Ardını oxu...
Moskvada bir qadın oğlu ukrayna dilini öyrəndiyi üçün ona qarşı donos yazıb.

TNS xəbər verir ki, bu barədə “Mash” “Telegram” məlumat yayıb.

Qadının bu yola əl atmasının səbəbi oğlunun idman zalında məşq etmək, dronların, mərmilərin və minaların quruluşunu öyrənmək və Quran oxumaq kimi hobbilərindən xəbər tutması olub.

Məlumata görə, əvvəllər 24 yaşlı gənci belə şeylər maraqlandırmayıb, amma bir il əvvəl işləmək üçün Uzaq Şərqə gedib və doqquz aydan sonra anasının bəyənmədiyi yeni hobbilərlə qayıdıb. Qadın oğlunu bu hobbilərindən əl çəkməyə razı salmağa çalışsa da, cəhdləri uğursuz alınıb. Bundan sonra ana radikal addım atmaq qərarına gəlib və polisə şikayət edib.

Hüquq-mühafizə orqanlarının bu müraciətə necə reaksiya verməsi barədə məlumat yoxdur.
 
Ardını oxu...
Lənkəran rayonunda son günlərdə ikinci müəllim vəfat edib.

Boladi kənd 2 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib.

Məktəbin tarix müəllimi Günel Cavadova ağır xəstəlikdən vəfat edib. Bir neçə gün əvvəl isə Səfərov adına Kərgəlan kənd tam orta məktəbinin coğrafiya müəllimi Hüriyyə Əzimova da xəstəlikdən dünyasını tərk etmişdi.
 
Ardını oxu...
Sankt-Peterburqda dəhşətli hadisə baş verib.

Yeddi yaşlı qız kiçik məktəblilər arasında məşhur olan "Roblox" oyununu oynayıb və orada "çat" hissəsində özünü Kirill kimi təqdim edən bir gənclə tanış olub.

Yeni tanışı bildirib ki, onun 17 yaşı var. Birinci sinif şagirdi yazışdığı şəxsə yalan danışıb, artıq 11 yaşında olduğunu deyib.

Bir müddət sonra dost uşağa ədəbsiz fotolar göndərməyə və cinsi əlaqəyə eyham vurmağa başlayıb.

Bu barədə “78.ru” məlumat yayıb.

Həyəcan siqnalı qızın yeni tanışlığı ilə bağlı təfərrüatları paylaşdığı sinif yoldaşının anası tərəfindən çalınıb.
O, birinci sinif şagirdinin valideynlərinə hər şeyi danışdı və onlar polisə müraciət ediblər. Hadisənin baş vermə şəraiti və naməlum şəxsin şəxsiyyəti araşdırılır. \\32gun.az
 
Ardını oxu...
Azərbaycanlı gənc dünyaca məşhur biznes jurnalı olan “Forbes”in siyahısında yer alıb. Günay İmanzadə minlərlə şəxsin arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb.

Xezerxeber.az-ın məlumatına görə, Avropa üzrə “Təhsil, biznes və digər sahələrdə sosial təsir” kateqoriyasında yer tutan həmyerlimiz “Metatesk” startapının təsisçisidir.

Günay İmanzadə bildirib ki, siyahı üzrə namizədlər çox olsa da seçim şərtlərini ödəyən az iştirakçı var idi.

Onun sözlərinə görə o, builki siyahıda yeganə azərbaycanlıdır.
Qeyd edək ki, G.İmanzadə 2023-cü ildə innovasiya sahəsi üzrə gənclər üçün prezident mükafatına layiq görülüb. Təsisçisi olduğu startap “Texnofest” festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olub.

Ətraflı süjetdə:

 
Ardını oxu...
“Ceyhunla mən “Ögey ana” filminin sınaq çəkilişlərində tanış oldum. Ceyhunu İsmayıl, məni isə Cəmilə roluna təsdiq edirdilər. Biz birlikdə sınaq çəkilişlərində iştirak etdik, oynadıq. Hər ikimiz də seçimdən keçdik. Ceyhunun anası gürcü idi. Onu çəkilişlərə anası gətirirdi. Ceyhun çox istedadlı idi. Digər uşaqlara da kömək edirdi. İstedad onun içindən gəlirdi. Sonradan da yaxşı rejissor, gözəl aktyor oldu. Ən gözəl rolu da elə “Fəryad” filmində oldu. O da, mən də ailə həyatı qurdum. Telefonla zəngləşirdik, münasibətimiz yaranmışdı. Dostluğumuz başlamışdı”

Bunu Moderator.az-a “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova Ceyhun Mirzəyevin doğum günündə onunla bağlı xatirələrini danışarkən söyləyib. O daha sonra əlavə edib.

“Sonuncu danışığımızı indiyə qədər xatırlayıram. Mənə bundan əvvəl demişdi ki, istəyirəm “Ögey ana” filminin sonunu çəkim. Bu filmdə də öz ailəsini, mənim ailəmi lentə almaq istəyirdi. Elə oldu ki, ortaya “Fəryad” filmi girdi, onu çəkdilər. “Ögey ana” filmi qaldı ikinci planda. Yaşasaydı çəkərdi. Sonra gəlib məndən Ceyhunla bağlı müsahibə aldılar. Onun ad günü münasibəti ilə veriliş hazırlayırdılar. Qismət olmadı ki, veriliş efirə getsin. Ceyhun “Fəryad” filminin montaj prossesindən gələndən sonra evdə keçinmişdi. Heydər Əliyev adına sarayda “Fəryad” filminin təqdimatı olanda Ceyhun artıq həyatda yox idi. Vaqif Mustafayev özü də həmin təqdimatda bildirdi ki, “bu rolu məhz Ceyhunun oynamasını mən istədim”. Allah ona rəhmət etsin, ruhu şad olsun. O qalsaydı çox işlər görərdi” deyə Sevinc xanım bildirib.
Sevinc Axundova bildirib ki, Ceyhun Mirzəyevdən sonra onun ailə üzvləri ilə yaxın münasibətdə olub.

“Ceyhundan sonra ailəsi ilə çox gözəl münasibətimiz oldu. Tez-tez yoldaşı Lida xanımı, qızını evimə dəvət edirdim. Həyat yoldaşı prokuror idi. Qızı çox savadlı idi, bir neçə dil bilirdi. Lida xanım bir neçə il bundan əvvəl dünyasını dəyişdi. Qızına çox dedik ki, getmə, burada qal. Amma bağı, evi satıb getdi. İndi axtarırıq qızını. Bir tanış var, deyir ki, onu tapacam. Rusiyada 1 otaqlı evdə yaşayır. Hətta dedilər ki, onu kimsə aldadıb, pulunu alıb. Ümid edirik ki, axtarışlarımız nəticə verəcək” deyə Sevinc Axundova bildirib.
 
Ardını oxu...
Arvadının cəsədini 200-dən çox parçaya bölən britaniyalı ömürlük həbs cəzasına məhkum olunub.

Modern.az xəbər verir ki, Nikolas Metson 2023-cü ilin martında həyat yoldaşı, 26 yaşlı Holli Bramlini qətlə yetirdiyini etiraf etmişdi. O, arvadına azı dörd bıçaq zərbəsi endirib, daha sonra onun bədənini 200-dən çox parçaya ayırıb.

Nikolas Metson cəsədin parçalarını bir həftə Linkolndakı mənzilinin mətbəxində saxlayıb. Daha sonra onları çaya atmasına kömək etmək üçün dostuna 50 funt sterlinq ödəyib.

“Lincoln Crown Məhkəməsi”ndə Nikolas Metson ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis Holli Bramlinin cəsədinin 224-ə yaxın parçasını Vitham çayından tapsa da, lakin ürək kimi bəzi hissələrini tapmaq mümkün olmayıb.

Prokurorlar cütlüyün 2021-ci ildə evləndiyini, lakin Metson qətli törədən zaman ayrılmaq ərəfəsində olduqlarını bildirib. Qatil ərin telefonuna baxış zamanı polislər onun “Google”da “cəsəddən necə qurtulmaq olar”, “arvadım ölsə, sığortadan necə pul ala bilərəm”, “Allah qətli bağışlayarmı” kimi suallara cavab axtardığını aşkarlayıblar.
 
Ardını oxu...
“Rusiya ilə iki ildən artıq davam edən amansız müharibədən sonra Ukrayna hələ də öz demokratiyasını və ərazisini müdafiə etməyə hazır və qadirdir, lakin Amerikanın hərbi yardımı olmadan bunu edə bilməz”.

Bu barədə “The New York Times”da dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, əksər amerikalılar bunu başa düşür və hesab edirlər ki, Putinin revanşist arzularını cilovlamaq Amerikanın Ukrayna və Amerika təhlükəsizliyi qarşısında borcudur.

Nəşrin yazdığına görə, Qlobal Məsələlər üzrə Çikaqo Şurası və “İpsos” tərəfindən keçirilən sorğu nəticəsində məlum olub ki, amerikalıların 58%-i Ukraynaya iqtisadi yardım göstərilməsinin və Ukrayna hökumətinə daha çox silah və hərbi texnikanın göndərilməsinin tərəfdarıdır. Respondentlərin 60%-i isə bildirib ki, Ukrayna ilə münasibətlər Amerikanın milli təhlükəsizliyini zəiflətməkdən daha çox gücləndirir. Bundan əlavə, Konqresin bir çox Respublikaçı üzvlərinin də davamlı hərbi yardımı dəstəklədiyi göstərilir.

Qeyd olunur ki, ABŞ silahları və artilleriyası Ukraynanın Rusiya ordusunu saxlaması, həmçinin hərbi əməliyyatlara son qoymaq üçün danışıqlar aparmaq bacarığı üçün vacibdir.
 
Ardını oxu...
Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 196,3 milyon dollar və ya 30,1% azalıb.

2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon dollar) birinci, pambıq (33,5 milyon dollar) ikinci, pomidor (30 milyon dollar) üçüncü, xurma (26,4 milyon dollar) isə dördüncü olub.

Bu ilin ilk 2 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub.

"MKT İstehsalat Kommersiya” MMC – 19,2 milyon dollar

"My Fruit” MMC – 7,5 milyon dollar

"P-Aqro” MMC – 7,1 milyon dollar

Muradova Sahibə Səlimət qızı – 6,7 milyon dollar

"Soil Boons” – 5,2 milyon dollar

"STP Global Cable” MMC – 4,1 milyon dollar

"Technopack” MMC – 4,1 milyon dollar

"Ümüd 059” MMC – 4 milyon dollar

"Mors Trading” MMC – 4 milyon dollar

"Gözəl Təbiət” MMC – 3,9 milyon dollar

Qeyd edək ki, ötən ilin ilk 2 ayında qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən qeyri-dövlət subyektlərinin siyahısında yer alan fərdi sahibkar Şirinov Elvin Valeh oğlu bu il siyahıda yer almayıb.

İlk onluqda yer alan fiziki şəxs - Muradova Sahibə Səlimət qızı isə ilk dəfə ötən il məhsul ixrac etməyə başlayıb. Muradova Sahibə ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq ötən il 31,4 milyon dollarlıq, bu ilin ilk 2 ayında isə 6,7 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib. \\Yeniavaz.com
 
Ardını oxu...
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

HİT.az xəbər verir ki, bununla bağlı aktrisa özü məlumat yayıb. Sənətçi bildirib ki, günlərdir güclü ağrılardan əziyyət çəkir:

"Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, hərarətim düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər. Deyirlər, yer dolub. Bəs mən hər ay maaşımdan niyə sığorta ödəməsi edirəm? Xəstə bir də öləndən sonra yardım edəcəklər. Ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?".

TƏBİB-dən Axşam.az-a verilən məlumata görə, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib. Hazırda N.Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə aparılıb, ona zəruri həkim baxışı və müayinələr təyin edilib. Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.
 
Ardını oxu...
İraqa gedən bloger Şəfəq Məmmədovanı təyyarəyə buraxmayıblar. Axşam.az xəbər verir ki, bu haqda Şəfəq özü məlumat yayıb. O bildirib ki, Bağdada uçan təyyarəyə minən zaman ondan viza tələb edilib:

"Biabır olduq... İraqla Azərbaycan arasında sadələşmiş viza rejimi tədbiq olunub. Yəni gedib hava limanında vizanı ala bilərdim. Amma ərəb aviaşirkəti məni buraxmadı, onlara izah edə bilmədim. Kimlərə yığdıq, nə etdiksə, alınmadı. Təyyarə uçdu, biletim, otelim hər şeyim batdı".

Qeyd edək ki, bu ilin yanvarından etibarən Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilərlər.

 

Dünyapress TV

Xəbər lenti