Milli Şəhərsalma Forumu Qarabağın bərpası ilə bağlı geniş perspektivlər açır
Xəbər verildiyi kimi oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mötəbər Forumun açılış mərasimində iştirak ediblər.
44 ölkədən 130-dan çox nümayəndənin qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu Qarabağın bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu görüş yeni imkan yaradacağına və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacağına əmin ola bilərik. Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilməsi də təsadüf deyil. Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər burada ermənilərin vandallığının şahidi olduqdan sonra Ağdama “Qafqazın Xirosiması” adı veriblər.
44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra biz Ağdam da daxil olmaqla bütün bölgələrimizi yenidən qururuq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Ağdama səfəri zamanı burada aparılan bərpa-quruculuq işlərinin yüksək səviyyədə davam etdirildiyini gördük. Neçə illik yaşı olan kəndlər – Xıdırlı, Kəngərli, Sarıcalının təməli qoyuldu. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaq.
Forumdakı çıxışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Yarıdağılmış yeganə tikili Cümə məscididir ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə ediblər.
Dünya ictimaiyyəti bu forum vasitəsilə bir daha məlumatlandırıldı və bildirildi ki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri də işğal dövründə tamamilə dağıdılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir.
Şəhərsalma forumunda verilən əsas mesajlardan biri də azad olunmuş ərazilərdə reallaşan genişmiqyaslı bərpa proqramına mane olan mina problemi idi. Ermənistan postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Müharibə başa çatdıqdan sonra 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina zərərsizləşdirilib ki, bu da mülki insanların həyatı üçün real təhlükə idi.
Bütövlükdə Ağdamda keçirilən Milli Şəhərsalma Forumu həm işğalın nəticələrini, erməni vandallığını göstərmək, həm də Azərbaycanın qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir. Bu gün beynəlxalq qurumlar da bərpa prosesinə töhfə verə bilər. Bu, bütövlükdə bölhədə rifahın təmin olunması üçün olduqca vacibdir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti