Goranboyda Səhiyyə İdarəsinin direktorunun bitməyən qalmaqalları... - BU NƏDİ BELƏ?
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru ilə vətəndaş arasında insident baş verib.

Yenicag.az-a daxil olan məlumatda xəstəxana direktoru Rauf Yahyayevin vətəndaşı vurması və təhqir etməsi iddia edilir.

Bu ilin fevral ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlməkdədir.

Yahyayevin ilk qalmaqalı isə təyin edildikdən iki ay sonra, aprel ayında Mərkəzi xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.

İddiaya görə, bu ilin 20 avqust tarixində Rauf Yahyayev Goranboy rayon Bolsulu kənd sakini Əliyeva Laləzəri direktor otağının qarşısında yumruqla vuraraq sağlamlığına xəsarət yetirib. Hadisəyə səbəb isə Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmova xəstəliyi ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndəriş verilməsi üçün dəfələrlə etdiyi müarciətlərə Rauf Yahyayev tərəfindən imtina edilməsinə etiraz etməsi olub. Məlumata görə, Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq baş direktor R. Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.

Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğunu DİN-in 102-xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəsətxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında müalicə olunduğu vaxt həkimlərin səhv müalicə etmələri və bununla onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.

İddia olunur ki, Rauf Yahyayevin həkim kimi vətəndaşı vurması ilk hal deyil. Belə ki, 2019-cu ildə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli şəhər xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsrət yetirib. Həmin hadisənin baş vermə səbəbi isə gözətçi Teymur Həsənovun Rauf Yayahayevə gecə vaxtı işçisi olan bir tibb bacısının evinə getməsinin yaxşı hal olmadığını deyərək, həkimin bu hərəkətinə etiraz etməsi olub.

Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanasında vətəndaşlarla dava etdiyi də deyilir.

Ancaq bütün bunlara baxmayaraq, 2022-ci ilin fevral ayında TƏBİB rəhbərliyi Rauf Yahyayevi direktor təyin edəndə nədənsə onun şəxsi işini araşdırmayıb.

Saytımıza Goranboydan daxil olan məlumatlarda həmçinin qeyd edilir ki, Baş direktor Rauf Yahyayevin müxtəlif səbəblərə görə onun qəbuluna gələn vətəndaşları təhqir edərək, onlarla kobud davranmağı artıq adi hala çevrilib.

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

 

Bölmənin digər xəbərləri

12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..

Dünyapress TV

Xəbər lenti