Lənkəran Dövlət Universiteti: -
Lənkəran Dövlət Universitetinin feysbuk səhifəsində bufetlərin bağlanması məsələsi ilə əlaqədar növbəti paylaşım edilib.
Yeniavaz.com xəbər verir ki, paylaşımda bildirilib:
“Hörmətli səhifə izləyiciləri! Lənkəran Dövlət Universitetinin rəsmi facebook.com səhifəsinin administratorluğu bildirir ki, səhifədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran Dövlət Universitetində aparılmış yoxlamalarla bağlı məlumat səhifəyə kiber hücum nəticəsində yerləşdirilib və unversitetin rəsmi mövqeyini əks etdirmir. Hazırda həmin insidentlə bağlı araşdırma aparılır və yaxın zamanda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.


***13:14
Lənkəran Dövlət Universitetinin (LDU) tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri martın 15-dən etibarən fəaliyyətlərini dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, buna səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi (QTALb) tərəfindən adı çəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir:
“Halbuki, universitet 26 dekabr 2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət edib və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv edib. Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra QTALb tərəfindən əsassız və qərəzli yoxlamaların sayı artmış və nəticədə universitet korpuslarda fəaliyyət göstərən kafeləri bağlamaq məcburiyyətində qalıb.
Sual oluna bilər: QTALb ən azından hamımızın b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_3.png ilə birləşdiyini görmürmü QTALb? İndiyə qədər QTALb hansı ərzaq istehsal edən və ya satan müəssisənin əməkdaşlarının tibbi müayinədən keçməsini tələb edib? Niyə QTALb Lənkəran şəhərinə verilən içməli suyun tərkibi ilə heç maraqlanmır da? Bəlkə siz deyəsiz, əziz tələbələr? Çoxunuz marketlərdə, restoranlarda, şadlıq saraylarında fəaliyyət göstərirsiniz və oralardakı vəziyyəti çox da yaxşı bilirsiz. Bəli, QTALb-nin bu və bu kimi digər biabırçı hallara, vəziyyətə göz yummasının səbəblərini biz yaxşı bilirik.
Bu gün universitet tələbədən qeyri-qanuni heç bir ödəniş (rüşvət, filan) tələb etmir və QTALb-nin də qeyri-qanuni tələblərini rədd edib, bundan sonra da edəcək. Amma bununla yanaşı onu da deməyi özümüzə borc bilirik ki, universitet bütün nəzarət və təftiş qurumlarının, eləcə də QTALb-nin də qanuni tələblərini həmişə icra edib və bundan sonra da edəcək.
Əlavə olaraq onu da bildirək ki, universitetin tədris korpuslarında fəaliyyət göstərən kafelər fərdi sahibkarla Respublika Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. LDU bu məsələdə yalnız vasitəçi kimi çıxış edir”. //Yeniavaz.com//
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678797040_2.png
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti