Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları" QSC-də yeni dönəm başlayır" başlıqlı məqalədə bir sıra məqamları önə çəkmişdik, QSC-yə yeni sədrin kənardan gətiriləcəyini vurğulamışdıq.
Məqalədən bir neçə gün sonra ölkə prezidentinin sərəncamına əsasən, Rövşən Rüstəmov quruma yeni sədr təyin olundu.
Faktinfo.az saytı hazırda onu bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-də islahatlar qaçılmaz olacaq. Orada indiki aparıcı korpusla işlənilməyəcək. Bu tədricən həyata keçirilsə belə, nəticə ilə tamamlanacaq. Hətta, aparılan müstəqil audit yoxlamalarından sonra bir sıra həbslərin baş verə biləcəyini ehtimal etmək olar. "ADY" QSC-yə təyin olunmuş yeni sədrə qarşı müqavimət, dirəniş də yersizdir. Əksnə, gözləniləndir ki, yeni sədr "Dəmir Yolu Vağzalı”nda yüksək məbləğdə icarədə olan mağazalardan gələn gəlirin hansı məbləğ həddinə qədər rəsmiləşdirilməsindən tutmuş, oradakı bütün gəlir gətirən ticarət obyektlərinə, maşınların park edilməsinə və dəmir yolunun mühafizə zolağına yaxın ərazilərdə tikilən evlərə nəyin qarşılığında yol verildiyinə qədər bütün incəlikləri həll etsin.

Faktinfo.az saytı əldə etdiyi məlumata əsasən bildirir ki, dəmir yolu sistemində uzun illər kök salmış şəxslər hardasa narahat olmağa başlayıb. Yeni sədr Rövşən Rüstəmovun maksimum səhvsiz davranacağı, heç kimə güzəştə getməyəcəyi, maliyyə, mühasibatlıq şöbələrində islahatlar aparacağı, Tikinti və İnfrastruktur Departamentlərində və s. kadr dəyişikliyinə yol verəcəyi gözlənilir. Çünki, üst səviyyədə göstərişin olduğunu nəzərə alsaq, onda buna rəğmən "Azərbaycan Dəmir Yolları" QSC-nin yaxın illərdə tədricən rentabelli bir quruma çevrilib, paralel olaraq, dövlət büdcəsindən aldığı dotasiyanın həcmini minimuma endirəcəyini təxmin etmək olar. Bu təqdirdə, kiməsə güzəştin olacağı ağlabatan görünmür. Bu halda birinci mərhələ kimi orada qohum-əqrəba idarəçiliyinin aradan qaldırılacağını təxmin etmək də mümkündür.

Elə bir az əvvəl Rövşən Rüstəmovun birdən-birə uzun illərdən bəri "ADY" QSC-nin İnfrastruktur Departamentinin rəisi vəzifəsini tutmuş Fizuli Quliyevi Elçin Zülfüqarovla əvəzləməsinin özü əsaslandırılmamış təyinata oxşamır. Çünki, İnfrastruktur Departamentində narazılıqlar olub və bu indi də var. İnfrastruktur Departamentində önəmli vəzifələri keçmiş departament rəisinin yaxın ətrafı ilə bölüşməsi buna əsas verib. Əfqan İsrafilov İnfrastruktur Departamentinə baş mühəndis təyin edilib. Bu üstünlükdən sonra Əfqan İsrafilov da Xəlil və İxtiyar adlı yaxınlarını (soyadlarını dəqiqləşdirə bilmədik) vəzifələrə yerləşdirib. Xəlil Yol Xidmətinin, İxtiyar isə Biləcəri yol Sahəsinin rəisi təyin olunublar. Beləcə, yaxın çevrə idarəçiliyi formalaşıb. Belə hallar "Azərbaycan Dəmir Yolları" QSC-nin bütün departamentlərində adi hala çevrilib, layiq oldu-olmadı qohum-qardaş işə gətirilib.

Odur ki, "ADY" QSC-nin bütün departamentlərində yerdəyişmələrin aparılacağı, təsadüfi şəxslərin qurumdan kənarlaşdırılacağı başa düşüləndir. Təbii bu islahatları "ixtisarlar aparılır" kimi tirajlayanlar olacaq, amma aparılacaq kadr dəyişiklikləri həqiqətən tərəfsiz və təmənnasız xarakter daşıyacaqsa,Azərbaycan Dəmir Yolları" QSC-nin inkişafı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında Rövşən Rüstəmovun adı ilə bağlanacaq.

FAKTİNFO.AZ
 

Bölmənin digər xəbərləri

12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..

Dünyapress TV

Xəbər lenti