“Uğrunda yaralandığım ölkəmdə mənə yer yoxdur” – 21 yaşlı qazi
“Axı bu, necə olur? Mən hardasa qeydiyyatda olmalıyam axı. Bu vətənə görə cavan canımda qəlpələr daşıyıram, bütün sağlamlığımı itirmişəm, sizə medallarımı da çəkib göndərəcəm. Bəs necə olur ki, indi məni vətəndaş olaraq bu ölkədə qeydiyyata almırlar? Vuruşmuşam ki, öz ölkəmdə rahat yaşayım, ancaq yaralanıb, havadan asılı qalmışam”.

Bunu Meydan TV-yə Bakı sakini Ağası Hüseynzadə deyir. Müharibənin ilk günlərində – 4 oktyabr 2020-ci il tarixində Tərtərdə hərbi xidmət keçərkən yaralanıb, qarın boşluğuna qəlpə dolub. Hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş tapa bilmir. Tapdıqlarısa ağır şərtlər altında olduğuna görə sağlamlığı bu işlərdə 1-2 gündən artıq işləməyə yol vermir. Həm görməyən gözü, həm qarnındakı qəlpələr, həm də yaşayış qeydiyyatının olmaması onu işsiz qoyub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-09_1664121891_4.jpg
“Bir neçə gün əvvəl işə düzəldim, ancaq dedilər, bağışla, işçi kimi tələblərə cavab vermirsən, get, əvvəl sağlamlığını bərpa elə. Özümə təzədən iş axtarmağa başladım, gözətçi işi tapdım. Bu dəfə sənədləşmə məsələsində problemlə qarşılaşdım”, – şikayətçi deyir.

Onun sözlərinə görə, vaxtilə yaşadığı mənzildən qeydiyyatdan çıxarılıb və başqa yerdə yaşayış qeydiyyatında olmadığı üçün onu işə götürmürlər:

“Yaşadığım mənzil bir müddət əvvəl satılıb, mənzilin yeni sahibi məni qeydiyyatdan çıxarıb. Mən də müvəqqəti yaşayış qeydiyyatına düşmək üçün faktiki yaşadığım ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişəm. Bildirdilər ki, bir müddətdir vətəndaşların polis idarəsinin ünvanına müvəqqəti qeydiyyata düşməsi dayandırılıb, qeydiyyatda olanlarınsa qeydiyyatları ləğv edilib. Qeydiyyatım olmasa, mənim kimliyimin yenilənməsi də mümkün olmayacaq. Bu kimliklə mən nə əlillik, nə pensiya, nə də iş üçün müraciət edə bilməyəcəm. Belə çıxır ki, uğrunda yaralandığım ölkəmdə mənə yer yoxdur”.

Ağası Hüseynzadə deyir, qarnında qəlpələrlə ömrünün ən gənc illərini küçələrdə avara-sərgərdan dolaşmaqla keçirir. Bir gözü tamamilə görmür, qaş qaralanda getdiyi yolda gözü ayağının altını görmədiyi üçün dəfələrlə kanalizasiya quyusuna düşüb. Bir tərəfdən də qarın boşluğundakı qəlpələr ona əziyyət verir. Özünün sözlərinə görə, iki il əvvəl əlilliyin təyin edilməsi üçün müraciət edib, get-gələ salıblar, “şirinlik” verə bilmədiyi üçün sənədlərini qoltuğuna veriblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-09_1664121893_3.jpg
Başqa vətəndaş – Səfər Babayev də uzun illərdir müvəqqəti qeydiyyatda olduğu polis idarəsində xəbərdarlıq olunmadan qeydiyyatdan çıxarıldığını deyib. O, bundan sənədləşmə işinə görə ASAN Xidmətdə olarkən xəbər tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq, onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması, ilk növbədə, həmin şəxslərin özləri üçün çox vacib olan hüquqi prosedurdur:

“2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kimi digər kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Hazırkı araşdırmalar göstərir ki, ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir”.

DİN açıqlamasında daha sonra qeyd olunur ki, bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və başqa məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxslərin tapılmasında çətinliyin yaranmasıdır:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-09_1664121895_2.jpg
“Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir”.

Hüquqşünas Namizəd Səfərov polis idarələrində vətəndaşların müvəqqəti yaşayış qeydiyyatına düşməsinin ləğvini qanunsuz sayır. Onun sözlərinə görə, vətəndaşın yaşayış üzrə daimi və ya müvəqqəti qeydiyyatı olmayanda o, bəzi zəruri xidmətlərdən məhrum olur, məsələn, pensiya ala, tibbi sığortadan istifadə edə bilmir:

“Yaşayış yeri olmasa, ilk olaraq şəxsiyyət vəsiqəsi verilmir və ya şəxsiyyət vəsiqəsini dəyişmək zamanı çatanda şəxs bunu edə bilməyəcək. Azərbaycanda isə işə girəndə, tibbi müəssisədə qeydiyyata düşəndə, pensiya almaq istəyəndə və bu kimi bir çox yerdə şəxsiyyət vəsiqəsi tələb edilir. İndi daimi qeydiyyata düşmək üçün heç yerdə evi olmayanlar nə etsinlər, bu suala cavab yoxdur”.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti