən gedir. Azərbaycanın mövqeyi nədir? Onlar hesab edirlər ki, Qarabağ problemi həll olunub və artıq müzakirə olunacaq bir şey yoxdur. Bizim mövqeyimiz Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür”.

Qeyd edək ki, Paşinyanın bir-birilə ziddiyət təşkil edən açıqlamaları diqqət çəkir.

O, Brüssel görüşündən sonra ölkəsinə qayıdanda Azərbaycan və Ermənistan arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını açıqlamışdı. Amma həmin Paşinyan Rusiyaya səfər etdikdə görüşlə bağlı danışarkən mövqelərin üst-üstə düşmədiyini bəyan edir. Düzdür, onun belə fərqli fikirlər səsləndirməsi ilk hal deyil və görünən odur ki, son da olmayacaq. Amma maraqlı məqam odur ki, Paşinyan nə üçün hər dəfə fərqli bəyanatlar səsləndirir?

Əslində onun bir-biri ilə əlaqəsi olmayan açıqlamalarındakı əsas məqsədi nədir? DİA.AZ-ın məlumatına görə, AMEA Qafqazşünaslıq İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Cebhe.info-ya bildirib ki, Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamaları heç də təsadüfi deyil:

“Belə açıqlamalarda yayındırıcı cümlələrin istifadə olunması erməni siyasətçilərinin ənənəvi xarakterik xüsusiyyətidir. Azərbaycan ilə Ermənistan arasında hələ müharibədən əvvəlki dövrdə uzun illər ərzində aparılan danışıqlarda erməni siyasətçilərinin xarakterinin bu xüsusiyyətini dəfələrlə müşahidə etmişik. Tərəflər arasında danışıqlar prosesini yaxından izləyənlər yaxşı xatırlayır ki, vaxtilə Ermənistana rəhbərlik edən Robert Köçəryan danışıqların həlledici mərhələsində qarın nahiyyəsində hansısa ağrıların olmasını bəhanə edərək danışıqlar masasını tərk edərək, biabırçı şəkildə qaçmışdı. Hələ Sovet dönəmində Bakıdan Xankəndiyə gedən azərbaycanlılara ofisiant xidməti göstərmiş, sonradan Ermənistana başçılıq etmiş Serj Sarkisyanın da danışıqlar masasından qaçmasına dair çoxlu faktlar var. Nikol Paşinyan üçün isə indiki vəziyyətdə belə bir şans yoxdur. Bu, Paşinyanın xarakterinin digərlərindən ciddi fərqlənməsindən irəli gəlmir. Bunun başlıca səbəbi Azərbaycanın 44 günlük müharibədə regionda yaratdığı yeni geosiyasi situasiya, o cümlədən Prezident İlham Əliyevin beynəlxalq aləmdə və diplomatiyada qazandığı ardıcıl qələbələrdir. Paşinyan başa düşür ki, indiki şəraitdə Azərbaycanın diqtə etdiyi şərtlərdən qaçmaq onun özü və ölkəsi üçün məhvə bərabərdir”.

Tarixçinin sözlərinə görə, Paşinyan sadəcə olaraq ölkəsinin daxilindəki faşist və radikal mövqedən çıxış edən qüvvələri sakitləşdirmək siyasəti yürüdür:

“Müəyyən məqamlarda onun bəzi açıqlamalarına regionda marağı olan hansısa dövlətlərin münasibəti də təsir göstərə bilir. Amma artıq Ermənistanda məsələlərə məntiqlə yanaşan şəxslər başa düşürlər ki, başqa çıxış yolu yoxdur”.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə avqustun 31-dəki görüşündən sonra cəmiyyətinə belə mesajlar verir ki, iki ölkə arasınsa sülhün alternativi yoxdur. Paşinyanın parlamentdəki tərəfdarları da Qarabağın heç zaman “müstəqil” olmayacağını vurğulamağa başlayıblar.
Bu arada, Rusiya prezidenti Vladimir Putin Paşinyanı uzaq Vladivostoka Şərq İqtisadi Forumuna çağırdı. Ermənistanın bu iqtisadi foruma az dəxli var idi, bunu Paşinyanın oradakı çıxışından da anlamaq olardı. Putinin Paşinyanı hüzuruna çağırmasının əsəs məqsədi Brüsseldəki görüş barədə ondan hesabat dinləmək idi. Ermənistanın xarici işlər naziri də Brüsseldə sonra Moskvaya rusiyalı həmkarı Sergey Lavrovun hüzuruna çağrılmışdı. Paşinyan İrəvana qayıtdıqdan sonra Putinə Ermənistan-Qərb münasibətləri barədə məlumat verdiyini gizlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev isə Bakıdadır. Rusiya XİN sözçüsü Mariya Zaxarova rusiyalı diplomatın Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya getdiyini deyib.
Beləliklə, Kreml əlindən gələni edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqsa, bu Rusiya ərazisində baş verməlidir. Kreml sazişin mətninin hazırlanmasında da iştirak etmək istəyir. Halbuki, sülh sazişinin mətninı hazırlayacaq işçi qrup Avropa İttifaqının nəzdində formalaşmalı idi. Kreml buna imkan vermək istəmir. Vladimir Putinin açıqlanmayan mövqeyi bundan ibarətdir ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında iki sənəd məhz Kreml sahibinin vasitəçiliyi ilə imzalanıbsa, yekun sənəd də Rusiya ərazisində imzalanmalıdır. Moskva ilə Brüsselin vasitəçiliyi bir-birini tamamlamaq əvəzinə, birinci ikincini oyundankənar vəziyyətə salmaq istəyir. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil.
Elxan Şahinoğlu
DİA.AZ

Dünyapress TV

Xəbər lenti