Ardını oxu...
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, rus işğalçılarının cəbhənin müxtəlif bölmələrində ayrı-ayrı əməliyyatlar keçirmək üçün kifayət qədər qüvvəsi var. Belə ki, Hazırda Ukraynanın işğal olunmuş ərazilərində 400 mindən çox Rusiya hərbi qulluqçusu var.

“Əlbəttə, bu, kifayət qədər böyük şəxsi heyətdir, bir çox cəhətdən müasir ordu adlandırıla bilməyən bir ordu ilə məşğul olmağımıza baxmayaraq, çoxlu sayda silah, xüsusən də zirehli texnika və aviasiya var. Bütün bunlar istifadə olunur. Ona görə də düşmən, əlbəttə ki, təhlükəli olaraq qalır”, - Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi “Kiyev 24” telekanalının efirində deyib.

Bundan əlavə, Rusiya səfərbərlik fəaliyyətini davam etdirir. Yusov vurğulayıb ki, onlar yay boyu dayanmayıblar.

"Ona görə də düşmənin ukraynalıların qabağa getməsini və onları nokauta salmasını gözləyəcəyini düşünmək, yəqin ki, bizim tərəfimizdən yanlış olardı. Heç kim belə düşünmürdü də. 2022—ci ilin fevralındakı ssenarinin təkrarlanmasından söhbət gedə bilməz. Ayrı-ayrı istiqamətlərdə düşmən hücum əməliyyatları keçirməyə çalışmağa davam edəcək”.
 
 
 
Ardını oxu...
Çin Fələstin-İsrail münaqişəsinin daha da genişlənməsi riski səbəbindən Yaxın Şərqə altı hərbi gəmi göndərib.

Məlumata görə, əməliyyat qrupuna freqat və inteqrasiya olunmuş təchizat gəmisi də daxildir.

Bundan əvvəl Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Çjun bildirmişdi ki, Pekin regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır.
Mənbə: aif.ru
 
Ardını oxu...
"Patrul xidməti" qərarı ilə ruslar özlərinin vəziyyətini daha da pisləşdirirlər

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası X47 M2 “Xəncər” hipersəs raketlərini daşıyan MiQ-31K təyyarələrini Qara dəniz üzərində hava məkanında patrul xidməti üçün istifadəyə verməyi planlaşdırır. Xatırladım ki, MiQ-31K eyni tipli təyyarədir ki, Ukrayna səmasında mütəmadi uçuş edirik və dərhal hava hücumu siqnalı verilir. Ona görə də, bu məsələdə Kiyev üçün heç nə dəyişməyəcək.

Təhdid baxımından heç nə dəyişməyəcək, çünki X47 M2 “Xəncər” raketi minlərlə kilometr uça bilir. Ona görə də Xəzər dənizinin üstündən atsınlar, ya Qara dənizin üstündən, ya Belarusun üstündən, ya Voronej bölgəsindən (və bu Voronejə düşəcək), fərqi yoxdur. Təhlükə eynidir və hava hücumu xəbərdarlığı həmişə səslənəcək.

Rusların bu təyyarələrin marşrutunu dəyişməsi Ukrayna əhalisinə müstəsna olaraq mənəvi-psixoloji təzyiqdir. “Xəncər” raketləri azdır. Ona görə də hər dəfə təyyarələri qaldıranda onlardan istifadə etməyəcəklər. Bununla belə, burada başqa bir məqam da var. Bu güman edilən patrul Rusiya təyyarələrinin resursunu tükəndirəcək. Çünki MiQ-31, birincisi, Rusiyada otuz ildən çox istehsal olunmayan bir təyyarədir. Sahib olduqları bütün donanma daimi texniki qulluq və təmir altında saxlanılır.

Yeri gəlmişkən, hər MiQ-31 “Xəncər” daşımır. Onlar modifikasiyadan keçir. Səhv etmirəmsə, rusların “Xəncər”ləri daşıyan MiQ-31 donanmasının iki eskadronu var və bu təyyarələrin bəziləri artıq bu gün təmir olunur. Çünki onlar Ukraynada hava hücumu xəbərdarlığını işə salmaq üçün hər gün Belarusda “tamaşa” düzənləyəndə, stansiyaların resursu tükənmişdi. Onlardan bəziləri yüksəliş nümayiş etdirməyə başladılar. Ona görə də, bu "patrul xidməti" qərarı ilə ruslar özlərinin vəziyyətini daha da pisləşdirirlər.

Rusların əlində hələ də “Xəncər” daşımaq üçün dəyişdirilə bilən MiQ-31-lər var. Lakin onlar MiQ-31-lərin istehsalını sıfırdan bərpa edə bilməyəcəklər. Bu təyyarələrə Sovet İttifaqının digər ölkələrində istehsal olunan bəzi hissələr daxildir. Və onların indi istehsal xətləri yoxdur. Nəhayət, T-80 tanklarının istehsalını bərpa edə bilmirlər, amma burada MiQ-31 kimi avadanlıqlar var. Ona görə də bu onlar üçün böyük problemdir.

Müəllif: Aleksandr Kovalenko – Ukrayna İnformasiya Müqaviməti qrupunun hərbi-siyasi müşahidəçisi.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra yaraqlılarda gizli hərbi sənədlər və müxtəlif növ silahlar aşkarlanıb.

Sozcu.az xəbər verir ki, “Washington Post” qəzeti yaraqlılardan tapılan sənədləri nəzərdən keçirib. Silahların üzərində olan təlimatlarda onların Şimali Koreya istehsalı olduğunu dair sübutlar var. Söhbət Şimali Koreyanın F-7 reaktiv yaylım atəşi sistemlərindən gedir.

Pxenyan isə öz növbəsində HƏMAS-a silah tədarükünü rədd edib.
 
Ardını oxu...
Oktyabrın 7-dən indiyə kimi İsrailə xaricdən min ton silah və sursat gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu vaxt ərzində İsrailə 45 təyyarə avadanlıq daşıyıb.

Qeyd edək ki, bunlardan 2 sursat və zirehli texnikadan ibarət hərbi yük təyyarəsi Vaşinqton rəhbərliyinə aiddir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
 
Ardını oxu...
Ukraynada hərbi hissələrin almalı olduğu humanitar yardımın üçdə biri yoxa çıxıb.

Teref.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük İdarəsi məlumat yayıb.

"2023-cü ilin əvvəlindən hərbi obyektlərə humanitar yardımın göndərilməsi ilə bağlı 9000 hadisə yoxlanılıb.

3000-dən çox halda yardımın hərbçilərə çatdığını təsdiqləmək mümkün olmayıb", - açıqlamada deyilir.
 
Ardını oxu...
NATO ölkələri regionda sualtı infrastrukturun zədələnməsindən sonra Baltik dənizində patrulların sayını artırır.

Bakıvaxtı.az bildirir ki, bu barədə alyansın press-relizində deyilir.

"Gücləndirilmiş tədbirlərə əlavə müşahidə və kəşfiyyat uçuşları, o cümlədən dəniz patrul təyyarələri, AWACS təyyarələri və dronlardan istifadə daxildir", - mətndə deyilir.

Qeyd olunur ki, NATO Baltik dənizindəki müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq.
 
Ardını oxu...
"Əl-Qəssam Briqadaları" (Fələstin HƏMAS hərəkatının hərbi qanadı ) Livandan İsrail ərazisinə hücumlar həyata keçirdiklərini etiraf ediblər .

Teref.az xəbər verir ki, bu barədə qrupun yaydığı məlumatda deyilir.

"Əl-Qəssam" Livanın cənubundan İsrailin şimal bölgəsi olan Qalileyə atılan 30 raketin məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Oktyabrın 19-da İsrail Müdafiə Qüvvələri (IDF) Livandan raket hücumlarının edildiyini bildirib. İsrail ərazisinə doğru iyirmiyə yaxın raket atışı qeydə alınıb. İDF isə cavab zərbələri endirib./publika.az
 
Ardını oxu...
İsrail müdafiə ordusu HƏMAS-ın iki yaraqlısının söhbətini tutub və yayımlayıb. Onlar Qəzzada
xəstəxanaya düşən raketin fələstinlilər tərəfindən atıldığını müzakirə edirlər
Sosial şəbəkələrdə yayımlanan audio fraqmentdə HƏMAS-ın iki yaraqlısının söhbəti verilib.
Onlar ərəb dilində danışırlar, onların nitqi subtitr ilə ingilis dilinə tərcümə olunur.
— Sənə deyirəm, ilk dəfədir ki, belə raketin düşdüyünü görürük, ona görə də deyirik ki, bu,
Fələstinin “İslam cihadı” raketidir.
– Bu, bizdəndir?
– Elə görünür.
– Bunu kim deyir?
– Onlar deyirlər ki, raket mərmisi yerlidir və İsrail mərmisinə bənzəmir.
– Allahım, partlamağa başqa yer tapmadı?
– Onu xəstəxananın arxasındakı qəbiristanlıqdan atıblar. Çalışmayıb və xəstəxanaya düşüb.
– Orada qəbiristanlıq var?
– Hə, elə, bu ərazidə.
Bundan əlavə, İsrail müdafiə ordusu zərbədən əvvəl və sonra xəstəxananın ətrafındakı ərazinin
videosunu yayımlayıb. Kadrlarda xəstəxananın yanında avtomobillərin park yeri, orada isə
yanmış avtomobillər görünür. Videodakı yazıdan bəlli olur ki, bura raket düşdükdən sonra
partlayışın baş verdyi yerdir. Videoda xəstəxananın damındakı mərmi də qeyd olunub.
Növbəti kadrda müqayisə üçün raket zərbəsindən qalan krater göstərlir. Xəstəxana ərazisində
kraterin görünən izləri yoxdur. İsrail hərbçilərinin sözlərinə görə, raket birbaşa xəstəxanaya
düşməyib.
Qəzzada “Əl-Əhli” xəstəxanasına raket zərbəsi ötən gün axşam endirilib. Fələstin Muxtariyyəti
Səhiyyə Nazirliyi zərbədən dərhal sonra 500 nəfərin öldüyünü bildirib. Daha sonra Al Arabiya
telekanalı bildirib ki, ölənlərin sayı 800 nəfərə çatıb.
Çərşənbə günü brifinqdə SAXAL nümayəndəsi Daniel Haqari bildirib ki, ötən gün saat 18:59-a
yaxın xəstəxananın arxasındakı qəbiristanlıqdan “İslam cihadı” tərəfindən 10-a yaxın raket atılıb.
“HƏMAS əslində baş verənləri gizlətmək üçün qlobal media kampaniyası başlatmağa qərar
verib. İşi o dərəcəyə çatdırıblar ki, hətta qurbanların sayını şişirtməyə başlayıblar”, – Haqari
deyib.
Turan
Ardını oxu...
İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Aharon Xaliva HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı hücuma keçməsinə imkan verən səhv hesablamalara görə məsuliyyəti öz üzərinə götürüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda o tabeliyində olanlara müraciətində deyib.

“Ən vacib tapşırığımızı yerinə yetirməmişik. Rəhbər kimi bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Son 11 gün ərzində hərbi kəşfiyyat bölmələrinə səfərlərim zamanı hər zaman müharibənin başlanmasının kəşfiyyat uğursuzluğu olduğunu vurğulamışam. Nəyi araşdırmağa ehtiyac var, biz dərindən və hərtərəfli araşdıracağıq. Amma indi yalnız bir vəzifə var – mübarizə aparmaq və qalib gəlmək”, – general-mayor bildirib.
 

Dünyapress TV

Xəbər lenti