Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan ATACMS raketlərini aldıqlarını və artıq onlardan istifadə etdiklərini təsdiq edib.

"Ukrayna üçün çalışan və döyüşənlərə təşəkkür. Kömək edənlərin hamısına təşəkkür. Bu gün isə Amerika Birləşmiş Ştatlarına xüsusi təşəkkür. Prezident Baydenlə bizim bütün razılaşmalarımız həyata keçirilir. Çox dəqiqliklə həyata keçirilir - ATACMS-lar özlərini yaxşı göstərdilər", - Prezident ənənəvi axşam müraciətində deyib.

***

Rusiyalı təbliğatçılar Ukrayna Silahlı Qüvvələrinin guya müvəqqəti işğal olunmuş Berdyansk və Luqansk aerodromlarını Amerika ATACMS raketləri ilə vurması versiyasını təbliğ etməkdə davam edirlər.

“AzPolitika.info” bu barədə UNİAN-a istinadla xəbər verir.

Xüsusilə, «Vaqner» qrupu ilə əlaqəli olan "Grey Zone" sosial media səhifəsi Berdyansk aerodromuna hücumdan sonra tapılan parçaların fotosunu dərc edib.
Ardını oxu...
"Mövcud məlumatlara əsaslanaraq, 99% əminliklə deyə bilərik ki, düşmən susrsatları faktiki olaraq ABŞ-dan alıb və MGM-140 ATACMS taktiki raket sistemindən istifadə edib. Bu halda, zərbə ATACMS versiyası ilə həyata keçirilib: Raketi özündə birləşdirən Blok-1A (M39A1) kompleksi 200-dən 300-ə qədər M74 sursatından ibarətdir və 300 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir”, - deyə təbliğatçılar bildirir.
 
Ardını oxu...
Ukrayna Müdafiə Qüvvələrinin güclü müqavimət göstərməsi səbəbindən Rusiya qoşunları Limansky istiqamətində hücumu dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib.

Yevlaş bildirib ki, bu barədə rusların özləri dəfələrlə məlumat veriblər və onların irəliləyişinə sıx mina zonası böyük mane olur.

“Bizim bu istiqamətdə güclü möhkəmləndirilmiş ərazimiz var. Ukrayna Silahlı Qüvvələri bu susqunluğun uzun sürməyəcəyinə inanır. Çox güman ki, düşmən bu istiqamətdə hücum əməliyyatlarını bir neçə gündən sonra, bəlkə də daha tez bərpa edəcək. Ruslar indi yenidən qruplaşmaq və öz ordularını bərpa etmək üçün geri çəkilib”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib.

Teleqraf.com xəbər verir ki, Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb.

“Hərbi xidmətlərə görə”, "İgidliyə görə", “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.
 
Ardını oxu...
Qəzzadan gələn raketləri müvəffəqiyyətlə dəf etmək üçün “Dəmir Şüa” lazer raketdən müdafiə sistemindən uğurla istifadə edilir.

Yenilik dünyada ilk dəfə İsraildə tətbiq olunub.

Qeyd edək ki, İsrailin qabaqcıl “Dəmir Şüa” sisteminin dünyada analoqu yoxdur.

Onun ilk uğurlu sınaqları 2022-ci ildə keçirilib.
Qeyd edək ki, lazerlə raketlərin dəf edilməsi 3-4 dollara, “Dəmir Günbəz” raketdən müdafiə sistemilə bir raketin vurulması isə 50 min dollara başa gəlir.
Video burda:
https://t.me/aznovost/62959
Voice of İsrael
 
Ardını oxu...
Teref.az Axar.az-a istinadən xəbər verir ki, Təl-Əviv İran ərazisinə hücum etmədiyi, Fələstin müqavimət cəbhəsi özünü müdafiə edə bildiyi müddətcə, İsrailin Qəzzada mümkün quru əməliyyatına müdaxilə etməyəcəyik.

Bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi istinadən məlumat yayıb.

"İsrail İrana, onun maraqlarına və vətəndaşlarına hücuma cəsarət etmədiyi təqdirdə, İranın silahlı qüvvələri prosesə cəlb edilməyəcək. Müqavimət cəbhəsi özünü müdafiə edə bilər",- məlumatda deyilir.

Qeyd edək ki, dünya mediasında İranın İsrailin Qəzza əməliyyatına müdaxilə edəcəyi yönündə məlumatlar yayılmaqdadır.
Ardını oxu...
İran hakimiyyəti İsrailin Qəzza zolağında hərbi əməliyyatları dayandırmayacağı təqdirdə HƏMAS-a dəstək verməyə hazır olduğunu açıqlayıb. “The Jerusalem Post” yazır ki, Tehranın bu xəbərdarlığı BMT vasitəçiliyi ilə İsrailə çatdırılıb. İsrail komandanlığı İranın müdaxiləsinin Livanın cənubunda və Suriyada Hizbullah radikal qruplaşması tərəfindən müharibənin “ikinci cəbhəsi”nin açılmasından ibarət olacağını güman edir.

Şənbə günü İranın xarici işlər naziri Hüseyn Abdullahiyan Beyrutda BMT-nin Yaxın Şərqdə sülh üzrə koordinatoru Thor Vennesland ilə görüş keçirib. Bundan sonra o, HƏMAS liderlərindən biri İsmayıl Haniyə ilə görüşüb. Nazir HƏMAS-ın hücumlarını “Fələstin torpaqlarının yenidən azad edilməsi istiqamətində tarixi qələbə” adlandırıb və bu qrupla əməkdaşlığı davam etdirəcəyini vəd edib.

İranın BMT-dəki nümayəndəsi X sosial şəbəkəsindəki hesabında yazıb: “İsrailin hərbi cinayətləri və soyqırımı dərhal dayandırılmasa, BMT Təhlükəsizlik Şurasının məsuliyyət daşıyacağı genişmiqyaslı nəticələrə gətirib çıxara bilər”.

İsrail isə Qəzza zolağında HƏMAS yaraqlılarını məhv etmək üçün genişmiqyaslı quru əməliyyatına hazırlaşmağa davam edir. Bölgədə yaşayan mülki şəxslərə cənuba, Misirlə sərhədə daha yaxın ərazilərə təxliyə edilmələri tövsiyə olunur. On minlərlə insan artıq evlərini tərk edib. Misirin Qəzza zolağı ilə sərhəddə humanitar yardım aparan yük maşınlarının karvanları var, lakin Misir hələ də yeganə keçid məntəqəsini açmayıb.

İsrail bu gün yerli vaxtla səhər saat 10:00-dan 13:00-a kimi Qəzza zolağının cənubuna humanitar dəhliz açacağını bildirib.

ABŞ İsrail sahillərinə ikinci təyyarədaşıyan qrupunu göndərib.
 
Ardını oxu...
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində daha 6 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyindən açıqlama verilib.

Nazirliyin sosial media hesabında yayılan şərhdə terror təşkilatı PKK-ya qarşı əməliyyatların effektiv və qətiyyətlə davam etdiyi bildirilib.
Ardını oxu...
HƏMAS döyüşçüləri İsrailin yüksək texnologiyalı "Dəmir divarını" keçərək, 1200-dən çox israillinin ölümünə səbəb olacaq hücuma başlamazdan bir aydan az bir müddət əvvəl çox açıq şəkildə məşqlər edib.

Sentyabrın 12-də HƏMAS-ın sosial mediada yayımladığı iki dəqiqəlik təbliğat məqsədli videoda döyüşçülərinin partlayıcıdan istifadə edərək, maket sərhəd qapısını partlatdıqları, sonra isə yük maşınları ilə genişmiqyaslı hücuma keçdikləri, İsrail şəhərini, insanların kağızdan düzəldilmiş siluetlərini avtomatik silahlardan atəşə tutduqları nümayiş etdirilib.

İslamçı silahlı qruplaşmanın "Möhkəm sütun" adlı canlı atəş təlimində həmçinin zirehli geyimdəki döyüşçülərin keçən şənbə günü real ölümcül hücumda olduğu kimi, beton qüllələrin maketlərini və rabitə antenalarını məhv etdikləri göstərilib.

ABŞ ordusunun keçmiş zabiti, hazırda Vaşinqtonda qərargahlanan tədqiqat institutu olan Demokratiyaların Müdafiəsi Fondunun Hərbi və Siyasi Qüvvələr Mərkəzinin baş direktoru Bredli Bouman "Açıq şəkildə nəzərə alınmalı olan xəbərdarlıqlar və görüntülər var idi. Bəlkə də onlar götürülüb, lakin bu dəhşətli terror aktlarının qarşısını almaq üçün lazımi hazırlıqlara səbəb olmayıb" deyib.

Ardını oxu...
Associated Press agentliyi HƏMAS-ın, xüsusilə Telegram sosial media tətbiqi vasitəsilə son bir ildə yyımladığı onlarla videonun əsas detallarını araşdırıb və təsdiq edib.

Associated Press peyk görüntülərindən istifadə edərək, şəhərin maketinin Qəzza Zolağının cənub sahilində, fələstinlilərin Əl-Məvasi şəhəri yaxınlığındakı səhrada qurulduğunu müəyyən edib. Darvazada üzərində ivrit və ərəb dillərində "Horeş Yaron" yazılmış böyük bir lövhə olub ki, bu, işğal altındakı Fələstinin İordan çayının Qərb sahilindəki mübahisəli İsrail qəsəbəsinin adıdır.

Keçən il dekabrın 28-də keçirilən "Möhkəm sütun" təliminin Telegram kanalında yayımlanan başqa bir videosunda HƏMAS döyüşçülərinin qülləsindən İsrail bayrağı dalğalanan bir tankın tam ölçülü modeli ilə yanaşı, İsrail hərbi bazası kimi görünən obyektə hücumu nümayiş etdirilib. Videoda silahlıların binaların arasından keçərək, İsrail əsgərləri rolunu oynayan digər kişiləri girov götürdüyünü də görmək olub.

Beləliklə, şənbə günü səhər tezdən HƏMAS döyüşçüləri bir neçə dəqiqə ərzində Netanyahunun divarını aşa bilib. Onlar bunu nisbətən daha asan - partlayıcılardan istifadə edərək, divarda dəliklər açıb və sonra motosikletlər və yük maşınlarının keçməsi üçün həmin dəlikləri buldozerlərlə genişləndirib. Kameralar və rabitə vasitələri əl qumbaraları və mərmilərı atmaq üçün uyğunlaşdırılmış kommersiya pilotsuz təyyarələri tərəfindən bombardman edilib. Bu, birbaşa Ukraynanın döyüş meydanlarından götürülmüş bir taktikadır.
 
 
 
Ardını oxu...
İsrail düntada ilk dəfə olaraq lazer hava hücumundan müdafiə sistemlərindən istifadə edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail mətbuatı ölkənin hərbi dairələrinə istinadən məlumat yayıb.
"İsrail HƏMAS-ınölkəyə atdığı raketlərə qarşı lazer hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazırlaşır",- deyə məlumatda bildirilir.
 
Ardını oxu...
Abxaziyadakı baza Rusiya gəmilərini qəbul edə bilər, lakin yüksək keyfiyyətli xidmət göstərə bilməyəcək

Abxaziyanın qondarma rejiminin lideri Aslan Bjaniya bu yaxınlarda Rusiya Hərbi Dəniz Qüvvələri üçün Oçamçır bölgəsində daimi baza yaradıldığını bəyan edib. Ruslar Sevastopolun rus gəmiləri üçün (bütün Krım kimi) təhlükəli yer olduğunu başa düşdükdən sonra donanma üçün əlavə yerləşdirmə yeri axtarmağa qərar verdilər.

Abxaziya sahillərində dərinlik təxminən dörd metrdir və yanalmanın ön hissəsi minaaxtaran və ya qayıq kimi on kiçik gəminin yerləşdirilməsinə imkan verirdi. Sonra tədricən artırıldı. Sovet İttifaqının dağılmasından əvvəl orada patrul gəmiləri briqadası yerləşirdi. Sonradan Gürcüstan müstəqil olduqdan sonra iki il ərzində oradan gəmilər Volqa sahilindəki Kaspiysk şəhərinə qovuldular. Rusiyanın Xəzər flotiliyasının əsas bazası məhz orada yerləşirdi.

Bir müddət Oçamçır yaxınlığındakı yer heç bir şəkildə inkişaf etmədi. Amma 2008-ci ildə altı günlük müharibədən sonra Abxaziya Gürcüstanın nəzarətindən çıxanda ruslar öz məqsədləri üçün yenidən bu bazanı bərpa etməyə başladılar. Rusların baxışına görə, mənim anladığım qədər, orada hətta desant gəmiləri və qayıqları da yerləşə bilər. Bu məqsədlə 2017-ci ildə bu bazanın yenidən qurulması qərara alınıb. Xüsusilə dibdərinləşdirmə işləri aparılıb. Uzun yanalma cəbhəsi yaratdılar: "Moskva" kreyseri ora girə bilərdi. Lakin orada kiçik gəmilər - minaaxtaran gəmilər və korvetlər yerləşirdi. Onlar indi də orada yerləşiblər.

Ukraynadan Novorossiyskə qədər 750 kilometr, Novorossiyskdən isə Abxaziyadakı bu bölgəyə qədər hələ kifayət qədər uzun bir yol var. Yəni Ukrayna müdafiə qüvvələri bizim indi istifadə etdiyimiz silahları Rusiya gəmilərinə qarşı istifadə edə bilməyəcək. Oraya nə pilotsuz təyyarələr, nə də raketlər çata bilir. Bunun üçün F-16 kimi təyyarələr, raket qayıqları və ya daha uzun məsafələrə malik dronlar lazımdır.

Eyni zamanda, bu baza nöqtəsinin Ukraynadan kifayət qədər uzaqda olması Rusiya gəmilərinin bizə qarşı istifadəsinin səmərəliliyini də aşağı salacaq. Təbii ki, oradan raketlər ata biləcəklər, lakin bütün Ukraynanı yox, müəyyən hissəni vura biləcəklər. Rusiyanın hansısa məqsədlər üçün minaaxtaran gəmilərdən və ya desant gəmilərindən istifadə ehtiyacını götürsək, sahilimizdən uzaq olduğuna görə keçid üçün əlavə vaxt tələb olunacaq. Bəlkə də bir gün. Çünki bu gəmilər sürətli deyil.

Orada nə tikiləcəyindən asılı olaraq - bir növ yataqxanalar, emalatxanalar, maddi-texniki təchizat və ya silah anbarları, bəlkə də bir növ avadanlıq parkı, əgər desant gəmilərindən danışırıqsa - ən azı 100-200 milyon dollar investisiya lazım gələcək.

Bundan əlavə, Abxaziyadakı baza Rusiya gəmilərini qəbul edə bilər, lakin yüksək keyfiyyətli xidmət göstərə bilməyəcək. Orada yanalma körpülərinin olmasına və dərinləşdirmə işlərinin başa çatdırılmasına baxmayaraq, deyə bilərik ki, onlar Rusiya Qara Dəniz Donanmasının gəmilərinin mövcudluğunu dəstəkləməyə hazır deyil.

Müəllif: Andrey Rıjenko - Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan birinci dərəcəli kapitanı.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 

Dünyapress TV

Xəbər lenti