Ən balaca rayonun ƏN BÖYÜK PROBLEMİ
“Rayonumuzun 15 min əhalisi vardı, indi 3 min nəfər qalıb, bu gedişlə yaxın vaxtlarda insansız yaşayış məntəqəsinə çevriləcək”.

Ovqat.com-a SOS siqnalına bənzəyən bu şikayət məktubu Sədərəkdən göndərilib.

Qeyd edək ki, Sədərək Azərbaycanı Türkiyəyə birləşdirən nöqtədə yerləşir. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Bu baxımdan olduqca geosiyasi əhəmiyyətə malikdir. Onun bu geosiyasi əhəmiyyətini nəzərə alan Azərbaycan SSR Ali Soveti hələ 1990-cı ilin avqustun 28-də Sədərəyə rayon statusu vermişdi. Gözlənilirdi ki, Sədərək rayona çevrildikdən sonra böyüyəcək, ölkəmizin ən önəmli iqtisadi bölgəsinə və istehkam qalasına çevriləcək. Təəssüf ki, Sədərək rayona çevrildikdən sonra gözlənilənin tam əksinə proseslər getdi. Naxçıvan Muxtar Respublikası və yerli hakimiyyət başçılarının diqqətsizliyi nəticəsində rayon əhalisi getdikcə öz yurd-yuvalarını tərk edib başqa ölkələrə qaçdı. Beləcə, 15 min nəfərlik Sədərək rayonunda hazırda, iddialara görə, cəmi 3 min adam qalıb. Kənd sakini Vidadi Rzayevin redaksiyamıza göndərdiyi məktubda bildirdiyinə görə, xüsusilə yerli rəhbərliyin qohumbazlığına və korrupsionerliyinə son qoyulmasa, yaxın zamanlarda Sədərək ümumiyyətlə insansız yaşayış məntəqəsinə çevriləcək.

Sədərəyin strateji əhəmiyyətini nəzərə alıb şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.

Salam, Heydər bəy!

Mən Rzazadə Vidadi Zeynal oğlu, Sədərək rayon sakini kimi kəndimizin problemlərini sizin vasitənizlə paylasmaq istəyirəm. Ulu öndər rəhmətlik Heydər Əliyev Sədərək haqqında belə demişdir: “Sədərək Naxçıvanın qeyrət qalasıdır”.

Amma hazırda Sədərək rayon icra başçıları o qalanı dağıdırlar. İstər bugünkü, istər bundan əvvəlki icra başçıları qohum-əqrabalarını başlarına toplayıb savadlı-savadsız işlə təmin edırlər. Rayonun imkanlarından oz dədələrinin malı kimi istifadə edirlər. Bu amansız istismarın nəticəsində Sədərək kəndində 15 min əhalidən 3 min qalmayıb, hamı kəndi tərk edib və edir. Bu gedişlə yaxın zamanlarda Sədərək tamamilə tərk edilmiş kəndə çevrilə bilər.

Halbuki Sədərək Azərbaycanımızın ən strateji bölgəsidir, Turan Yolu bu kənddən başlayır. Bu qədər strateji əhəmiyyətinə və Naxçıvanın ən böyük kəndlərindən biri olmasına baxmayaraq, Sədərəkdə yerli rəhbərliyin səhv, bəlkə də məqsədyönümlü siyasəti nəticəsində həyat şəraiti günü-gündən pisləşir. Kəndimzə 10 ildir içməli su çəkilir, amma hələ də yarımçıq qalıb, yollar bərbad gündədir. Əkin-biçin sahələrindən isə heç danışmağa dəyməz. Martın 10-dur suvarma suyumuzu indiyədək verməyiblər. İcra başçısı ancaq pul yığır, 480 hektar bələdiyyə torpağını verib oz qohum-əqrabası əkir .

Sədərək balaca yer olmasına baxmayaraq rayon statusu daşıyır. Burada çoxlu idarə və təşkilatlar var, orda olan iş yerlərində işləyə bilmək üçün gərək ya icrada adamın, ya da pulun ola.

Hörmətli Ali baş komandan Cənab İlham Əliyevin Naxcıvanımıza təyin etdiyi xüsusi Nümayəndə Fuad Nəcəfli rayonumuza gəlmişdi, hamını bir-bir qəbul edib dinləyirdi, biz də dərdinizi deyirdik. Amma icra başçısı bizim Fuad Nəcəfliyə dediyimizin əksini bildirir, bizi yalançı çıxartmağa çalışırdı. Buna nə ad vermək olar, bilmirəm. Amma Ali baş komandan həmişə çıxışlarında icra başçılarına həmişə xəbərdarlıq edib tapşırır ki, insanların qeydinə qalın, dərdlərini dinləyin, vəzifənizdən sui-istfadə etməyin. Sizi vəzıfəyə mən təyin edirəm mən də cıxardıram. Sədərəyin icra hakimiyyəti isə Cənab Prezidentin tapşırıqlarının əksinə gedərək, öz bildiklərini edir.

Hörmətli Heydər Oğuz bəy, sizdən artıq dərəcə xahiş edirəm, mənim yazdıqlarımı işıqlandırasınız. Telefon nömrəmi də paylaşasınız ki, iradı, sözü olan sizi narahat etməsin, birbaşa mənə zəng vursun: 077 545 79 43.
Hörmətlə, Vidadi Rzazadə.

HEYDƏR OĞUZ - OVQAT.COM

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti