“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs (MEDİA Agentliyi) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “RG GROUP COMPANY” MMC (VÖEN – 1007663201) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, MEDİA Agentliyi media sahəsinin inkişafı prosesində gənclərin fəal iştirakının təmin edilməsi, onların bu sahəyə dair biliklərə yiyələnməsi, həmçinin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi istiqamətində təşkil ediləcək tədbirlər üçün “RG GROUP COMPANY” MMC-yə 142 min 903 manat 90 qəpik ödəyəcək.

Qeyd olunan tədbirlərin təşkili məqsədilə “RG GROUP COMPANY” MMC müxtəlif məhsullar (bloknot, çanta, qələm, rozet, kepka, gödəkçə və s.) hazırlayacaq, həmçinin müxtəlif xidmətlər ( foto-video çəkiliş, çay-qəhvə, icarə və s.) göstərəcək.

Məlumat üçün qeyd edək ki, “RG GROUP COMPANY” MMC tender elanından 6 ay əvvəl – 30.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mirmahmud Kazımovski ev 56, m. 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mehrəliyev Rəşid Əfqan oğludur.

“RG GROUP COMPANY” MMC ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, açıq internet resurslarında bu adda şirkətin avtomobillər üçün motor yağları satdığı qeyd olunub. Məsələn, “Facebook”da “RG Group Company” adlı səhifə var və həmin səhifədə “rggroup.az” saytına keçid qoyulub. Qeyd olunan veb-saytda da şirkətin adı “RG Group” olaraq göstərilib.

Özünü “RG Group” kimi təqdim edən şirkətlə əlaqə saxladıq və məlum oldu ki, bu şirkətin rəsmi adı “ARG Group” MMC-dir (VÖEN – 1406279661). Şirkətdən bildirdilər ki, “Facebook”dakı səhifə və veb-sayt MMC dövlət qeydiyyatına alınmazdan əvvəl açılıb. Lakin dövlət qeydiyyatına alınan (20.12.2022-ci il) zaman məlum olub ki, “RG Group” adlı MMC artıq mövcuddur. Belə olan halda MMC-nin adını “ARG Group” olaraq dəyişdiriblər. “ARG Group” MMC-nin direktoru bizimlə söhbətdə onu da qeyd etdi ki, yaxın zamanda müvafiq dəyişikliklər ediləcək.

 
smartbee.png
 
 
 
 
 
Ad - 00:28

MEDİA Agentliyindən 145 min manatlıq tender müsabiqəsini udan “RG GROUP COMPANY” MMC barəsində isə açıq internet resurslarda heç bir məlumat yoxdur. Belə görünür ki, bu addan başqa bir şirkətin (ARG Group-un) istifadə etməsi də MMC rəhbərliyini narahat etmir.

Rəsmi saytı, sosial şəbəkə hesabları olmadığı üçün tender elanından cəmi 6 ay əvvəl yaranan “RG GROUP COMPANY” MMC-nin daha əvvəl analoji sahədə hansı fəaliyyətinin olduğu barədə də məlumat almaq mümkün deyil.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır…

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti