Ordubadında öz "ağa"-sı varmış-
Ordubaddan yazırlar (nöqtə-vergülünə toxunmadan yayımlayıram):
Salam. Hər vaxtınız xeyir Heydər müəllim. Naxçıvan haqqında həqiqətləri üzə çıxardığınız üçün sizə minnətdarıq. Əsas odur ki Naxçıvan insormasiya blokadasından çıxdı. Qorxu hissi aradan qalxdı. Sizə təşəkkür edirik. Ama bir məsələ də var ki yerli rayon icra hakimlərinin bəziləri hələ də özlərini ağa hesab edirlər.
TEREF.AZ yazır ki, bu cümlələr ovqat.com saytının baş redaktoru Heydər Oğuza göndərilmiş şikayət məktubundandır.Şikayət məktubunda daha sonra yazırlar:
Bu qədər tənqidlərə baxmayaraq hələ də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov müəllimləri və digər idarə işçilərini zorla iməclik adı altında işlədir. 27-29 noyabr tarixlərində Elşad müəllim yenə o idarə işçilərini və müəllimləri iməclik adı ilə Xanağa kəndində işlədirdi. Özü də məcbur edir ki məktəblər otbiçən almalıdır. Özü də öz vəsaitləri hesabına. Əlavə də əkin tikin alətləri olmalıdır. Sanki bu belə olmalıdır. Ümumiyyətlə harda tikinti işi var Elşad müəllim bütün yaşıllaşdırma və budama işlərini müəllimlərə və idarə işçilərinə gördürur. Çünki Tikinti İdarəsinin rəisi olan Əkrəm adlı şəxslə əlbir olub yaşıllaşdırma və abadlaşdirmaya ayrılan pulları mənimsəyir. Bu necə illərdir belədir və davam edir. Təsəvvür edin ki müəllim əlində bel, dimiriq yol təmizləyir, zibil yığır. Bu nə deməkdir? Bəs onun təhsil verdiyi şagird ona nə qiymət verər? O sabah sinifdə necə tədris apara bilər? Şagirdə oxu deyəndə cavab verir ki oxuyub sizin kimi yollarda zibil yigacam? Bax bu müəllimə əsil təhqirdir. Peyğəmbərimiz elmi, biliyi, müəllimi müqəddəs hesab etdiyi halda bu icra başçıları müəllim adını alçaldır. İdarə işçilərinə kölə kimi baxır.
Teref.az yazır ki, şikayətçilər Heydər bəyə rayonda su idarəsində baş verən korrupsiyadan və özbaşınalırdandan şikayətlənərək yazırlar:
Rayonun su problemi başdan aşır. Çünki rayonda Vilayət adlı yalançı, fırıldaq, yaltaq bir adam su idarəsinə rəhbərlik edir. Vilayət müəllim işlədiyi müddətdə rayona toy tutdu bu dəyqə də suvarma sistemi bərbad haldadır. Prezidentin ayırdığı vəsaiti yedilər. Köhnə borularla guya rayona su çəkdilər. Bir ara Vilayət müəllim boruları satarkən də polislər tərəfindən saxlanılmışdır. Bunu eşidən oğlu Taleh birbaşa rayona gəlib məsələni həll etdi. Çünki oğlu Bakı tərəfdə yerləşən rayonların birində prokurorluq orqanında işləyir. Bundan sonra da Vilayət bu əməllərindən əl çəkmədi. Necə deyərlər kəndxudani gör kəndi çap. Axı satılan borulardan icra başçısı Elşad Məmmədovun da payı var. Ona görə də bunlara göz yumur. Əlavə də əkin vaxtı xalq əkin suyundan vaxtında istifadə edə bilmir. Çünki Elşad Məmmədov Dəstə kəndindən olan , Naxçıvan MR Ali Məclisinin deputatı Tofiq Babayevlə əlbir olub həm bələdiyyə həm də müxtəlif şəxslərə məxsus torpaqları mənimsəmişlər və orda taxıl əkini aparırlar. Ləqəbi Deputat Tofiq olan bu şəxs həm də bələdiyyə sədridir və zorla özünü deputat secdirmisdir. Daha doğrusu sifarişli seçilmişdir. Axı bilirsiz Xan həzrətləri kimi desə o deputat olmalıdır. Çünki kənar namizədin deputat seçilməyib aqibətini həmin universitet müəllimi yaşamışdır. Ona görə də hörmətli Heydər müəllim. Bu hələ Ordubad rayonunun dərslərinin az bir qismidir. Araşdırsalar nə qədər maliyyə və qanun pozuntuları olduğunu bilərlər.
Teref.az olaraq şikayət məktubunda toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dəırc edə bilərik!
Teref.az
 

Bölmənin digər xəbərləri

12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..

Dünyapress TV

Xəbər lenti