İnam Kərimov həmyerlisinin REKTOR TƏYİN ETDİRİR... -
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-professor heyətinin bu təhsil müəssisəsinin gələcək rektorunun kim olacağı ilə bağlı fərqli baxışları var.
TEREF.AZ bildirir ki, Faktinfo.az saytının məlumatına görə, bir qrup müəllim hesab edir ki, ADAU rektoru səlahiyyətlərini icra edən Zəfər Qurbanovun rektor təyin ediləcəyi inandırıcı görünmür. Baxmayaraq o, Kənd Təsərrüfatı naziri İnam Kərimovun həmyerlisidir, yaxınıdır. Belə düşünülür ki, nazir də onun rektor təyin edilməsində yetərsiz olacaqdır. Çünki, Zəfər Qurbanov texniki elmlər namizədidir, onun ixtisası neft sənayesi üzrədir o, aqrar sektora onun istehsalat həyatına tanış sima deyil.

Digər qisim isə hesab edir ki, birdən-birə Bakı Ali Neft Məktəbindən Zəfər Qurbanov ADAU-ya rektor əvəzi gətirilirsə və eyni vaxtda universitetdə onun üçün Ümumi İşlər Üzrə prorektor vəzifəsi yaradılırsa demək ki, o sonrakı mərhələdə rektor da təyin olunacaq.

Hərçənd, Zəfər Qurbanovun rektor kimi təyinatının gerçəkləşməyəcəyi ssenarisinə özünü hazırlayanların alternativ variantının olduğu da Gəncə şəhərində söylənilir. Bu şəxs son bir ilə qədər Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi şöbəsinin müdiri olmuş, öz yerinə ən yaxın qohumu Ceyhun İbrahimovu təyin etdirə bilmiş, hazırda ADAU-nun Elmi İşlər üzrə prorektoru Azad İbrahimovdur. Hətta, onun yaxın aylara kimi İbrahim Cəfərovun yerinə rektor ola bilmək imkanlarının nəzərdə olduğu belə diqqətdə saxlanılırmış.

Qeyd edək ki, Qurbanov Zəfər Qəzənfər oğlu Bakı Ali Neft məktəbində Tədris İşləri Üzrə prorektor vəzifəsində çalışıb, texnika elmləri namizədidir. Bir müddət əvvəl ADAU-nun vəzifəsindən çıxarılan rektoru İbrahim Cəfərovun səlahiyyətlərini icra edir.

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti