Alimpaşa Məmmədov Mahir Abbasovu necə aldadıb?... -
Mahir Abbasov, Alimpaşa Məmmədovun Şəmkir rayonunda yaradilmış Azfarel MMC şirkətinin layihə rəhbəri, qurucusu, icraçı direktoru və şirkətin 30/100-na şərik olmuş, Alimpaşa Məmmədovun oyununa tuş gəlmiş sahibkardir. Mahir Abbasov 2016-cı ildə öz təsərrüfatlarını, obyektlərini sataraq Alimpaşa Məmmədovla birgə biznes quraraq, şərik olmuşdular. Daha sonra Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədov şirkətin fəaliyyətinin genişlənməsini, böyük pullar qazandığımızı görən kimi, oğlu Adil Adilzadəni gətirərək mənim köməkçim kimi təqdim etmişdir. Daha sonra pulların çox qazanıldığı bir zamanda Alimpaşa Məmmədov mənə verdiyi heçbir sözün üzərində durmadı. Bunu müxbirimizlə söhbət zamanı Alimpaşa Məmmədovun şəriki Mahir Abbasov söyləyib.
Söhbət zamanı Mahir Abbasov onu da bildirdi ki, indi həmin Azfarel MMC şirkətinə çəkdiyim xərcləri və şərikliyimi tələb etdiyimdə mənə hədə qorxu gəlirlər. Mənə aid olmuş konserva zavodu, 50 ədəd üzən qəfəs, 30 ədəd inqibator aparatı, 1 ədəd buz aparatı,100 ədəd plastik hovuz, 2 ədəd avtomobili və mənə dəymiş 1 milyon 385 min manat pulu tələb edirəm. Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə Azfarel MMC şirkətində vergidən 4 milyon manatdan çox pulların gizlənilməsinin düzgün olmadığını dediyim anda mənə qarşı çıxmış, aramızda mübahisə yaranmışdır.
Azfarel MMC-nin yaradıldığı ərazi, Alimpaşa Məmmədov tərəfindən mənim xəbərim olmadan hərraca çıxarılaraq, 40 azn qiymətinə saxtalıqla satıldığının xəbərini tutdum. Mənim heç bir xəbərim olmadan alınıb satıldığının şahidi oldum. Əlavə Azfarel MMC şirkətində oğlu Adil Adilzadə tərəfindən yüzlərlə saxtalaşdırılmanın şahidi olmuşam və dəfələrlə yuxarı instansiyalara yazılı şikayətlər göndərmişəm.
Heç bir haqqım ödənilmədən, Azfarel MMC şirkətini 4 il əmək sərf edərək qurmuşam, 2 il isə Kür qəsəbəsində 40 ha suyun üzərində üzən qəfəslər qurmuşam və komanda olaraq əmək sərf etmişik. 500 min manat ödəniləcək məbləğ isə oğlu Adil Adilzadə tərəfindən istismar olunmuşdur. Mənə çatacaq vəsaitin ödənilməsi üçün Adil Adilzadə get “Atamdan al”, atasından istədiyim zaman “Ödəyəcəyik” kimi sözlərlə bizi yola verib aldatmışdır. Həmin vəsaiti tələb edirəm.
Alimpaşa Məmmədov 50 min manat dəyərində borcunun yerinə mənə bağışladığı Mercedes markalı avtomobili oğlu Adil Adilzadə 3 il sonra xəbərim olmadan etibarnaməni ləğv edərək, mənimlə prinsip aparmışdır. Alimpaşa Məmmədovun oğlu mənimlə prinsip apararaq maşınımı, bütün var-dövlətimi, şərikliyimi, uzun illərdir qazandığım 1 milyon 385 min manat pulumu dələduzluq edərək, vermirlər. Hər zaman da bildirir ki, atam çıxdıqdan sonra “özü ilə danışarsan”.
Biz bir jurnalist araşdırması apararaq, Mahir Abbasovun dilindən çıxan bütün kəlmələri olduğu kimi dərc edirik. Amma dələduzluqda ittiham olunan Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə payçının payını vermir. Ancaq onu şəriklikdən uzaqlaşdıra bilir.
Növbəti sayımızda Alimpaşa Məmmədov, oğlu Adil Adilzadə və qazanılan milyonlar yazısı dərc olunacaq. Bizi izləyin.
gundelik baki.com
 

Bölmənin digər xəbərləri

15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video

Dünyapress TV

Xəbər lenti