Azərbaycanda gizli qumar şəbəkəsi: Yusif-Ələddin-Murad triosu və restoranlar şəbəkəsi…
 
 

İllər öncə paytaxtımızın ən gur yerləri (“Nərimanov”, “Gənclik”, “Əcəmi” və “Elmlər Akademiyası” metrosuna yaxın yerlər) qeyri-qanuni mərc oyunları üçün “münbit” məkanlar idi. Günün günorta çağı az qala məmə yeyəndən pəpə yeyənə hamı mərclərə girişir və xöşbəxtliyi onda axtarırdılar. 1995-ci ildən etibarən qurmarxana tipli oyun zallarının fəaliyyəti qanunla qadağan edilib. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Amma cumhuriyyet.az olaraq araşdırmalarımız onu göstərir ki, “Topaz”ın gəlişi ilə açıq məkanlarda fəaliyyətlərini “donduran” “mərcovşiklər” başqa üsullara əl atdılar və öz bazarlarının dağılmasına imkan vermədilər. Amma qumar oyunlarının bu gün virtual məkanda mövcudluğu da heç kimə sirr deyil. Belə ki, son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edir, hətta məşhurların da adından istifadə edirlər.

 
Bəxt çarxını fırlatmaq tələsinə internetdəki “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi təşviqedici reklamlar üzərindən düşmək su içmək qədər asandır. İnternetdə “MostBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları yetərincədir. İstifadəçi bu platformalara pul köçürərək, mərc etməyə başlayır. Qalanı isə texniki məsələdir. Pullar xaricdəki hesablara gedir və azart həvəskarı çox vaxt da udmuş olsa belə, hesabında olan pula sahib çıxa bilmir. Təhlükəsizlik məsələləri ilə əlaqəli hesabdan pul çıxarılması bloklanır. Belə saytların internetdə geniş yayılmasının da səbəbi sadədir. Dünyanın dörd bir tərəfindən axan pullar hesabına geniş reklam kampaniyası aparılır, aylıq reklam müqabilində səhifələrə müəyyən məbləğdə pul ödənilir. Heç bir yerdə qeydiyyatı olmayan, məsələn, Rojbet, Qazanbet və s. saytlar vasitəsilə daimi müştərilərini başına cəm edən “Qara bazar” rəhbərləri çox keçmədən istəklərinə çatdılar. Əslində bu istəyin gerçəkləşməsini zəruri edən səbəblərdən biri də, Topazın oyunlara qoyduğu aşaı kofisentlər idi… Rojbet və Qazanbetin başında duranlar qazandıqları haram pullar vasitəsilə özlərinə işçi tutur və bu işçilərin əsas vəzifəsi əhalinin sıx yerləşdiyi (əsasən çayxanalar) məkanlarda asanlıqla müştəri toplamaq idi… Oyunçular arasında “Yaşıl sayt” kimi tanınan “Qazanbet”in bu cəhətdən işləri çox rəvan gedir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda saytın başında əslən şəkili olduğu deyilən Yusif, Ələddin və Murad adlı trionun durduğu aydınlaşıb. Araşdırmalarda “Nuxa” və “Medalyon” restoranlar şəbəkəsinin də adı keçir. Ev eşiyini, maşınını, son qəpiyini satıb yusifkimilərin varlanmasına səbəkar olan yazıq oyunçular(kütlə) üçün bu mərəzdən qurtulmağın yolu demək olar ki, yoxdu. Uduzduğu pulları qaytarmaq üçün dəfələrlə cəhd edən oyunçu onu gözləyən fəlakətin fərqində olmur. Birbaşa insanın psixolojisinə hesablanan və onun beynini “yeyən” bu oyunlar(futbol, tennis, basketbol, voleybol, eyni zamanda, müxtəlif kazino oyunları)günü bu gün də meydan sulamaqdadır. Açıq məkanlarda qanadları qırılan oyun dəllalları internet üstündən öz müştərilərini talanaqda davam edirlər. Milliön, E manat vasitəsilə pulları qəbul edən “mərcovşiklər” kart kodlarını nədənsə, tez-tez dəyişirlər. Səbəbini çox yaxşı anlayırıq. Hüquq-mühafizə orqanlarını azdırmaq üçün atılan addımlardı. Əlimizdə bunu isbatlayan kifayət qədər faktlar var. Hətta oyun mərəzindən xilas olmağı bacarmayıb intihar yolunu tutanların həyat hekayəsinin bütün çalarları önümüzdədi. Növbəti yazımızda qeyri-qanuni mərc oyunlarında 100 minlərlə uduzmuş insanları danışdıracaq, onların başına açılmış oyunlardan, qəsdən necə uduzdurulmaqlarından bəhs edəcək, ilginc faktları ortalığa qoyacağıq…

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti