Ardını oxu...
“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin texniki istehsalat şöbəsinin aparıcı mütəxəssisi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev-27/69B, mənzil 24-də yaşayan Cavadova Jalə Əli qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, DTX sədri Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, eləcə də Prezidentinin köməkçisi Anar Ələkbərova, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərova və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Cavadova Jalə Əli qızı, “autizm” xəstəsi olan azyaşlı uşağın anasıyam. 2 azyaşlı övladım var. 17 ildir energetika sistemində işləyirəm. Yoldaşım Qubadlıdan məcburi köçkündür. Evimiz yoxdur.

03 fevral 2023-cü ildə Sumqayıt RETSİ-nin aparıcı mütəxəssisi Gülbacı Dadaşova 123 nəfər işçini təhqir və təhdid edərək, “ya ərizə yazıb Xaçmaz RETSİ-yə keçirsiniz, ya da ixtisar olunursunuz”, - dedi. Bu özbaşınalıqla bağlı 06 fevral 2023-cü ildə cənab Prezidentə şikayət ərizəsi yazdığım üçün “Azərişıq” ASC rəhbərliyi və rəisləri (R.Yusifov, S.Baxışov, A.Ləzimzadə, H.Əzizov, E.Alıyev, N.Məhərrəmov, Z.Quliyev) 1 ildir mənə təzyiq göstərərək, şər-böhtan ataraq, işdən çıxarmaqla hədələyirlər...

Bildirirəm ki, “Azərişıq” ASC-dəki məmur özbaşınalığı ilə bağlı etdiyim şikayətlərdən sonra cənab Prezidentin və hörmətli Mehriban xanımın sayəsində məni 10.07.2023-cü ildən aparıcı mütəxəssis (aşağı əmək haqqı ilə) vəzifəsinə keçirdilər. Qubadlı rayon məcburi köçkünü olan ali təhsilli həyat yoldaşım Vüsal Cavadov da (aşağı əmək haqqı ilə) işlə təmin edildi. Hazırda aparıcı mühəndisdir. İşlədiyi müddət ərzində şöbənin bütün üzvlərinə 2-ci dəfədir mükafat verilir, təkcə mənim yoldaşımın haqqı yeyilib, mənimlə prinsip apardıqlarına görə mükafatdan məhrum edilib. Orta məktəbi bitirib işləyənlər, orta təhsillilər bizim ikimizin maaşını alır.

Sədr müavini Ramil Yusifovun ən sadiq işçisi, Sumqayıt RETSİ-nin istismar üzrə rəis müavini Elçin Alıyev məni kollektivə təqdim etdi. Şöbəni rəisi olmadığı üçün rəis vəzifələrinin icrasını da mənə həvalə etdi. Lakin işlərimi (katibəyə həvalə etdiyi, texniki şərtlərin xidməti məlumatının yazılması və portala vurulmasını) mənə vermədi, şər qüvvələrlə bir olub, mənə oyun quraraq işləməyə imkan vermədi.

İşlədiyim şöbədə adı gedən, lakin E.Alıyevə katibəlik edən vəzifəcə mühəndis olan Şahnaz Məmmədova tərəfindən digər işçilərin şərəf və ləyaqətlərinin alçaldılmasının, işçilərin ünvanına nalayiq küçə söyüşləri söyməsinin şahidi oldum. E.Alıyevin katibəsinin texniki binada hegemonluq etməsinin və bir sözlə, İstismar binasının dolayısıyla katibə tərəfindən idarə olunduğunun şahidi oldum. Katibənin bu özbaşınalıqları haqqında öncə E.Alıyevə, sonra isə region rəisi H.Əzizova müraciət etdim. Şikayətdən sonra E.Alıyev mənim yoldaşıma zəng edərək, söhbət etmək istədiyini bildirib. O, bizi restoranda kabab yeməyə məcbur etmiş, evimə kabab, meyvə göndərmişdi ki, mən Sumqayıtdakı özbaşınalıqları sədrə bildirməyim. Mən heç nəyə görə haqlı əqidəmdən dönən qadın deyiləm. O, anasının qəbrinə, uşaqlarının canına and içib qayda-qanunla tədbir görəcəyinə söz versə də, oyunlarına davam etdi. Həqiqəti bildiyi halda, Arif Ləzimzadəyə zəng edib məni şərləyərək, səhvləri mənim üstümə atıb. O, H.Əzizovla əlbir olub, işçiləri təhqir edən katibə barəsində tədbir görmək əvəzinə, məni bütün işlərdən kənarlaşdırdı. Bütün işləri katibəlik edən Ş.Məmmədova ilə şöbənin digər mühəndisi, 68 yaşlı təqaüdçü, V.Əhmədovun əmrlərinə “səhv edib, mənim işləməyə ehtiyacım yoxdur, kefimdən gəlirəm işə” deyən Günlarə İsmayılovaya həvalə edərək, hər ikisini baş idarə binasında ayrıca otağa köçürdülər.

Dövlət idarəsində işçiləri nalayiq küçə söyüşləri ilə təhqir edən Ş.Məmmədova barəsində ölçü götürülməsi, habelə işlərimin əlimdən alınması ilə bağlı “Azərişiq” ASC-nin sədr müavini Ramil Yusifova və sədr Vüqar Əhmədova şikayət etsəm də, nəticəsi olmadı. Bu hadisədən sonra Sumqayıt Elektrik Şəbəkəsinin mühəndisi, şəhid ailəsi, məcburi köçkün, ali təhsilli energetik Quliyev Anar Ələmqulu oğlunun media üzərindən “Azərişıq” ASC-dəki özbaşınalıqlarla bağlı paylaşdığı videomüraciətə haqlarımın tapdalanması ilə bağlı rəy yazdıqdan sonra mənə qarşı təzyiqlər, təqiblər daha da artdı. Nahar fasiləsi zamanı işlədiyim otağa gəlib, özünü nəzarət idarəsinin işçisi kimi təqdim edən Zabil Quliyevə (deyilənlərə görə Vüqar Əhmədovun tələbə yoldaşı) üzərində birka olmadığını irad tutduqdan sonra, mənə dedi ki: - “sən kimsən ki, məndən vəsiqə tələb edirsən”. Özümü müdafiə və onun bu özbaşınalığını sübut etmək üçün mobil telefonumu götürüb hadisəni videoqeydə alacağımı bildirən zaman, mənə qarşı zor tətbiq edərək, şəxsi telefonumu əlimdən aldı. Nahar vaxtı olduğu üçün yediyim yeməyi masama dağıtdı, otağı da bərbad günə qoydu. Hadisə barədə dərhal 102-yə məlumat verdim.

Hadisədən xəbər tutan media nüamayəndələri saat 17-00 dan sonra otağıma gəldilər. Onlara müsahibə verən zaman “Azərişıq” ASC-nin hüquq idarəsinin rəisi Arif Ləzimzadə də iş otağıma gəldi. Məni təhqir etdi: - “tərbiyəsiz! Səni buradan it kimi sürütdədərəm, kimə istəyirsən, hara istəyirsən şikayət et”, - dedi(hadisəni sübut edən video görüntülər var).

Prezidet İlham Əliyev məmurları yüksək vəzifəyə təyin edərkən onların qarşısında qoyduğu 1 nömrəli öhdəlik xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlarla sadə davranmaqdır. Arif Ləzimzadəyə kim ixtiyar verib ki, məni təhqir etsin?! Harınlığın dərəcəsinə baxın ki, “Azərişıq” ASC-nin hüquq idarəsinin rəisi Arif Ləzimzadə tabeliyindəki işçini təhqir edir...

“Azərişıq” ASC-nin hüquq idarəsinin harınlamış rəisi heç kimə lazım olmayan Arif Ləzimzadə tərbiyəsiz rəftarı ilə cənab Prezidentə, Onun göstərişlərinə qarşı çıxmışdır. Əfsuslar olsun ki, “Azərişıq” sədri Vüqar Əhmədov bu özbaşınalıqlara göz yumur, işçilərin şikayətlərinə baxmır. İşçi onun qəbuluna düşüb dərdini deyə bilmir. Bu adamın başı nəyə qarışıb, kimə qarışıbsa işçini qəbul etməyə vaxtı olmur.

İnanıram ki, Azərbaycan qadınına qarşı belə tərbiyəsiz davranan Arif Ləzimzadə kimi məmurlarlar cənab Prezidentin qəzəbinə tuş gələrək, qeyd-şərtsiz vəzifəsindən azad ediləcək və barəsində ciddi tədbir görüləcəkdir.

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-yə sədr təyin edərkən, “Barmek” şirkətini sərt tənqid edərək demişdi: ““Barmek” şirkəti Azərbaycanın enerji təsərrüfatını tamamilə sıradan çıxarmış, bu sistemi bərbad vəziyyətə salıb, ölkədən milyonlarla pul aparıb”.

İnternet resurslarına istinadən bildirirəm: “Barmek”in keçmiş baş menecer işləyərkən Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilən Çingiz İbadovu Vüqar Əhmədov “Azərişıq” ASC-nin Enerji Alış İdarəsinin rəis müavini təyin edib. Buna nə ad verək?

1. Çingiz İbadov Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakında departament direktoru işləyərkən də mütəşəkkil dəstə ilə mənimsəmə və israfetmə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığına yol verdiyi üçün Ağır Cianyətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilmişdir.

2. 14.000 işçisi olan “Azərişıq” ASC-nin İnsan Resursları Departamentinin rəisi Sakit Baxışov keçmiş İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin lisenziya nəzarəti və qeydiyyatı sektorunun müdiri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə, mütəşəkkil dəstə ilə rüşvə talma, təkrar rüşvətalma, külli miqdarda rüşvətalmaya görə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilmişdir.

3. Beynəlxalq bankdan götürdüyü külli miqdarda pulu mənimsədiyinə və külli miqdarda dələduzluğa görə həbsdə yatan Mehman Mehdiyev Qaradağ RETSİ-yə rəis təyin edilib.

4. Prokurorluq orqanlarından xaric edilən Xalid Təhməzov müşavir təyin edilib.

Hesab edirəm ki, belə şəxslərin “Azərişıq”da rəhbər işləməsi qurum adına ləkədir.

Üstəlik, bu idarədə cənab Prezidentin imzaladığı qanunlara məhəl qoyulmur. Belə ki, 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən qanun qeydiyyatı olmayan evlərə, tikililərə elektrik enerjisi verilişini qadağan edir. Lakin, bildiyimə görə, həmin abonentlərə 170 manat cərimə yazıb, daha sonra evlərə kod açıb sayğac qoyurlar. Bunun qarşılığında isə abonentlərdən 800 manat pul alırlar.

“Azərişıq” ASC-də cənab Prezidentin yürütdüyü gənclər siyasətinə də əməl olunmur. Qurum təqaüdçülərlə doludur. Ali təhsilə, iş təcrübəsinə məhəl qoyulmur. Orta məktəbi bitirənlər ali təhsillilərdən yüksək əmək haqqı alır.

Energetika sisteminin başında energetik olmaqdan, qondarma Sumqayıt RETSİ-nin rəisi ixtisasca hüquqşünas olan, energetikadan bixəbər, “nol”nan “faza”nı ayıra bilməyən, sxemi izah edə bilməyən H.Əzizov durur. O, öz ixtisasını belə bilmir ki, mən bülletendə olan müddətdə işçiləri yığıb, mənə görə iclas edib, "Jaləni 70 c bəndi ilə işdən çıxartmışıq, onu idarəyə buraxmayın" deyərək, mühafizəyə əmr edib. Bunlar nə qədər harınlayıblar ki, dövlətin idarəsini dədələrinin idarəsi ilə səhv salırlar.

Bütün bu özbaşınalıqların nəticəsidir ki, son 3 ayda Sumqayıtda misli görünməmiş faciə yaşandı. 3 nəfər gərginliyə düşdü. Onlardan biri yeniyetmədir, qolu kəsilib yarımcan olub(2010-cu il təvəllüdlü Aslan Zaur oğlu Əliyev). Digər 2-si faciəvi şəkildə vəfat etdilər. Hər 2-si bayram günü, şənbə günü işə çıxarılan Sumqayıt Elektrik Şəbəkəsinin əməkdaşları idi. Heç bir qoruyucu avadanlıq olmadan, ev xidmətinin işçilərini hava xidmətində işə çıxarıb, yüksək gərginlikli xəttin biri açılıb, digəri yanılı qaldığı üçün həyatlarını itirdilər. Bunlar: 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyev, 1968-ci il təvəllüdlü Mahir Daşdı oğlu Mirəliyevdir.

Qurumda sosial ədalətsizlik, təbəqələşmə, ayrı-seçkilik gedir. “Azərişığ”ın baş idarəsində işləyənlərlə rayonlarda işləyənlər arasında kəskin maaş fərqləri var. Cənab Prezidentin sərəncamları ilə əmək haqları, pensiya və müavinətlər artırılsa da “Azərişıq”da maaş artımı yoxdur. Yüksək əmək haqqı, mükafat, paket öz adamlarına və özlərinə verilir. Şikayət edənləri təqib etməklə, işdən çıxarmaqla hədələyirlər.

Nazirlər Kabinetinin qərarı olmadan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 01 noyabr 2022-ci il tarixli daxili əmrlə dövlət daşçısının sərəncamı, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərişıq” ASC-nin strukturunda “dəyişiklik” edib. “Şimal” RETSİ-ni ləğv edib, 2 yeni region - “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-ni yaradıb. Halbuki Prezidentin sərəncamı əsasında təsdiq edilmiş strukturda Sumqayıt və Xaçmaz RETSİ-lər yoxdur.

Bu ərizədə yazdıqlarım barədə faktlar, sübutlar, hətta şahidlər vardır. 1 ildir şikayətlər yazmağıma baxmayaraq, heç bir qurum mənim şikayətlərimə baxmır. Heç bir dövlət orqanı “Azərişıq” ASC-dəki məmur özbaşınalıqları barəsində tədbir görə bilmir. Açıq-aşkar etiraf edirlər ki, biz Vüqar Əhmədova bata bilmərik, o, Prezidentin köməkçisi Anar Ələkbərovun xalası oğludur.

Cənab Prezident! Hörmətli Mehriban xanım! Göydə Allaha, yerdə ümidim sizədir. “Azərişıq” ASC-dəki məmur özbaşınalığını ciddi nəzarətə götürüb, günahkarları cəzalandıracağınıza, bir qadına, bir anaya edilən zülmə səssiz qalmayacağınıza inanıram.

Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

 
 

 
 
Ardını oxu... Ardını oxu... Myspace Stumbleupon Technorati blogger google
 
 
66 dəfə oxundu
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     
     
     
Ardını oxu...
Son illərin müşahidəsi göstərir ki, Rusiyada şovinizmin avanqard gücü erməni separatizmi ilə bağlı olanlardır. Kremlin əsas dezinformasiya ruporlarından olan Marqarita Simonyana və Vladimir Solovyova digər ermənipərəst jurnalist Tina Kandelaki də qoşulub. Bir müddət əvvəl onu Rusiyanın TNT televiziya kanalına elə ona görə rəhbəri təyin ediblər ki, Kremlin “mesajlarını” müxtəlif ünvanlara çatdırsın. Siyasətdən başı çıxmayan Tina Kandelaki keçmiş illərdə Qarabağ separatçılarına informasiya dəstəyi verirdi, biz bu məsələni bitirdikdən sonra yeni hədəf seçib. Tina Kandelaki son statuslarında Qazaxıstanı və qazaxları aşağılayıb, “manqurd” ifadəsindən belə istifadə edib. Kandelakini qəzəbləndirən budur ki, Niyə Qazaxıstanda qazax dili rus dilini sıxışdırmağa başlayıb. Rus şovinistləri SSRİ-nin dağıldığını və müstəqil dövlətlərin müstəqil siyasət yürütməsini hələ də həzm edə bilmirlər. Qazaxıstanda hansı dildə danışmalıdırlar? Dövlətin qanunu var, hamı ona riayət etməlidir. Qazaxların çoxu rus dilində sərbəst danışır, ancaq öz dilləri var, yer adlarını dəyişməkdə də sərbəstdirlər. Əslində Ukraynaya qarşı işğalçı müharibəyə başlayan şovinist düşüncə tərzi Qazaxıstan kimi dövlətlər üçün də təhlükədir. Qazaxıstan müstəqilliyini gücləndirməklə yanaşı türk dünyasının formalaşmasına və inteqrasiyasına marağını artırmaqla da şimaldan gələn təhlükədən sığortalana bilər.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
“İran və Pakistan bir-birlərinə raket zərbələri endirdilər. Buna əsaslansaq, İranın Qırmızı dənizdə husilərlə müharibə fonunda payı artırdığı aydın olur. Əslində bunun niyə edildiyini anlamaq üçün İranın strateji mədəniyyətinin dörd sütununu xatırlatmaq yerinə düşər”. Bu sözləri ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos analitik yazısında qeyd edib.

Onun sözlərinə görə, İranın strateji yolunun birincisi islamçılıqdır: “İran HƏMAS-ı dəstəkləyərək İsrailə qarşı ondan fəal şəkildə istifadə edir. Lakin ötən əsrin 80-ci illərində İslam inqilabını ixrac etmək cəhdləri uğursuzluğa düçar olduqdan sonra strateji mədəniyyətin bu elementindən istifadə etmək imkanları məhduddur.

İkincisi şiəlikdir. Şiə hərəkatlarının dəstəklənməsi və şiə əhalisinin himayədarlığından "şiə dəhlizi" deyilən layihədən Qərbə, Aralıq dənizinə qədər və Yəməndə strateji dərinlik yaratmaq məqsədilə fəal şəkildə istifadə olunur. Başqa sözlə, xarici ərazilərdə müharibələr dəstəklənir. İranın ekspedisiya qüvvələrinin və raket silahlarının “şiə dəhlizi” ərazisində tətbiqi yeni deyil. Buna görə də İraq Kürdüstanı ərazisinə ballistik raket zərbələri düşməni xarici ərazidə saxlamaq strategiyasından kənara çıxmır”.

“Pakistana zərbələr başqa məsələ ilə bağlıdır. Pakistanla bağlı məsələ İranın strateji mədəniyyətinin üçüncü sütunundadır. Obrazlı desək, “bizi düşmən ölkələr əhatə edir”. Bu ənənə İranın həmişə düşmən hücumlarının hədəfi olduğuna dair aydın sübutlar verən Fars İmperiyasının mirasına əsaslanır. İran rəhbərliyi bu çərçivədə qonşu dövlətlərin düşmən ittifaqları yaratmasını və qonşu ölkələrdəki bazalara arxalanan separatçı hərəkatların qarşısını almasını mümkünsüz edəcək tədbirlər görür”, - deyə Semivolos vurğulayıb.

Analitikin qənaətincə, etnik-dini separatizm həmişə İran üçün əsas təhlükələrdən biri olub: “Burada, əlbəttə ki, İranın Sistan və Bəlucistan əyalətində və Pakistanda fəaliyyət göstərən bəlucların hərəkatları faktı var. Onların fəallığı 2022-ci ilin payız hadisələrindən sonra xeyli artıb. Ukraynaya qarşı müharibənin son il yarımı ərzində qurulan İran üçün vacib olan Rusiya ilə strateji müttəfiqliyi xatırlamaya bilmərəm. Belə bir müttəfiqin olması İrana özünü daha dikbaş aparmağa imkan verir. Dördüncü sütun isə realpolitik və siyasi razılaşmalardır. Yəni ki, regionda mövcud siyasi vəziyyətə əsaslanaraq müəyyən qərarlar qəbul etməkdən söhbət gedir. Nəzərə almaq lazımdır ki, iranlılar qonşu ölkələrin ərazisinə edilən hücumları şərh edərkən, açıq-aşkar “terrorizmlə mübarizə” ruhundan danışırlar. Yeri gəlmişkən, İslamabad da öz növbəsində eyni ritorikanı götürüb İrana qarşı yönəldir”.

“Sual olunur - niyə indi? Güman edirəm ki, Qırmızı dənizdə “Rifah Keşikçisi” hərbi əməliyyatı Tehranda növbəti hərbi hədəfin İranın özünün ola biləcəyindən ehtiyatlanmasına səbəb olur. Tamamilə mümkündür ki, iranlılar koalisiyanın hərəkətlərinə cavab vermək planlarında regionda hərbi mövcudluğunun artırılmasını, bəlkə də Hörmüz boğazının bağlanması kimi daha cəsarətli addımlar atmağı nəzərdə tutublar. İndi bu inanılmaz səslənir, xüsusən də İran və Pakistan arasında bu yaxınlarda eyni körfəzdə birgə hərbi təlimlərin keçirilməsi fonunda. Lakin Qırmızı dənizdəki vəziyyəti nəzərə alsaq, bu, artıq çox fantastik görünmür. Ona görə də bu versiya mümkündür. Əsas rəqibləri - ABŞ və İsrailin separatçı hərəkatlardan istifadə etməsindən qorunmaq üçün Tehran onların bazalarına xəbərdarlıq, qabaqlayıcı zərbələr endirir. Bu versiyanın nə qədər effektiv olduğunu gələcək göstərəcək. Axı bu, təbii ki, iranlıları emosiyalarla deyil, ayıq hesablamalarla rəhbər tutmaq şərti ilə həyata keçirilir. Emosialar artsa, vəziyyət ən pis ssenari üzrə, nəzarətsiz eskalasiya şəklində inkişaf edə bilər”, - deyə Mərkəz direktoru əlavə edib.

Onun sözlərinə görə, Pakistanla İran arasında müharibə riski mövcuddur: “Lakin hələlik bu, hipotetikdir. Sərhədin hər iki tərəfindəki bəluc separatçılarının bazalarına zərbələr endirmək bəhanəsi ilə raket zərbələri mübadiləsi qəribə görünsə də, şiələrin “təqiyyə” anlayışına uyğun gəlir”.

Müəllif: Turan Abdulla - AYNA.az
 
 
 
Ardını oxu...
Yaxın Şərqdə və onun hüdudlarından kənarda geosiyasi gərginliyin, hərbi eskalasiyaların artdığı bir vaxtda Pakistan və İran bir-birlərinin ərazilərinə zərbələr endiriblər.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyaləti ilə İranın Sistan və Bəlucistan vilayəti arasında təxminən 900 kilometr uzanan qeyri-stabil bir sərhəd var.
Hər iki ölkə Bəluc bölgəsində silahlılarla döyüşür və onların ortaq separatçı düşməni olsa da, bir-birlərinin ərazilərinə zərbələr endirmələri qeyri-adi bir haldır.
İran və Pakistan silahlı qeyri-dövlət aktorlarının - Pakistanda “Ceyş əl-Ədl”, İranda Bəlucistan Azadlıq Ordusu və Bəlucistan Azadlıq Cəbhəsinin - sığınacaqlarını hədəfə alıblar. Hər bir ölkə digərini silahlılara sığınacaq verməkdə ittiham edir.
Bununla belə, İranla Pakistanın bir-birinin hava məkanını nümayişkaranə şəkildə pozması iki ölkə arasında hərbi-siyasi və diplomatik gərginliyə səbəb olsa da, onların ritorikasının müharibə həddinə çatacağını proqnozlaşdırmaq olmur.
Çünki İranla Pakistanın münasibətləri elə də kəskin bir tonda deyil, daha doğrusu, çətin və məhsuldar əlaqələr mövcuddur.
Ən maraqlısı isə budur ki, hava hücumundan bir neçə saat əvvəl İran və Pakistan Fars körfəzində ortaq hərbi təlim keçiriblər və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Davosda Dünya İqtisadi Forumu çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvar-ul-Haq Kakar ilə görüşüb.
Elə isə sual olunur, nə baş verdi ki, Tehranla İslamabad yaxşı əlaqələri unudub qarşılıqlı pis ssenari ilə oynamağa başladılar?
İlk olaraq İran Pakistan ərazisində “Ceyş əl-Ədl” qruplaşmasının “qala”larını hədəfə alaraq onların mövqelərinə müxtəlif növ silahlardan aviazərbələr endirdi.
“Ceyş əl-Ədl” İran üçün problematikdir və bu qruplaşma İran ərazisində xeyli terrorun müəllifinə və ya icraçısına çevrilib.
Lakin İranın Pakistan ərazisindəki əməliyyatlarının tərzi Tehranın Yaxın Şərqdə əzələlərini şişirtməsinin işığında daha çox aydınlaşır.
Düzdür, Pakistana hücumlar və Pakistanın da qarşılıqlı cavablar verməsi birbaşa İsraillə əlaqəli deyil.
Tehran zərbələrini anti-İran terror qruplaşmalarını hədəf aldığını iddia etməsi ilə əlaqələndirir. Bu, Livanda “Hizbullah”, Fələstində HƏMAS kimi İsrailə qarşı olan qüvvələri maliyyələşdirən və təchiz edən İranın başqa regionda da daha cəsarətli birbaşa hərəkətlər edə biləcəyinə işarədir.
Ancaq İranla Pakistan arasında qarşılıqlı zərbələrin genişmiqyaslı hərbi eskalasiya yaratması zəif versiyadır, böyük ehtimalla bir-birlərini terrorçulara sığınacaq verməkdə ittiham edən bu iki ölkə diplomatik-siyasi yollarla vəziyyəti yoluna qoymaq səylərini üstün tutacaqlar.
İran elitasındakı savaş
İranda mart ayında Ekspert Assambleyasına seçki gözlənilir və SEPAH var gücü ilə dövlətüstü bir quruma çevrildiyini rəsmiləşdirməkdən ötrü prosesi ələ almağa çalışır. İranda daxili siyasi isteblişment qaynayanda SEPAH həm Xarici İşlər Nazirliyinin, həm də prezidentlik institutunun xarici ölkələrlə əlaqələri inkişaf etdirmək təşəbbüslərini bloklamaqdan ötrü sinov gedir.
SEPAH hərbi-siyasi və ruhani elitadakı mübarizəni qızışdırıb ona yön vermək üçün xarici cəbhədəki silahlarını işə salmaq təcrübəsinə malikdir, deməli, İranın Pakistana zərbələrinə bir də bu aspektdən qiymət vermək olar.
Bu məntiqlə, hərbi gərginlik İrana təkcə xarici təhdidlər qarşısında deyil, həm də daxili arena qarşısında gücünü nümayiş etdirməyə imkan verib.
Bununla belə, bu raket hücumlarının İranın əziyyət çəkdiyi fundamental təhlükəsizlik problemlərinin həlli olub-olmayacağı çox şübhəlidir. Bunu hətta bu hücumlardan sonra Pakistan sərhədində İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsi də sübut edir.
NƏTİCƏ
Ancaq səbəbindən asılı olmayaraq, hərbi insidentlər İran-Pakistan genişmiqyaslı münaqişəsini nəzərdə tutmur. Çünki nə İran, nə də Pakistan digərinin rəsmi qüvvələrinə və ya aktivlərinə hücum edib.
Bunun əvəzinə, hər biri problemli hesab etdiyi cihad qüvvələrinə qarşı digərinin ərazisi daxilində hücumlar həyata keçirib.
Bununla belə, geosiyasi oyunçuların özlərinin qlobal strateji maraqları naminə İran-Pakistan gərginlik mənbələrinə hansı toxumları atacaqları da proseslərə təsir göstərə bilmək qabiliyyətini saxlayır.
Mənfi ssenaridə ilkin mərhələdə təhlükəli faktor belədir ki, Pakistanla İranın münasibətləri pisləşsə, bu, iki ölkənin ildə iki milyard dollarlıq ticarət dövriyyəsinə zərər vurmaq riski daşıyacaq.
Aqşin Kərimov
 
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında sülh sazişinin imzalanmasının uzanmasına və Zəngəzur dəhlizinin reallaşmamasına görə Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını bildirib. Kreml Avropa müşahidəçilərini Ermənistanda yerləşdirdiyinə görə də baş nazir Nikol Paşinyandan narazıdır. Lavrov çıxışında Azərbaycanın mövqeyi əleyhinə nəsə deyə bilmədi, çünki biz heç bir razılaşmanı pozmamışıq. Lavrovun “Azərbaycan Rusiya ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır” fikri də Kremlin Bakının ünvanına müsbət mesajı sayıla bilər. Buna baxmayaraq, prezident İlham Əliyev sülh sazişindən danışarkən Ermənistanla birbaşa danışıqlara üstünlük verdiyini və təminatçı dövlətə ehtiyac olmadığını bildirib. Nikol Paşinyan Rusiyanın vasitəçiliyini və Kremlin sülh sazişinin təminatçısı olmasını istəmirsə, İlham Əliyevin təklifini qəbul etməlidir.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Ermənistan ətrafında olduqca qəliz situasiya yaranmağa başlayıb. Əslində, bu situasiya Paşinyan hakimiyyətinin II Qarabağ savaşından sonra yürütdüyü xaotik xarici siyasət kursunun real nəticələridir. Rəsmi İrəvan dünya nəhənglərinin geopolitik maraqlarını Ermənistan üzərində cəmləşdirməklə, ölkəni qarşıdurma məkanına çevirib. Və bu, indi Ermənistanı Qərblə Rusiya arasında pressinq altına salıb.

Nə qədər qəribə də olsa, ABŞ və Qərbin Ermənistana münasibətdə atdığı addımlar ilə Rusiyanın Paşinyan hakimiyyətinin son davranışlarına reaksiyası kəskin şəkildə ziddiyyət təşkil edir. Belə ki, Ermənistan ilə heç bir hərbi-siyasi bloka daxil olmayan ABŞ və Qərb rəsmi İrəvanın bütün manipulyativ iddialarını dəstəkləyir. Ermənistanın həm ikitərəfli müqavilə, həm KTMT üzrə hərbi müttəfiqi olan Rusiya isə Paşinyan hakimiyyətinin uydurduğu yalan iddiaları ifşa edir. Və bu, rəsmi İrəvanın Rusiya əleyhinə fəaliyyətinin real nəticələri olaraq, ortaya çıxmaqda olan önəmli faktordur.

Məsələ ondadır ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova rəsmi İrəvanın Azərbaycanın Qarabağ iqtisadi regionunda "erməni azlığının etnik təmizləməyə məruz qalması" barədə iddialarını açıq mətnlə və birmənalı şəkildə təkzib etmişdi. Rusiya diplomatiyasının təmsilçisi vurğulamışdı ki, erməni azlığı Qarabağ bölgəsini könüllü olaraq tərk edib. Mariya Zaxarova Paşinyan hakimiyyətinin erməni azlığına qarşı hər hansı zorakılığın törədilməsi barədə faktlara malik olduğuna şübhə etdiyini də dilə gətirmişdi. Və rəsmi İrəvandan əgər əlində bu barədə təkzibolunmaz faktlar varsa, dərhal onları açıqlamağı tələb etmişdi.

Rusiya diplomatiyasının təmsilçisinin bu açıqlamasını rəsmi İrəvanın uydurma iddialar üzərindən Azərbaycana qarşı yürütdüyü "qara propoqanda" kampaniyasına sarsıdıcı zərbə hesab etmək olar. Ancaq Kreml rəsmi İrəvanın uydurma iddialarının ifşası ilə bağlı prosesi davam etdirməkdə israrlı görünür. Belə ki, bu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanın yalanlarını ifşa edib. Və bu, rəsmi İrəvanı növbəti dəfə çıxılmaz vəziyyətə salıb.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli anlaşmada rəsmi İrəvanın nəzarətindən kənar dəhlizin yaradılması ilə bağlı nəinki bir cümlə, hətta bir söz belə, olmadığını iddia etmişdi. O, bildirmişdi ki, rəsmi İrəvan Azərbaycana İranla razılaşdırılmış marşrutun şərtlərinə uyğun nəqliyyat-kommunikasiya xətti almağa hazırdır. Üstünlük, erməni baş nazir üçtərəfli anlaşmada rəsmi İrəvanın dəhliz öhdəliyinə aid hər hansı qeydi aşkar edən şəxsə pul mükafatı da vəd etmişdi.

Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasından sonra belə təəssürat yaranır ki, deyəsən, Ermənistan baş naziri Nikol Paşinyan vəd etdiyi pul mükafatını hər halda, ödəmək məcburiyyətində qalacaq. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov baş nazir Nikol Paşinyanın Naxçıvana İran və Ermənistandan keçməsi nəzərdə tutulmuş marşrutları müqayisə etməyə çalışmasını tamamilə yersiz və məntiqsiz hesab edib.

Rus diplomat 10 noyabr üçtərəfli anlaşmasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası barədə maddənin olduğunu xatırladıb: "Sənəddə qeyd olunub ki, Ermənistan Azərbaycan və Naxçıvan arasında nəqliyyat-kommunikasiya xətlərinin hər iki istiqamət üzrə fəaliyyətinə təhlükəsizlik təminatı verir. Bu nəqliyyat-kommunikasiya marşrutuna nəzarəti isə Rusiya FTX-nin sərhəd xidməti yerinə yetirir. Ona görə də, baş nazir Nikol Paşinyanın İran və Ermənistan marşrutlarını müqayisə etməyə çalışması, Azərbaycana eyni şərtləri təklif etməyə hazır olduğunu bildirməsi tamamilə yersizdir və heç bir məntiqə sığmır".

Rusiya xarici işlər naziri Ermənistanı yeni tələb və şərtlər irəli sürməkdə də ittiham edib. Onun fikrincə, məhz rəsmi İrəvan Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı fərqli iddialar gündəmə gətirilir: "İndi rəsmi İrəvan bu nəqliyyat-kommunikasiya xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsini istəmir. Bu marşrut üzərində neytral sərhəd və gömrük nəzarətinin olmasına qarşı çıxır. Rəsmi İrəvan bu marşruta Ermənistanın təkbaşına nəzarət etməsinə çalışır. Halbuki, bu, Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı anlamaya ziddir".

Rusiya diplomatiya idarəsinin rəhbəri hesab edir ki, rəsmi İrəvan Ermənistan üzərindən Azərbaycan və Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı hüquqi öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşib. Sergey Lavrov bu dəhlizin Ermənistan üçün də çox sərfəli olduğunu açıq mətnlə vurğulayıb: "Təəssüf ki, Sünik vilayətindən keçməklə açılması nəzərdə tutulan və Ermənistan üçün də sərfəli olan bir marşrut hələ də kağız üzərində qalmaqdadır".

Belə anlaşılır ki, Kreml artıq dilə gəlmək məcburiyyətində qalıb və Ermənistandan açıq mətnlə Zəngəzur dəhlizinin açılmasını tələb edir. Üstünlük, Rusiya öz mövqeyini və tələblərini Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli anlaşmanın maddələri ilə əsaslandırır. Bu baxımdan, rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı yeni, həm də çox təhlükəli təzyiq mərkəzinə tuş gəlməkdə olduğunu da düşünmək olar.

Çünki Kreml heç bir halda, Zəngəzur dəhlizinin Ermənistanın manipulyativ bəhanələri ilə ABŞ və Qərbin nəzarətinə keçməsinə imkan vermək istəmir. Nəhayət, Rusiya xarici işlər naziri Sergey Lavrov 10 noyabr üçtərəfli anlaşmasında dəhlizlə bağlı hüquqi maddəni də taparaq, rəsmən elan edib. Ona görə də, indi bunu edə biləcək şəxslərə pul mükafatı vəd edən Ermənistan baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrov qarşısında da borclu durumuna düşmüş kimi görünür. Və erməni baş nazirin öz vədinə sadiq qalıb, rus nazirə pul mükafatını təqdim etməsi lazım gələcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
Ardını oxu...
İslam Keşikçiləri Korpusu 1979-cu ildə İslam İnqilabını qorumaq məqsədilə orduya paralel struktur kimi yaradılsa da, üstündən on illiklər keçdikdən sonra hədəflərini böyüdüb. Bu qurum həm İran daxilində islahat tələb edən insanlara və qruplara qarşı mübarizə aparır, həm xaricdəki tərəfdaş qruplara silah və sursat göndərir, həm korpusun üzvlərini qonşu ölkələrdəki döyüşlərə yollayır, həm müxtəlif ölkələrdə təsir qrupları formalaşdırır, həm də hansı ölkəyə zərbə endirmək barədə qərar verir. Bununla İslam Keşikçiləri Korpusu dövlət üstü quruma çevrilib. İran prezidenti və xarici işlər naziri korpus komandanığının qərarına qarışa bilmir, “axı bu İrana ziyan gətirə bilər” kimi etirazlarını səsləndirməkdən çəkinirlər. Bir neçə gün əvvəl qonşu İraqa və Pakistana zərbə endirmək qərarını da İslam Keşikçiləri Koprusunun komandanlğı verib. Ancaq bu dəfə möhkəm ilişiblər. Pakistan mərkəzi hakimiyyətin zəif olduğu İraq deyil, İrana əks-zərbələr endirib. Tehran vəziyyətdən çıxış yolu axtarır. Nüvə dövləti olan Pakistanla müharibə risqi İran üçün fəalkət ssenarilərindən birinə çevrilə bilər.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Ekspert: “Bizdə hər şey yaxşı başlayır, amma sonra ortada heç bir nəticə olmur”

Bu yaxınlarda ictimaiyyətə təqdim edilən Bakının Baş Planı ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Bəziləri bunu həvəslə qarşılayıb, bunun çoxdan gecikdiyini qeyd ediblər. Digərləri isə ən azı müəyyən mənada buna şübhə ilə yanaşırdılar.

Bu sənəd ətraf mühit də daxil olmaqla müxtəlif sahələri əhatə edir və ona əsasən, 2040-cı ilə qədər adambaşına 8 m² yaşıllaşdırma standartlarının təmin edilməsi planlaşdırılır. Bir çox ekoloqlar qeyd edirlər ki, şəhərdə çox ehtiyac duyulan ağacların böyüməsi ilə yanaşı, suvarma suyunun çatışmazlığı problemi daha da aktuallaşacaq. İndi bu ehtiyaclar əsasən içməli suya xərclənir, bildiyimiz kimi, Azərbaycanda onun ehtiyatı kifayət qədər azdır.

Alternativ variantlardan, xüsusilə təmizlənmiş tullantı sularından istifadədən, həmçinin yağış sularının yığılmasından istifadə etmək lazımdır, baxmayaraq ki, Bakıda yağıntılar az olsa da, iqlimin quraqlaşması ilə daha da azalma ehtimalı var. Olsun, yağış suyundan bir çox ölkələrdə suvarma və digər texniki ehtiyaclar üçün istifadə olunur, amma bu təcrübənin paytaxtımızda kök salması üçün nə etmək lazımdır?

Baş planda Bakının mərkəzi hissəsində yağış sularının yığılması sistemlərinin mərhələli şəkildə tətbiqi təklif edilir. Mərkəzi Parkın suqəbuledici sisteminin yaradılması, güclü yağışlar zamanı yağış sularının yığılması üçün daha sonra suvarma üçün istifadə olunmaqla yeraltı su anbarının tikintisinə başlanması, Qış parkının yeraltı dayanacağında yeraltı su anbarının tikintisi, suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Atatürk parkında tikililər, Xətai prospektində su axınının artırılması üçün arxlar, Neftçilər prospekti və bulvarın alçaq ərazilərində drenajlar da plana daxildir.

Bu mümkün yenilikləri AYNA-ya şərh edən ekoloq, “Davamlı Qafqaz” beynəlxalq təşkilatının nümayəndəsi Fuad Bağırov təəssüflə deyib ki, bizim güclü infrastruktur layihələrimiz çox vaxt heç bir nəticə vermir: “Qış parkının altında yağış suyu anbarının təşkili və sonra bu sudan suvarma üçün istifadə edilməsi ideyasına gəlincə, onun effektivliyinə şübhəm var. Məsələn, yeraltı su anbarı tikəcəklər, yazda su yığacaqlar, bəs qazonların suvarılması üçün hansı sudan istifadə olunacağına kim nəzarət edəcək? Belə mexanizmlər yoxdur. Su çəndə uzun müddət qalarsa, iylənəcək və ağcaqanadlar peyda olacaq”.

“Paytaxtdakı digər layihələrlə bağlı vəziyyətə baxsaq, görərik ki, onların çoxu yarımçıq qalıb, bəziləri isə müəyyən müddətdən sonra dayandırılıb. Bir vaxtlar Avropanın ən böyük dayanacağı olacaq eyni Qış parkını götürün. İndi ən yaxşı halda yarıya qədər yaxınlıqda yaşayanların maşınları ilə doludur, qalanları isə yolların kənarında saxlayır, orada saxlamağa davam edirlər. Yeraltı keçidlərdəki eskalatorlar, liftlər çox vaxt işləmir, bəs, səhhətinə görə pilləkənlərlə qalxıb-enə bilməyənlər necə hərəkət edə bilər? Təsəvvür edirsiniz ki, hansısa böyük ticarət mərkəzində eskalator işləmir? Əlbəttə yox! Sahibi ziyarətçilərin özlərini rahat hiss etmələri üçün hər şeyi edir, bəs şəhərə münasibətdə niyə fərqlidir? Qış parkının keçidlərindən birində əlil arabasında olanlar üçün lift var, lakin ondan istifadə etmək üçün ilk növbədə onu işə salacaq adamı tapmaq lazımdır, ona görə də bu, daha çox nümayiş üçündür”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəssis nəqliyyatın intellektual idarəetmə sistemini də xatırladıb: “Hər dayanacaqda monitor var idi və vətəndaş avtobusun neçə dəqiqəyə çatacağını izləyə bilirdi. Sonra monitorlar sadəcə işləməyi dayandırdı. Yaxud da velosiped yollarının yaradılması zərurəti haqqında çox danışılır. Bəzi yerlərdə bunlar var, bəs sonra nə? Orada həmişə qəza işıqları yandırmış avtomobillər dayanır. Artıq dediyim kimi, bir çox layihələr böyük miqyasda başlayır, amma sonu heç nə ilə bitmir. Bizim nəzarət mexanizmimiz yoxdur”.

“Yağış suyunun toplanmasına qayıdaraq, düşünürəm ki, burada fərqli bir yol tutmaq lazımdır. Yağış sularının yığılmasını, yaşıl dam örtüyünü və şəhər bağlarını özündə birləşdirən binalara üstünlük verilməlidir. Onda həm tərtibatçılar, həm də əmlak sahibləri üçün enerji səmərəliliyi, suyun səmərəliliyi və ətrafdakı məkanı yaşıllaşdırma prinsiplərinə əməl etmək faydalı olacaq. Yeni tikililərin öz yaşıl dam örtüyünün olması və müvafiq sayğaclar quraşdıraraq yağış sularının yığılması tələb oluna bilər. Binalar yaşıllıq prinsiplərinə əməl edirsə, stimul vermək, əks halda isə verilən güzəştləri götürmək olar. Həmçinin xüsusi dövlət fondundan yaşıl kreditlərin verilməsi də stimullaşdırıcı tədbir ola bilər”, - deyə Bağırov vurğulayıb.

O, Danimarkanın paytaxtı Kopenhageni misal gətirib: “Əgər işçi işə maşınla deyil, avtobusla gəlirsə, bu, şirkətə müəyyən layihələrdə üstünlük verir. Onlar havaya atılan tullantılar haqqında aylıq hesabat verirlər. Bir işçi işə velosipedlə gəlirsə, onda üstünlüklər daha çox olur. Məsələn, işçi maaşını artırmaqla həvəsləndirilir və təşkilat vergi güzəştləri alır. Nəticədə daha çox insan ekoloji təmiz nəqliyyatdan istifadə edir. Dövlət ekoloji təmizliyin sərfəli olacağı qaydalar və təşviq sistemləri yaratmalıdır. Fikrimcə, yerli özəl layihələri həvəsləndirmək və onlara imtiyazlar vermək üçün fondlar açmaq, eyni zamanda onlara obyektiv nəzarət etmək daha səmərəli olardı”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Kiyevlə London arasında imzalanan yeni sənəd iki ssenaridə Ukrayna üçün əlavə bonusdur

Yanvarın 12-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevə səfər edib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra müdafiə sahəsində mühüm sənəd imzalanıb. Xüsusən də London Kiyevlə kəşfiyyat məlumatlarını bölüşəcəyini, hərbi təlimlərə kömək edəcəyini və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcəyini vəd edib.

Qısacası:

- Britaniya siyasətdə öz çəkisini gücləndirməyə çalışır. O cümlədən Ukraynanın yerləşdiyi regionda. Səfər və imzalanan sənəd ABŞ və Aİ-nin diqqəti dayanması fonunda prosesin bir hissəsi kimi vacibdir.

- Birinci bənddən irəli gələn daxili siyasi komponent - öz əhalisinə Britaniyanın öz xarici siyasət yolunun mövcudluğunu nümayiş etdirmək.

- İngilisləri Qara dənizin gələcəyi maraqlandırır. Buna görə də dənizə xüsusi diqqət yetirilir. Bizim gücümüz buradadır, çünki dənizdəki dronların konsepsiyası dənizdə müharibə baxımından yenidir.

- Danışıqlar. Bu, dondurma və ya atəşkəslə bağlı məsləhətləşmələr üçün müqəddimə idimi?

İki əsas baxış var.

Birincisi odur ki, cəbhədəki nisbətən sabit vəziyyət burada və indi müharibənin dondurulmasından danışmağa əsas vermir.

İkincisi - başa çatdırmaq üçün aydın perspektivləri olmayan uzun bir müharibə tərəfdaşları düşünməyə vadar edir: "Sonda nə olacaq?"

Hər iki tezisi bir blokda nəzərdən keçirək:

Cəbhədəki “sabit” vəziyyət həm Rusiya Federasiyasını cilovlamaq imkanlarımızın nümayişidir, həm də (təəssüf ki) dondurulma ehtimalı mövzusunu gündəmə gətirir. Xüsusilə "sabitlik" gecikirsə.

İndi bizi izləyirlər. Rusiya Federasiyasından mümkün genişmiqyaslı hücumun effektivliyini qiymətləndirirlər. Bundan sonra çox güman ki, axını çevirmək qabiliyyətimizi nümayiş etdirmək şansımız olacaq. Hətta məhdud, lakin nəzərəçarpacaq uğur belə, ya məsələni nəhayət hərbi yolla həll etmək, ya da Rusiya Federasiyasının zəif mövqeyini nəzərə alaraq danışıqlar prosesinə başlamaq üçün Ukraynaya dəstəyin artırılması zərurəti ilə bağlı tezisləri gücləndirir.

Uğur yoxdursa, müharibənin dondurulması barədə fikirlər artacaq. Bir çox format ola bilər və onlar bizim üçün çox xoşagəlməzdən olduqca sərfəli olana qədər dəyişir. Ancaq burada sual Ukraynanın döyüşmək istəyindən deyil, bir neçə aspektdən gedir:

1.Müharibə əsasən tərəfdaşlarımızın vergi ödəyicilərinin pulları hesabına aparılır. Və onun gecikməsi potensial “bərpa” büdcəsini artırır. Əgər yaxın gələcəkdə məsələnin hərbi yolla həlli şansı yoxdursa, müharibəni dondurmağın mənası var. Bu yanaşma Aİ ölkələri və ABŞ-ın birbaşa və ya dolayı yolla iştirak etdiyi əksər hərbi münaqişələrdə nümayiş etdirilib.

2.“Rusiyanın qalib gəlməsinə imkan vermədilər və Ukraynanı, hətta onun bir hissəsini xilas etdilər” hekayəsi həm də tərəfdaş ölkələrin siyasətçiləri üçün öz seçiciləri üçün yaxşı “qələbə” hekayəsidir.

3.Bizim iş sahəmiz budur: “Rusiyadan sonra nə?” və ya “Rusiyanın yerinə nə?” təhlili yoxdur. Və naməlum qorxudur. Qorxu budur: "Ukraynalılar öz ölkələri ilə nə etmək fikrindədirlər?"

4.Gərginliyin əsas xətti ABŞ və Çin arasındakı rəqabətdir. Burada, Pekin Moskvanı özünə bağlamaq prosesini dönməz hala gətirməmiş Vaşinqtonun müharibəni dayandırması arzu edilir.

Nəticə: yaxın 4-5 ayda biz həqiqətən də danışıqlarda iştiraka məcbur olmayacağıq. Ancaq onlar bu barədə müxtəlif platformalarda (lakin ən yüksək səviyyədə deyil) danışmağı təklif edəcəklər (əhval-ruhiyyəni ölçəndən sonra). Bundan sonra nə baş verəcəyi yuxarıda qeyd olunan 4 məqamdan asılıdır.

Böyük Britaniya ilə adı çəkilən müqavilə isə hər iki ssenaridə Ukrayna üçün əlavə bonusdur. Tərəfdaşlara siqnal və müharibədə Ukraynaya dəstək siyasətini necə rəsmiləşdirməyin nümunəsidir. Digər tərəfdən, (danışıq ssenarisi vəziyyətində) Rusiya Federasiyasının Ukraynaya uzunmüddətli dəstəyin təminatlarının olmaması ilə bağlı tezisi üçün əlavə arqument var. Və nəhayət, daxili sahə üçün yaxşı bir siqnaldır. Prezidentin və Xarici İşlər Nazirliyi komandasının işinin nəticəsindən çox şey asılıdır.

Müəllif: İqar Tışkeviç - Ukrayna Gələcək İnstitutunun politoloqu.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
Ardını oxu...
Tarif Şurası, Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “ölüb”?

Noyabrın 15-dən çoxmənzilli binalara istilik verilib-verilməməsindən asılı olmayaraq qiymətlər əvvəllər olduğu kimi yaşayış sahəsinə uyğun yox, ümumi sahəyə uyğun hesablanır. “Azəristilik” bunu NK-nın 05.09.2023 tarixli, 303 saylı qərarı ilə izah edirlər.

Halbuki NK-nın qiymət müəyyən etmək hüququ yoxdur, ölkədə kommunal istehlak qiymətlərini İqtisadiyyat Nazirliyi yanında Tarif Şurası müəyyən edir və təbii ki, qiymətlərin artıb-azalmasına da bu Şura qərar verir. Tarif Şurasının qərarında isə istilik qiymətlərinin həcmi mənzillərin yaşayış sahəsinin kvadrat metrinə 0.15 manat müəyyən olunub. Hələ ki bu qiymətin artırılması, yaxud başqa meyarla, yəni ümumi sahəyə uyğun hesablanması barədə Tarif Şurasının qərarı yoxdur. Belə bəlli olur ki, “Azəristilik” özbaşına qiymətləri qaldırıb.

Bəs Tarif Şurası niyə susur? Bəs İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının pozulmasına niyə qiymət vermir? Yaşayış olmayan, istilik verilməyən sahəyə görə abonentdən- istehlakçıdan necə istilik haqqı tələb oluna bilər? Bəlkə bu xidmət qurumları “ölüb”, ləğv olunub? İstehlakçı hüquqlarının durumu başqa cür fikirləşməyə yer qoymur...

Məğrur BƏDƏLSOY
 

Dünyapress TV

Xəbər lenti