Tailand vətəndaşı Sararat Ranqsiutaporn sevgilisi də daxil olmaqla 13 tanışını zəhərləməkdə şübhəli bilinir.
Lent.az-ın xarivi mediaya istinadla xəbərinə görə, polis əməkdaşları qadını Banqkokda həbs ediblər.
Sonuncu qurbanın yaxınları Sararatın sevgilisinin ölümünün təbii səbəbini sorğuladıqdan sonra polis araşdırmalara başlayıb. Aprelin əvvəlində qızlar Buddist ritualını yerinə yetirmək üçün birlikdə çaya gediblər. Zəhərləyənin rəfiqəsi huşunu itirərək sahildə ölüb. Müayinə zamanı meyitdə sianid izləri aşkar edilib. Polis Sararatın daha 12 nəfəri öldürdüyündən şübhələnir. Qətllər 2020-ci ildə başlayıb, qurbanların hamısı şübhəli şəxslə tanış olub. Qətllərin səbəbləri maliyyədir. Dostlarından biri ona 250.000 baht (7 min dollardan çox) borc verib. Qadın birlikdə nahar edərkən qusub, huşunu itirib, lakin sağ qalıb.
Ölənlərin yaxınları da zinət əşyaları və nağd pulun itdiyini bildiriblər.
Sararitin keçmiş zabitinin keçmiş həyat yoldaşı olduğu bildirilir.
Kaliforniyadakı elm adamları analar tərəfindən söylənilən səsli laylaların körpələrdə stresi yenməyə, qəlb atışlarını normallaşdırmağa və qanın oksigenləşməsini dəstəkləməyə yardımçı olduğunu isbat ediblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sınaqlara ağır nəzarət altında olan 106 körpə və anaları cəlb edilib.
Hər gün körpə uşaqlar müalicə edilərkən analar 15 dəqiqə boyunca onlara ənənəvi laylalar söyləyib. Bu zaman elm adamları körpələrin həyatı əlamətlərini ölçüblər.
Bəlli olub ki, ananın səsli mahnı – laylalar söyləməsi hərarəti normallaşdırıb. Ürək döyüntülərini tarazlayıb. Uşaqların qanındakı oksigenə doyumluluq artıb. Stres bədəndən atılıb və içəridəki orqanlar daha çox qidalanıblar.
Analarının səsli laylalar söyləməsini dinləyən yeni doğulan körpələrin 81%-i xəstəxanaya yatırdıldıqdan 5 gün sonra yaxşılaşıb.
Haqqında bəhs edəcəyimiz İradə Gülməmmədova barəsində onu qeyd edək ki, o, 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1969–1979-cu illərdə orta təhsil almış, 1979-cu ildən 1985-ci ilə qədər Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsilini davam etdirmişdir. İradə Gülməmmədova Yolçu Gülməmmədov ilə ailəlidir, Məhəmməd adında bir oğul və Vüsalə adında bir qız övladı var. Məlumat üçün onu da qeyd edək ki, 1990-cı ildən indiyədək Azərbaycanda 4 xanım icta icra hakimiyyəti başçısı olub. 1993-2000-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı Dilruba Camalova, 1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə Piriyeva, 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı Sədaqət Qəhrəmanova, 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Fidumə Hüseynova və 2015-2022-ci ildə İradə Gülməmmədova Abşeron rayonunun icra başçısı vəzifəsində çalışmışdır. Sözümüzün canı odur ki, İradə Gülməmmədovaya dövlət tərəfindən böyük etimad göstərilib. Amma bu insan dövlətin ona göstərdiyi etimadı doğrultmayıb. Bu adam 8 ildə Abşeronda 8 iş yeri açmadı, 8 insanı işlə təmin etmədi. Amma... Əmması odur ki, yüzlərlə iş yeri açmaq istəyən insanı, sahibkarı, biznesmeni müflis elədi, şirkətləri çökdürdü. Təsəvvür edirsiniz, İradə Gülməmmədova və yaxın ətrafı iş adamlarının layihələrini təzyiqlə tutub əllərindən alıblar hətta... Bəli, öz qohum-əqrəbasını həmin şirkətlərin payına şərik ediblər, özü də 50 faiz... Bu bilirsiniz nə deməkdir...? Məmurun əlində inzibati resurslar var deyə, şirkət sahibinə deyir ki, təsisçi payının 50 faizini mənim qardaşıma, yaxud oğluma verməlisən... Bax, İradə Gülməmmədova Abşeronda fəaliyyət göstərmək istəyən iş adamlarına deyirdi ki, ən azı 50 faiz ortaq, şərik olmalıyıq. İcra başçısı olduğu dönəmdə bir sıra qalmaqallarla yadda qalan İradə Gülməmmədova rayonda “biznesledi” kimi də tanınırdı. Onun ailə üzvlərinin adına böyük şirkətlərinin olduğu da dəfələrlə mediada qeyd edilib. Təsəvvür edirsiniz İradə Gülməmmədovanın ən yaxın adamı - Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, bələdiyyə sədrləri, hətta bacısı oğlu Babək Alıyev həbs olunur. Amma İradə Gülməmmədovaya söz deyən olmur. Bir soruşan yoxdur ki, icra başçısının icazəsi olmadan baş memar, bələdiyyə sədri torpaq sata bilməz. Sözün qısası, İradə Gülməmmədova son vaxtlar Abşerondakı obyektlərini satışa çıxarıb. Obyektlərindən birini 15 milyona hərraca qoyub. Soruşanlara deyir ki, yaxın zamanda böyük vəzifəyə gedəcəm, obyektləri satıram ki..... Bəli, İradə Gülməmmədova yaxın rəfiqəsi olan bir xanımla falçılara, dua yazanlara xeyli pul buraxıb özü üçün karyera duası yazdırır... Deyirəm, bütün işlər dua yazdırmaqla əmələ gəlsəydi, onda şamanlar dünyaya rəhbərlik edərdi. Bu başqa yazının mövzusudur. P.S. Biz İradə Gülməmmədovaya bir məşhur məsələni yada salmaq istəyirik. İradə xanım, mollanın inəyə dua yazmasını yəqin eşitmisən... Səkinə arvad süd verməyən inəyinə dua yazdırmaq üçün mollaya xahiş edəndə... Molla onun inəyinə bir dua yazır, yazır ki, İradə, pardon, Səkinə, sənin inəyin süd vermir mən nə edim. Amma Molla ona bir kağız parçası yazaraq verir ki, apar as inəyin buynuzundan. Vədə yetişir, inək dünyasını dəyişir. Həmin kağızı oxuyan evin kişisi arvadını balta ilə doğrayaraq, öldürür. Bu rəvayət uzun zamanlar bundan öncə baş vermişdir. //gundelik-baku.com//
İranda məşhur aktrisa Panteya Bəhramın “Aslan dərisi” serialının sonuncu bölümünün nümayişinə hicabsız getməsi qalmaqala səbəb olub. “Mehr” agentliyi xəbər verir ki, aktrisanın “Lotos” kinoteatrında baş tutan sözügedən tədbirə baş örtüyü olmadan qatılmasına görə kinoteatrın direktoru vəzifəsindən kənarlaşdırılıb. Ölkənin Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktorunun müavini Həbib İlbeginin sözlərinə görə, kinoteatrla bağlı da araşdırmalar aparılacaq və yaxın günlərdə müəssisə ilə bağlı qərar veriləcək.
Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində mühüm məqamlara toxunub.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı vətəndaşların dövlətə borcu olduğu halda bunu dərhal ödədiyini, həmin vaxt sistemin necə lazımdır çalışdığını bildirib. Sevinc Telmanqızı qeyd edib ki, amma vətəndaşın dövlətə ehtiyacı olduğu vaxt heç bir xidmətdən yararlana bilmədiyini deyib.
Sevinc Telmanqızı vətəndaşın cəriməsini, vergisini, sosial müdafiəyə, kommunal xidmətlərə ödənişini vaxtında etdiyini, amma tibbi xidmətdən faydalanmaq istəyəndə, uşağını bağçaya qoymaq istəyəndə çarəsiz qaldığını qeyd edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib.
Birinci vitse-prezidentin sosial şəbəkə hesabındakı paylaşımında deyilir:
"İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!".
İYİ Partiya sədri Meral Akşener Ankara Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaşla birlikdə Sinop şəhərindəki Pier Meydanında mitinq keçirib.
Mia.az xəbər verir ki, o, mitinqdə geniş çıxış edib, Ərdoğan iqtidarını "topa tutub".
Şiddətli yağış və dolu altında danışan Akşener deyib:
"İnşallah, 14 May axşamı Sinopdan başlayaraq Türkiyənin hər yerindən İYİ Partiya parlament seçkisinin birincisi, cənab Kılıçdaroğlu isə ölkənin prezidenti olacaq. Sinop təqaüdçü şəhərdir, sizə söz verirəm, biz iqtidara gıələn kimi pensasiyalar da qaldırılacaq. Müəllimlərin təyinatı sürətlə davam edəcək. Bu ölkədə siyasi, iqtisadi, sosial həyat kpökündən dəyişəcək, Qısa zamanda hər kəs bu müsbət dəyişikliyi hıyatında hiss edəəck, görəəck. Biz buun üçün seçkidə daha fəal olmalı, hər kəs özü ilə seçki məntəqələrinə ən az 3 nəfər aparmalıdır. Bu hazırkı sistemi dəyişmək üçün hər kəs əlini daşın altına qoymalıdır. Bilirsiniz, mənim, cəınab Kılıçdaroğlunun barəsəində hər cür yalanı danışdılarŞ, ancaq bir oğru deyə bilmədilər. Biz isə bu oğru rejimi 14 mayda yola salaraq xalqın rahat nəfəs almasını təmin edəcəyik.
...Sinopu həm turizm şəhəri, həm məşğulluq şəhəri, həm də insanların xoşbəxt olduğu bir şəhər edəcəyik. Mən sizdən İYİ Partiyasına səs verməyiniz istəyirəm. Mən sizdən Millət İttifaqının prezidentliyə namizədi Kılıçdaroğluna səs istəyirəm. Biz birlikdə bu qəribə sistemi dəyişməliyik".
Bu arada meydanda "Baş nazir, Baş nazir" şüarlarını duyan Akşener deyib: "Mənə bax, bunun üçün səs verəcəksən, İYİ-ni birinci partiya edəcəksən. Əvvəlcə, bu qəribə sistem dəyişəcəyik. Ondan sonra kiminləsə sövdələşmədən baş nazir olacağam”.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Məmmədova Səliqə Əli qızı DİN-nin "102" xidmətinə məlumat verərək, həmin gün saat 01 radələrində naməlum şəxsin onun Bakı şəhəri, Nəsimi rayonu, İlqar ismayılov küçəsində kirayə yaşadığı mənzilə daxil olaraq qışqırmaması üçün ağzını tutub, 100 (yüz) manat pulunu və təqaüd kartını götürərək getməsini bildirib.
Faktla bağlı Nəsimi RPİ-nin 21-ci PB-də Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.
“Çox kasıb ailədə dünyaya göz açmışam. 3 qardaşın bir bacısı olmuşam. 17 yaşıma çatanda anam mənə dedi ki, “bir kişi tapıb səni ərə verim, o kişi də bizə baxsın”. Dedim ki, “ay ana, nə kişi, mən oxumaq istəyirəm”. Anam işləyirdi, dedim ki, “mən də işləyim, ikimiz birləşək, qardaşlarımızı saxlayaq, böyüdək”. Mən deyənə qulaq asmadı. O kişini tapıb üstümə gətirdi. Kişi məndən 20 yaş böyük idi. Anam zorla, döyə-döyə məni zaksa göndərdi. Ağzımı aça bilmirdim. Zaksda bir yaşlı kişi oturmuşdu. Dedi ki, bu necə olur? Ondan sənə ər, səndən də ona arvad olmayacaq”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aktrisası Səmayə Musayeva deyib.
“Oğlum Mehmanı dünyaya gətirdim. Qanım zəhərlənmişdi, ölümlə üz-üzə idim. Kişi dedi ki, “mənim pulum, falan yoxdur. Get ona bax!”. Neyləyə bilərdim ki? Anam məni məhv etdi. Evdə şikayətlənən kimi anam deyirdi ki, “bu taleyi sənə Allah yazıb, məndən nə istəyirsən?!”. Anam o kişini evə gətirməklə mənim həyatımı məhv etdi. Çox arzularım var idi. Deyirdim ki, oxuyaram, işləyərəm. Univeristetə 25 yaşında daxil oldum. O kişi anamı dilə tutub, əməlli-başlı aldatmışdı. Guya ki, pulu çoxdur, işləyib bizə kömək edəcəkdi. Ayrılandan sonra gəldiyi kimi də, çıxıb getməyi bir oldu. Ondan sonra ailə həyatı qurmadım. Kim dəqiq bilə deyə bilərdi ki, ikinci ailə birincidən yaxşı ola bilər? Sənətim həyatıma heç vaxt mane olmayıb. Əksinə sənətimlə ucalmışam, tanınmışam, sevilmişəm” deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, hər zaman teatrda “Arşın mal alan” da Telli obrazını oynamaq istəyib.
“Gənclik illərimdə hər zaman bu rolu oynamağı arzu etmişəm. Hələ heç aktrisa deyildim, bu roldan çox xoşum gəlirdi. Telliyə oxşar çox rollarım olsa da, Tellini oynamaq mənə qismət olmayıb. Mən daha çox dramatik obrazları sevirəm. Bu gün ayaqlarım demək olar ki, tutulub. Yeriməkdə çətinlik çəkirəm. Evin içində özümü güc-bəla ilə idarə edirəm. Filmdə çəkilmək üçün dəvətlər gəlir, amma səhhətimə görə çəkilə bilmirəm. Serial həm də uzun prossesdir. 47 il fasiləsiz Akademik Musiqili Teatrda çalışmışam. Mənimki teatrdır, çünki tamaşaçı ilə canlı ünsiyyət daha rahatdır” deyə aktrisa bildirib.
"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva aprelin 7-də gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb və təcili əməliyyat olunub.
Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülüb. Lakin 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, G.Fərzəliyeva Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu ananın ikinci hamiləliyi olub. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır.