Ardını oxu...
Müğənni Dəniz Əsədova üzləşdiyi dələduzluq əməlləri ilə bağlı təfərrüatları açıqlayıb.

“Qaynarinfo” xəbər verir ki, Dəniz Əsədova keçirdiyi mətbuat konfransında özü dələduzluğa məruz qaldığı halda məsuliyyətə cəlb olunduğunu deyib.

“Əslində isə mən zərərçəkənəm” deyən müğənninin sözlərinə görə, baş verənlərin kökündə vətəndaşlara pensiya düzəltmək dayanıb. Dəniz Əsədovanın iddia edib ki, bu məsələdə əsas təqsirkarlar Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi işləmiş Rauf İsfəndiyarov, 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Şahin Verdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovadır.

Əsədova deyib ki, əvvəllər tibb sahəsində çalışıb. Rauf İsfəndoyarovla Şahin Verdiyevi bu sahədə çalışarkən tanıyıb.

Sonradan Rauf İsfəndiyarov onu Mehparə Kazımova ilə tanış edib. Dəniz Əsədovanın sözlərinə görə, ayrı-ayrı vətəndaşlara pensiya düzəltmək üçün onlardan pullar alınıb.

“Pullar Rauf İsfəndiyarova, Şahin Verdiyevə və Mehparə Kazımoyava verilib. Tanışlarımın əlillik dərəcələrini guya qanuni yolla həll edəcəklərini desələr də, saxta sənədlər düzəldiblər”, deyə müğənni vurğulayıb. O, həmçinin əlavə edib ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra pensiya təminatı ilə bağlı araşdırmalara başlanıb və xeyli sayda vətəndaşın əlillik dərəcəsi ləğv edilərək pensiyası kəsilib. Bundan sonra həmin vətəndaşlar şikayətçi olublar. “Mən bu işdə adım hallanmasın deyə xeyli sayda vətəndaşın pulunu qaytarmışam. Bunun üçün əmlaklarımı satmışam. Amma buna baxmayaraq, yenə də bu işdə əsas fiqurant kimi mənim addım hallanır, mühakimə edilir və cəzalandırılıram. İşin başında dayananlar, həmin pulları mənimsəyənlər barədə isə heç bir tədbir görülmür”, – deyə Dəniz Əsədova vurğulayıb.

Müğənni daha sonra konkret faktlara keçib.

O, jurnalistlərə əlillik dərəcəsi ilə bağlı çoxsaylı sənədlər təqdim edib.

Onun iddasına görə, bu sənədlər Mehparə Kazımova tərəfindən düzəldilib:

“Özünüz baxın. Mən, yaxud vətəndaşlar belə sənədləri necə düzəldə bilərlər? Bu sənədlərin hamısı saxtadır. Xəstə olamayan vətəndaşlara müxtəlif xəstəliklər yazılıb və onlara pensiya düzəldilib. Yaxşı başa düşdüm, bu işdə vasitəçi olmuşam deyə məni də ittiham edirlər. Bəs o zaman işin başında dayanan, saxta sənədləri düzəldən, pulları mənimsəyən Rauf İsfəndiyarov, Şahin Verdiyev və Mehparə Kazımova niyə məsuliyyətə cəlb olunmur? Axı pullar bu adamlara verilib. Əlimdə bütün bunları təsdiq edən sübutlar var. Sizə təqdim etdiyim bu sənədləri istintaqa da təqdim etmişdim. Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətimdə də bu faktlar əks olunub. Amma nəticə yoxdur”.

Mart ayında Dəniz Əsədovanın şikayəti əsasında Rauf İsfəndiyarov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

May ayında isə barəsində həbs qərarı ev dustaqlığı ilə əvəzlənib.

Dəniz Əsədova bu fakta diqqət çəkərək bildirib ki, baş verənlər “pensiya əməliyyatı” ilə bağlı cinayət işinin ört-basdır edilməsinə hesablanıb: “Mən başa düşə bilmirəm nə baş verir? Axı necə ola bilər ki, mənim ittiham olunduğum cinayətdə əsas fiqurant olan bu şəxs barəsində bir ay sonra həbs qərarı dəyişir?! Digərləri barədə isə ümumiyyətlə heç bir tədbir görülmür? Bu cinayət ört-basdır etmək deyil bəs nədir?! Təsəvvür edin, Rauf İsfəndiyarovla Şahin Verdiyev öz adamlarına saxta əlillik dərəcəsi verib. Bununla bağlı əlimdə sübutlar var. Amma baxan yoxdur”.

Müğənni deyib ki, bu işə görə sürücüsü Samir də günahsız yerə həbs olunaraq məhkum edilib: “Sürücüm Samir də 2020-ci ildə günahsız yerə, əslində Mehparə Kazımovanın tərtdiyi əməllərə görə həbs edilib. Mehparə Kazımova öz adamları ilə əlaqəyə girərək guya saxta əlillik dərəcələrinin sürücüm tərəfindən verilməsi planını hazırlayıb. Mehparə Kazımovanı məsuliyyətdən kənarda saxlamaq üçün sürücümü aldadaraq ona cinayət işinə xitam veriləciyi bildirilib. Amma cinayət işinin məhkəmə istintaqı Xəzər və Kəlbəcər rayon məhkəmələrində keçirilib. Samir 2 il şərti cəza alıb. Hazırda sürücüm də şikayətçidir, onun hüquqlarını Mehparə Kazımova və bəzi məmurlar pozublar. Bununla bağlı əlimizdə bununla bağlı kifayət qədər sübutlar var.

Bir daha deyirəm ki, Samirin heç bir təqsiri yoxdur. Elə bir fon yaradıblar ki, guya bütün bunların arxasında mən dayanmışam. Bütün şiakyətçilərə də mənim adımı verirlər. Deyirlər gedin pulunuzu ondan alın. Biz külli miqdarda pullar ödəmişik. Bu adamlar iddia edir ki, guya baş verənlərdə təqsirləri yoxdur. Yaxşı, əgər heç bir günahları yoxdursa, niyə mənə 150 min manat veriblər? Bu, mən əsl həqiqəti ictimailəşdirəndən sonra baş verib. 150 min verdilər qalanını isə ödəməkdən imtina etdilər. Bu fakt da işin arxasında məhz onların dayandığını sübut edir. Mehparə Kazımova öz işçiləri vasitəsi ilə də belə əməllər törədib. Konkret olaraq onun işçilərindən Əfsanə Məmmədovanın adını çəkə bilərəm. Mən heç nəyi sübutsuz danışmıram. Əlimdə daşdan keçən sübutlar var. Hətta kimə pul verilibsə, səs yazıları və videogörüntüləri var”.

Dəniz Əsədova mətbuat konfransında ölkə rəhbərliyinə müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edib:

“Mənə təzyiq edilir. İstəyirlər ki, danışmayım, susum. Amma susmaq fikrində deyiləm. Mən bu adamların məsuliyyətə cəlb olunmasını, onlara verilən pulları geri qaytarmalarını tələb edirəm. Bu cinayətin ört-basdır edilməsinə imkan verməyəcəm. Cənab Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş edirəm. Burada milyonlarla manat puldan söhbət gedir. Hüquq-mühafizə orqanlarına da müraciətlərim davam edəcək”.

Rauf İsfəndiyarov istintaq altında olduğunu görə onunla əlaqə saxlamaq mümkün olmayıb. Jurnalistlər Şahin Verdiyevi isə tapa bilməyiblər.

Mehparə Kazımovaya gəlincə, vəkili İlqar Rüstəmov onun barəsində müğənninin səsləndirdiyi iddialara hələ ötən il cavab verib.

O, Dəniz Əsədovanın dediklərini əsassız adlandıraraq, onun məhkəmyə verəcəklərini bildirib.

Artıq o, Dəniz Əəsədova barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib.

Şikayətə mayın 22-də hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Dəniz Əsədova bu məsələ barədə zaman-zaman açıqlamalar yaysa da, işin detallarına toxunmayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.

Komitədən "DogruXeber.az"a verilən məlumata görə, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari ilin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib.

E.Orucova Bakı İslam Universitetində bakalavr təhsili alıb, 2022-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsini bitirib. Din sosiologiyası üzrə təhsil alan E.Orucovanın magistr işi “Din və modernizasiya münasibətləri: sosioloji təhlil” mövzusunda olub.

Qeyd edək ki, bununla da Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının sayı 17 nəfərə çatıb.
Ardını oxu...
Bakıda idman zalında qətl törətməkdə təqsirləndirilərək 15 il azadlıqdan məhrum olan idmançı Əli Abbasov Bakı Apellyasiya Məhkəməsində qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anasına xəsarət yetirib.

Bu barədə "Trend”ə B.Nəsibovun anası Nəzakət Bayramova məlumat verib.

O bildirib ki, hadisə mayın 17-də saat 11:40 radələrində Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baş verib.

"Binanın 1-ci mərtəbəsində məhkum Abbasov Əli Allahverdi oğlu təpiklə qarnımdan vuraraq mənə xəsarət yetirdi.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmə iclas zalına gətirilərkən Əli Abbasov məhkəmə zalının qarşısında qəfildən çevrilərək mənim qarın nahiyəmə təpiklə ağır zərbə endirdi. Bu azmış kimi, onun dost-tanışları da məni itələyərək yıxdı və nalayiq söyüşlərlə təhqir etdilər.

Mən ağır xəsarət aldım. Məhkəməyə çağırış əsasında təcili tibbi yardım gəldi, ilkin tibbi yardım göstərdi. Amma vəziyyətim ağır olduğu üçün məni xəstəxanaya yerləşdiriblər. Hazırda xəsarətlərim ağır olduğundan xəstəxanada müalicə alıram”, - o deyib.

N. Bayramova məsələ ilə bağlı Yasamal rayon Prokurorluğuna müraciət edib.
Ardını oxu...
Gəncə şəhər sakini 31 yaşlı Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini qumarda uduzub.

TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, Şəfiqə Əhmədova telefonuna gələn onlayn oyun mesajına aldanıb və daha çox vəsait əldə etmək istəyərkən həmin pulu itirib.

Şəfiqə Əhmədova bildirib ki, onu oyuna şirnikləndirən ilk qazanılan 12 manat olub. Daha sonra oyunun rahat qazanc imkanı olduğunu düşünən qadın iştirak üçün onlayn ödənişlər etməyə başlayıb.

15 min manatlıq saxta uduşla bağlı karta köçürmə olmadığından zərərçəkən bunun fırıldaq olduğunu başa düşüb, ancaq bu zaman hər şey artıq gec olub. Onun ödədiyi 10 min manatı geri almaq üçün cəhdləri isə uğursuz olub. Şəfiqə Əhmədova başına gələn hadisə ilə bağlı polis və banka müraciət edib.
Ş.Əhmədova deyir ki, onlayn oyunda itirdiyi pulu 6 yaşlı övladının əməliyyat xərci üçün çətinliklə yığıb. Bunun üçün həyat yoldaşı maşınını satıb, qohum və tanışlar köməklik göstərib. Ancaq asan yolla çoxlu vəsait qazanmaq istəyi pulun itirilməsi ilə yanaşı, xəstə uşağı da təhlükə altında qoyub.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Bir neçə gün əvvəl müğənni əri Oğuzhan Koçdan ayrılan aktrisa Demet Özdemir Türkiyədə ən populyar şəxs olub.

BAKU.WS xəbər verir ki, 8 aylıq evliliyini bitirən Demet qardaş ölkənin internet səhifələrində ən çox axtarışa verilən şəxs olub.

Bu səbəbdən də ölkədə ən populyar qadın seçilib.

Demetdən sonra ikinci yerdə Sıla Türkoğlu, üçüncü yerdə isə Su Burcu Yazgı Coşkun qərarlaşıb.
Ardını oxu...
Aktrisa Ülviyyə Xəlilbəyli illər sonra “Vicdan haqqı” serialı ilə bağlı etiraf edib.

Olay xəbər verir ki, Ülviyyə həmin ekran işinə çəkildiyi illərdə təhsilini Türkiyədə davam etdirmək istədiyini bildirib:

“Vicdan haqqı” serialının “partlatdığı” 2016-cı il idi. Akdeniz Universitetinin “Güzel sanatlar” fakültəsinə hazırlaşırdım. Təhsil almağı çox istəyirdim, amma serialı qoyub getmək də istəmirdim. Müsahibədə mənim istəksizliyimi hiss etdilər. Soruşdular ki, çəkildiyin serialı qoyub gələrsən? Çünki başqa uşaqlara haqsızlıq etmək istəmirik. Demişdim ki, yox, gələcəyəm. Amma gözlərimdən hiss etmişdilər. Çünki gözlərim həmişə məni ələ verib. Bilmirəm ki, düz etdim, ya yox. Heç bir fikrim yoxdur. Yəqin ki, qismət belə imiş”.


Qeyd edək ki, Ülviyyə həyat yoldaşı Murad İsmayılla sözügedən serialda çəkilərkən tanış olub.
Ardını oxu...
Övladlarımızın gələcəyi üçün səs verməyə gedən millətimizin qərarı nəticəsində “Türkiyənin yüz ili” qalib gəldi. Qazanan Türkiyədir.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında paylaşıb.

“Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək, Türkiyə Yüz İlini yenə çiyin-çiyinə quracağıq. Güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkür edirəm. Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla yola davam edin”, - Ə.Ərdoğan bildirib.
Ardını oxu...
Moskvada Rusiya müdafiə nazirinin keçmiş müavini, general Aleksandr Kolmakovun arvadı oğurlanıb.

"AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, mayın 10-da işdən qayıdan Kolmakov arvadını evdə tapmayıb.

Gecə saatlarında generala zəng edən naməlum şəxs ona deyib ki, arvadı oğurlanıb, əgər 1 milyon rubl verməsə, onun üçün pis olacaq.

Generalın polisə müraciət etdiyi bildirilir.
Ardını oxu...
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teref.az Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək məqsədilə nümayəndəliyin rəhbəri Peter Mixalkonun və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.

Zərifə Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

2017-2022-ci illər ərzində o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Zərifə Abbasova ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, nümayəndəliyə məxsus 50 min manat vəsaiti mənimsəyib.

Bundan sonra hakim tərəflərdən məhkəmə istintaqının aparılması qaydasını soruşub. Prokuror məhkəmə istintaqının təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, daha sonra isə şahidlərin dindirilməsi qaydası ilə aparılmasını təklif edib.

Məhkəmə istintaqın bu qaydada aparılmasına təqsirləndirilən şəxs, onun vəkili Əlövsət Abbasov, zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Sabit Abdullayev etiraz etməyiblər.

Amma təqsirləndirilən şəxs deyib ki, səhhəti ilə bağlı hazırkı mərhələdə ifadə verə bilməyəcək. Onun vəkili isə bildirib ki, müvəkkili səhhətində yaranan problemlərlə bağlı xəstəxanada müalicə alıb, mayın 8-dən ambulator müalicə üçün evə buraxılıb.

Vəkilin sözlərinə görə, Zərifə Abbasova hazırda ev şəraitində müalicəsini davam etdirir: "Zərifə Abbasova indiki vaxtda ifadə verməyə hazır deyil. Onun müalicəsinin davam etdirilməsi, həm də ifadə verməyə hazırlaşmaq üçün iki həftə vaxt verməyinizi xahiş edirik".

Hakim vəkilin bu istəyini nəzərə alıb. Bu səbəbdən növbəti məhkəmə iclası iyunun 1-ə təyin olunub.
 

Dünyapress TV

Xəbər lenti