Göyçaylı məmurla KİMSƏ BAŞ EDƏ BİLMİR?
DİA.AZ: - Göyçay rayonu Həbibi küçəsi ev 50 sakini Azadov Seymur Əlibala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edirəm.
Cənab Baş Prokuror 03 avqust 2022-ci il tarixdə Ucar rayonunda məni qəbul etdiniz.Həmin vaxt Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret subutlarla məlumat verdim.Siz Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb qanunu tədbir görməyə tapşırıq verdiniz.Ancaq üzərindən 7 ay keçsədə heç bir tədbir görülmədiyini görüb 10 fevral 2023-cü il tarixdə Kürdəmir rayonunda təkrar Sizin qəbulunuzda oldum.Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində heç bir tədbir görülməməsi barədə Sizə məlumat verdikdə Siz Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz. Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər.Hətda rayonda söz yayıldı ki, Şakir Əhmədovun tutduğu vəzifədən azad ediblər.
Ancaq indiyə qədər məni araşdırmaya çağırıb dindirməyiblər.Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər subutlar var ki, araşdırmaya təqdim edə bilərəm.Həmin subutların araşdırılmasına zərurət var.
Həmçinin Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsada yenədə işə gedib iş kabinetində əyləşib göstərişlər verir.
Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı küllü miqdarda vəsaiti talan edib, adı işdə gedib özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib, idarədə işləməyən texnikalara ehtiyat hissələri yanacaq yazılaraq mənimsənilir.Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb ancaq işə gəlmirlər.
Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyektləri icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vurub.

Cənab Kamran Əliyev Sizdən xahiş edirəm Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənimdə dindirilməyimi təmin edib ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video

Dünyapress TV

Xəbər lenti