Sumqayı məktəbində MAFİOZ ŞƏBƏKƏ... -
Sumqayıtın 32 nömrəli tam orta təhsil məktəbinin sabiq direktor əvəzi Esmira İbrahimova barəsində səslənən ittihamlara münasibət bildirib. Keçmiş direktor əvəzi TİA.Az-a geniş açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, 2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb, 2018-ci ildə Təhsil Şöbəsinin sabiq müdiri Namazov Nizami onu çağırıb: “Dedi ki, 32 N-li tam orta məktəbdə direktor yeri boşdur, məktəb çox acınacaqlı vəziyyətdədir, öz nümayəndəmiz Oktay Nuriyevi 3 aydır ki, məktəbə göndərmişdik. Ancaq ona qarşı elə bir təxribat törədiblər ki, o məktəbə getmir. Mədəni surətdə 32 N-li məktəbdə quruplaşmış adamların əlindən başını götürüb qaçmışdı. Bildirdi ki, ancaq sənə güvənirəm, sən o məktəbi yığıb idarə edə bilərsən. Ancaq məktəbdə özünü qruplaşmış adamlardan gözləməlisən. Qrupun başında məktəbin direktor müavini Mahmudov Mahmud Rəhim oğlu və onun İcra Hakimiyyətindəki qohumu Səmədov Teymur Qırımxan oğlu durur. Bu qruplaşma ona görə yaradılır ki, Mahmudov Mahmud Rəhim oğlu illərdir ki, o direktor kürsüsündə oturmaq istəyir. Bu işdə ona İcradakı qohumu Səmədov Teymur Qırımxan oğlu kömək edir. İki il davamlı olaraq mənə də həmin qruplaşma tərəfindən hücumlar oldu. Ancaq mən bu qruplaşmanın planlaşdırdığı təxribatı vaxtında duyub, bu qruplaşmaya başçılıq edən Səmədov Teymur Qırımxan oğluna bildirdim. O təxribatın üstünün açıldığını görüb onları dayandırdı”.
Sabiq direktor əvəzinin sözlərinə görə, 2022-ci il mayın 1-dən Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə (Bakı Təhsil İdarəsinin müdir müavini vəzifəsindən sabiq Təhsil Naziri Ceyhun Bayramov tərəfindən rüşvətxorluq üstündə qovulan) Abdullayeva İlhamə Sarif qızı təyinat alıb: “İlhamə Abdullayeva, müavini Abbasov Ramin Əfsər oğlu və İcra Başçısının birinci müavini Səmədov Teymur Qırımxan oğlu ilə birləşərək məktəblərdə, bağçalarda rüşvətxorluq fəaliyyətlərini davam etdirdilər. Onlara pul verməyən şəxslərə şantaj dolu, qərəzli, planlı rollu oyunlar düzəltdilər.
Nəzərinizə çatdırım ki, mən 2018-ci ildən 32 N-li məktəbdə direktor əvəzi kimi fəaliyyətə başlayanda məktəb binası çox bərbad vəziyyətdə idi. Məktəbdə təhsildən savayı hər şey baş verirdi. Müəllimlər yuxarı siniflərdə dərs keçməyə şagird tapmırdılar. Bir sözlə, məktəbdə özbaşınalıq baş alıb gedirdi. Şagirdlər dərs vaxtını dəniz qırağında keçirirmişlər. Bunların hamısını mən böyük çətinliklərlə düzəltdim. 545 şagirdi artıq 1000-ə çatdırmışdım. 19.09.2022 (yəni hadisənin baş verdiyi tarixdən 3 gün qabaq) məktəbin bir müəllimi mənim otağıma daxil olaraq bildirdi ki, direktor müavini Mahmudov Mahmud Rəhim oğlu ona hücum edib ki, burda direktor artıq mən olacağam. 19.09.2022- ci il tarixdə yəni, 1-ci gün İlhamə (Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri Abdullayeva İlhamə Sarif qızı) öz komandası ilə gəlib məni direktor təyin edəcək. Sizə qarşı təxribat yaradıblar. Doğrusu, mən inanmadım. Ancaq 1-ci gün 19.09.2022-ci il tarixində məktəbin ibtidai sinif müəllimlərindən iki nəfər mənim otağıma daxil olub, sayıtlarda qərəzli səs yazısı ilə məni şantaj etdiklərini bildirdilər. (təmir pulu yığmaq adı ilə) Ancaq məktəbdə heç bir təmir pulu yığılmamışdır. Bu mənə qarşı törədilmiş şər – böhtan dolu təxribat idi. Bu zaman Abşeron – Xızı Regional Təhsil İdarəsindən mənə Bayramov Məmməd adlı (İlhamə Abdullayevanın qohumu) məsləhətçi zəng edib bildirdi ki, İhamə Abdullayeva deyir ki, məktəbə kanallar çəkilişə gələcək, ancaq heç bir kanalın qarşısına çıxmasın, qapını bağlayıb otağında otursun. Onlara inanmağım mənim həyatda ən böyük səhvim idi. İlhamə Abdullayeva, müavini Abbasov Ramin Əfsər oğlu, İcranın birinci müavini Səmədov Teymur Qırımxan oğlu kanallara pul verib qərəzli şəkildə məktəbə göndərib, məktəbdəki əlaltıları ilə birlikdə heç bir həqiqəti əks etdirməyən qurma müsahibə dolu video görüntü hazırladılar. Və xəbər kanallarında yayımladılar. Halbuki o məktəbdə mən işlədiyim müddətdə 1 qəpik də pul direktor əvəzi tərəfindən yığılmayıb. Sadəcə beş ilim tamam olacağına görə mənə şər – böhtan atdılar. Çünki məndən direktor kürsüsünə pul ala bilməmişdilər. Axır ki, məni aldadaraq məqsədlərinə çatdılar. Mən lazimi yerlərə müraciət edib, başıma gələn bu haqqsız, ədalətsiz qurma oyunları məlumat verdikdən sonra mənə sayıtlar vasitəsilə yenə hücuma keçdilər”. Keçmiş direktor əvəzi qeyd edib ki, onlar öz yeyintilərinin, əməllərinin satılmış saysız – hesabsız direktor, bağça kürsülərinin və pulla digər vəzifələrin açılmasından şübhələnib yenidən hücuma keçdilər: “Xahiş edirəm ki, bu sayıtlar həqqi yeyintini, rüşvət toxumu səpən Abşeron – Xızı Regional Təhsil İdarəsinin rəhbər şəxslərində İcranın birinci müavini Səmədov Teymur Qırımxan oğlunda və Abdullayeva İlhamə Sarif qızı və Abbasov Ramin Əfsər oğlunda və onlarla əlbir olub külli miqdarda rüşvət sahibi olan əlaltılarında, vəzifələrə yerləşdirdikləri öz qohumlarında araşdırıb həqqi rüşvətləri xəbər sayıtlarında işıqlandırsınlar.
Abdullayeva İlhamə Sarif qızından bir fakt misal gətirim: İlhamə Abdullayevanın qohumu, Regional İdarədə Anbardar, “bel daşıyan” vəzifəsindən məsləhətçi vəzifəsinə keçən Bayramov Məmməd İkram oğlunun həyat yoldaşı Gülüstan adlı xanım Sumqayıt şəhər 45 N-li bağçada (uşaq evində) xadimə adı altında müdirəlik edir. Yəni vəzifəsi xadimə ola-ola başqasının adı altında(Aynur adı altında) müdirə vəzifəsini icra edir. Bu hansı qanuna uyğundur? Xadimə müdirə vəzifəsini idarə edir. İlhamə Abdullayeva Sarif qızı bu və bu kimi əməllərini sayıtlara pul verib niyə işıqlandırmır?”
 

Bölmənin digər xəbərləri

03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO
03 May 2025 “Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“
03 May 2025 Tapançalı direktorun məktəbində bıçaqlı manyak 249 nömrəli məktəbdə nə baş verir? AUDİO
03 May 2025 Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA
03 May 2025  Təhsli Nazirliyinin əsas büdcə "şəriki"- Bir ildə 6 milyonluq anlaşma
02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ

Dünyapress TV

Xəbər lenti