1623224526_1.jpg

 

""Konstra" MTK-nın sahibi, hazırda Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasov mənzilimi mənimsəyib, həmin binada aldığım evi mənə verməkdən imtina edir". Xeberfakt.az-a daxil olan çoxsaylı şikayətlərə görə, mənzil alıb aldadılan vətəndaşar haqlı olaraq etiraz edir. Bakının Nəsimi rayonu Mövsüm Sənani 13/15 ünvanında (Azərbaycan Tibb Universitetinin yaxınlığı) yerləşən "Konstra" MTK 169 vətəndaşı aldatmaqda ittiham olunur. b_400_300_16777215_00_https___arqument.az_file_pic_xeber_2021-06_1623192898_7.jpgBir neçə ildir məsələ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Bu barədə binadan ev alan Etibar Əliyev, Bəxtiyar Əmirov, Günay Rəhimova, Araz Bayramzadə, (etibarnamə ilə Cəlilov Bəxtiyar), Kənan Cuvarov, Bilal Hacıyev və digər vətəndaşlar da aldanıldılarını deyirlər.  "Əvvəl bizə deyirdilər ki, sizin ödədiyiniz pulu qaytarırıq, "kotlavan"dan ucuz satmışıq, indi baha qiymətə satmaq istəyirik. Onlar mənzilləri bizə satdıqları qiymətdən baha satmaq, ödədiyimiz məbləği qaytamaq istəyirdilər. Hələ o da bəlli deyil ki, həmin pulu bizə qaytaracaqdılar, ya yox... Məsələ ondadır ki, binanı bizim pulumuzla tikiblər, çünki biz pulu "kotlavan"dan ödəmişik. Amma indi ümumiyyətlə, mənə mənzil verməkdən imtina edirlər və bu işin başında da Bəhram Abbasov dayanıb".b_400_300_16777215_00_https___arqument.az_file_pic_xeber_2021-06_1623192829_8.jpgŞikayətçilər onu da bidirib ki, şirkət onlara şərt qoyur, razılaşmayacağı təqdirdə hədələyir: "İşi aparan müstəntiq Emin Cahangirov da şirkətin tərəfini saxlayır. Mənə deyirlər ki, 3 il öncə aldığın qiymətlə pulunu geri qaytarırır, sən də mənzillərdən imtina et, əks təqdirdə mənzilləri sənə verməyəcəyik. Açıq hədələyirlər məni. Deyirlər ki, pulunu geri qaytarırıq, razılaş. Mən də bu təkliflə razılaşmıram. Halbuki bir müddət öncə bizə demişdilər ki, sakinlərə 62 mənzil veriləcək, həmin siyahıda biz də vardıq: mən və Kənan Cuvarov. İndi məni də, onu da siyahıdan çıxarıblar. Bunu da Bəhram Abbasovla müstəntiq edib, çünki mən danışıqlarından hiss etdim ki, bunlar məni hədələyib susdurmaq istəyirlər". B. Hacıyev problemlə bağlı Baş prokurur Kamran Əliyevlə görüşəcəyini deyib. O bildirib ki, 3 il öncə aldığı mənzillərin əlindən qanunsuz alınmasına susmayacaq. Mövzu ilə bağlı Bəhram Abbasovdan münasibət öyrənə bilmədik.  b_400_300_16777215_00_https___arqument.az_file_pic_xeber_2021-06_1623192843_9.jpg2020-i il iyunun 3-də Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.b_400_300_16777215_00_https___arqument.az_file_pic_xeber_2021-06_1623192844_10.jpgRəsmi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.Sakinlər deyiblər ki, 2018-ci ildə bu şirkətdən mənzil alıblar, əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var, lakin bir müddət sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb.Onların sözlərinə görə, "Konstra" MTK-nın qanuni təmsilçisi Bəsrət Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovun oğludur.(arqument.az)
 
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti