"Akkord"dan oğurlanan 20 MİLYONUN İZİ İLƏ... -
Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında ““Azərişıq” ASC-nin milyonlar mənimsəyən məmuru” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilibdi. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşmüşdü və orada yoxlamalar başlamışdı. Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanmışdı. Təsəvvür edin ki, təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilmişdi. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar olunmuşdu.
“Akkord” şirkətində şok korrupsiya faktları barədə ölkə mətbuatı hələ 2014 -ci ildə silsilə məqalələr yazmışdı. Belə ki, həmin yazılarda Elçin Bədəlovun və Kamil Hüseynovun adı “Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqurlar olaraq çəkilirdi. Aktualxeber.az-a danışan mənbəmiz bildirir ki, “Akkord” şirkətində aparılan audit yoxlamalarından sonra Elçin Bədəlov, təhqiqat departamentinin direktoru Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili, infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılsalar da, Kamil Hüseynov “Akkord” şirkətlər qrupunun baş direktoru vəzifəsinə təyin olunub. Bu təyinatın özü geniş bir müzakirə mövzusu olduğundan daha geniş məqaləmizi bəzi dəqiqləşdirmələrdən sonra oxucularımıza təqdim edəcəyik.
Bir maraqlı məqamı da qeyd edək ki, son zamanlar “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. V.Əhmədovla tələbə yoldaşı və yaxın dost olan K.Hüseynov “Azərişıq” ASC-də əsas söz sahiblərindəndir. Bütün tenderlərə və layihələrə birbaşa nəzarət edən müşavir müxtəlif maxinasiyalarla “Azərişıq” ASC-də milyonlarla vəsait mənimsəməkdədir.Deyilənə görə Vüqar Əhmədovun bütün qaranlıq işlərini bu şəxs yerinə yetirir. Hardan bilmək olar ki, V.Əhmədovu Elçin Bədəlovun taleyi gözləmir. Bir gün eşitsək ki, “Azərişıq” ASC-nin rəhbəri Kamil Hüseynovdur, heç də təəccüblənmərik.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti