Respublika Dəri-Zöhrəvi Mərkəzi ÖZBAŞINA QALIB?
DİA.AZ: - Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır. Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir. Məqalədə daha sonra deyilir: "Bu dəfə şikayət edən və etmədiyi dövlət orqanı qalmayan və sona qədər pozulmuş hüququnu bərpa edəcəyini bir başa baş həkim Müşfiq Zeynalovun üzünə deyib,oradan uzaqlaşan Nərmin Qəzənfərovadır.Verilən məlumatda o da bildirilir ki,Nərmin Qəzənfərova Respublika Dəri-Zöhrəvi Mərkəzində operator vəzifəsində çalışıb.Baş həkim onu operator vəzifəsindən azad edərək xadimə ştatına keçirib və o da bununla razılaşmayıb".

ƏVVƏLİ BURADA: Respublika Dəri-Zöhrəvi Mərkəzi necə başağrısına çevrilir... - İTTİHAM VAR!

Məqalədə daha sonra qeyd olunur: "O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzinin özəyini təşkil edən aptekdə vəziyyət necədir? Orada nə səbəbə ixtisaslı aptek müdiri vəzifəsindən kənarlaşdırılıb,farmatsiya üzrə işçi kimi saxlanılır,onun yerinə bu iş qeyri-rəsmi də olsa Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunub? TƏBİB-in bundan xəbəri varmı, icazə veribmi? Axı,aptek müdiri ştatında işləyən Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs olmalıdır ki,o vəzifəni daşıya bilsin.Bir ildən artıqdır ki,Nigar Əliyeva adlı həkimin aptek müdirinin işini apardığına dair mərkəzdə söz-söhbətlər dolaşır. Buna kim icazə verib,-deyə bir-birinə sual verənlər var. Çünki, mərkəzə pemfiqus dəri xəstəliyindən əziyyət çəkən pasiyentlər müraciət edir. Bu xəstəlik çox ağır dəri xəstəliyi hesab edilir.Belə xəstələrə 3-4 dəfə dərman verib, başdan eləmək həqiqətən yolverilməzdir. Hazırkı halda aptek müdirliyindən kənarlaşdırılan şəxsin,funksiyasını belə xəstələrə dərman verərkən əvəz etmək asandır ki? Təbii,bu tip suallar qaranlıq qalmış məsələlərə aydınlıq sala bilər.Çünkü dərmanlar xəstəxananın rəsmi ştatında işləyən aptek müdiri tərəfindən qəbul edilməlidir.Orada vəziyyət necədir, aptek müdiri kimdir, işindən razıdırmı,ixtisas sahibidirmi, bu tip suallara aydınlıq gətirilməsi zərurəti var.

O ki,qaldı çoxsaylı şikayətlərə bunlar baş həkim Müşfiq Zeynalovun bir qədər işçilərlə yumşaq davranmasına səbəb olub.Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev, Baş həkimin müavini Sevil Yusifova, onlardan da ötsə kadrlar şöbəsinin işçisi Nuridə Almazova (Yeri gəlmişkən Nuridə Almazova baş həkimin əsas işlərini aparmasına dair məlumatlar dolaşır) icra edir-deyə,saytlar yazmışdı.Mətbuat onu da vurğulamışdı ki, Respublika Dəri-Zöhrəvi Mərkəzində bir neçə həkim "sıxma-boğmaya" salınarkən, nə səbəbə ər-arvad, bacı-qardaş, ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir.Yəni, daxili nizamnamə yol verirmi ki, bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?!

Qeyd edək ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video

Dünyapress TV

Xəbər lenti